Azərbaycan və Belçika parlamentləri arasında tədbirlər planı razılaşdırılıb

Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, işçi qrupun Azərbaycan tərəfdən rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə həyata keçirilən səfər zamanı Belçika parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Araz Əzimov, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, deputat Rövşən Rzayevlə görüşüb, həmçinin Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər edib.

Səfər zamanı əlaqələrin genişləndirilməsi məqsədilə tədbirlər planı razılaşdırılıb. Plana əsasən Azərbaycanda və Belçikaya tanışlıq səfərləri təşkil edilməli, hər ölkədən bir universitet və bir televiziya kanalı ilə işbirliyi qurulmalıdır. Tədbirlər planına uyğun olaraq Belçika parlamentində Xocalı faciəsinin və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd olunacaq, iki ölkənin iş adamlarının forumları təşkil ediləcək. Azərbaycan dramaturqlarından birinin dram əsərinin fransız dilinə tərcümə olunaraq Belçika teatrında tamaşaya qoyulması, bir Belçika jurnalistinin Azərbaycana və bir Azərbaycan jurnalistinin Belçikaya səfərinin təşkil edilməsi də tədbirlər planında öz əksini tapıb.

Şamaxı ilə Belçikanın Thun şəhərlərinin qardaşlaşmasına dair tədbirlərə start verilməsi barədə də razılıq əldə edilib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları