Şamaxının millət vəkili Elxan Süleymanov müharibə veteranlarını təbrik edib
Mayın 9-da Şamaxının millət vəkili Elxan Süleymanov əvvəlki illərdə olduğu kimi, Şamaxı rayonunda yaşayan İkinci Dünya müharibəsinin veteranları ilə görüşüb.
Elxan Süleymanov: “Sərsəng su anbarı ilə bağlı problem ermənilərin bizə qarşı soyqırım siyasətinin tərkib hissəsidir”
“Sərsəng su anbarı ilə bağlı problem ermənilərin bizə qarşı 1905-ci ildən bəri yürütdükləri soyqırım siyasətinin tərkib hissəsi kimi qəbul edilməlidir”.APA-nın məlumatına görə, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun yaydığı bəyanatda qeyd olunub.
E. Süleymanov bildirib ki, AVCİYA-nın fəaliyyətində prioritet istiqamətlərdən biri ermənilərin Azərbaycan xalqına qarşı sistemli və davamlı şəkildə həyata keçirdiyi soyqırım cinayətləri, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, işğal altında olan ərazilərdə xalqa qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır: “AVCİYA mart ayının 28-də ermənilərin azərbaycanlılara qarşı başladıqları soyqırım siyasətinin 110 illiyi ilə əlaqədar yeni layihəsini elan etdi. Bu layihənin əsas məqsədi erməni millətçilərinin, erməni silahlı birləşmələrinin 1905-ci ildən başlayaraq azərbaycanlılara qarşı düşünülmüş, planlaşdırılmış və sistemli şəkildə silahlı basqınlar, kütləvi qırğınlar və soyqırım cinayətləri həyata keçirdiklərini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Təkcə 1905-1907-ci illərdə ermənilər genişmiqyaslı qanlı əməliyyatlar həyata keçirərək azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan edib, on minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər.
Sərsənglə bağlı problem ermənilərin bizə qarşı 1905-ci ildən bəri yürütdükləri soyqırım siyasətinin tərkib hissəsi kimi qəbul edilməlidir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) öz fəaliyyətini Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqlarının təmin edilməsinə həsr etmiş, bu istiqamətdə bir çox layihələr həyata keçirmişdir.
Bu kontekstdə AVCİYA-nın fəaliyyətində prioritet istiqamətlərdən biri ermənilərin Azərbaycan xalqına qarşı sistemli və davamlı şəkildə həyata keçirdiyi soyqırım cinayətləri, Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü, işğal altında olan ərazilərdə xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olmuşdur.
Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib
Bu gün 18 aprel, Yevlax şəhəri Heydər Əliyev sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasıyasının “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib.
Regional toplantıda Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar və jurnalistlər arasında keçirilmiş “Sərsəng harayı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
AVCİYA-nın “Sərsəng Harayı” layihəsi çərçivəsində Yevlaxda toplantı keçirildi
Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyası “Sərsəng Harayı” layihəsi çərçivəsində Yevlax rayonunda regional toplantı keçirilib
Toplantıda Yevlax rayonu icra hakimiyyətinin nümayəndələri, AVCİYA rəhbəri Elxan Süleymanov və təşkilatın üzvləri, həmçinin Sərsəng su anbarının təhlükə yaratdığı rayonlardan nümayəndələr qatılıb. Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov toplantının əhəmiyyətindən danışıb. Daha sonra Yevlax rayon icra hakimiyyətinin birinci müavini Namiq Süleymanov çıxış edərək Sərsəng su anbarının yarada biləcəyi təhlükə haqda məlumat verib.
Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilmişdir
Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) həyata keçirdiyi “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində AVCİYA-nın “Sərsəng harayı” mövzusunda elan etdiyi rəsm müsabiqəsinə təqdim edilmiş rəsmlərdən ibarət sərgiyə baxmışlar.
Sərsəng su anbarına dair qətnamə təklifi məruzə üçün Avropa Şurasının Sosial Məsələlər Komitəsinə yönləndirilib
11 aprel 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Strasburqda cənab Süleymanov və Avropanın 11 ölkəsini təmsil edən digər 27 Assambleya üzvü tərəfindən irəli sürülmüş “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” başlıqlı qətnamə təklifini müzakirə etdi. Bu təklifin məruzə üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə yönləndirilməsi barədə təklif Assambleya Bürosu tərəfindən yekdilliklə qəbul edildi. Bu qərar elə həmin gün Büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqləndi.
Təklif Azərbaycanın 6 cəbhəyanı rayonunda (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Yevlax və Tərtər) yaşayan 400.000-dən artıq Azərbaycan vətəndaşının kəskin su qıtlığı səbəbindən gündəlik olaraq ciddi humanitar, iqtisadi və ekoloji problemlərlə üzləşdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış real beynəlxalq mənzərə
1. Ermənistanın silahlı təcavüzü və işğalı ağır nəticələrə gətirib çıxarıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon daxil olmaqla, 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın məcburi miqrasiya və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib və onların insan hüquqları ciddi şəkildə pozulub. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastrukturu məhv edilib, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. İşğal edilmiş ərazilərdəki mədəni və tarixi irsə vurulmuş zərəri pul ilə ölçmək qeyri-mümkündür.
İşğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarı 431 milyard ABŞ dollarından çoxdur və bu məbləğ ilbəil artır. Münaqişənin vurduğu mənəvi zərəri isə hesablamaq qeyri-mümkündür və bir milyon səkkiz yüz əlli min azərbaycanlının gündəlik həyatında müşahidə olunur.
Deputat Azərbaycan torpaqlarının işğalı ilə bağlı beynəlxalq vəziyyətdən yazdı
Elxan Süleymanov,
millət vəkili
1. Ermənistanın silahlı təcavüzü vəişğalı ağır nəticələrə gətirib çıxarıb
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon daxil olmaqla, 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın məcburi miqrasiya və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib və onların insan hüquqları ciddi şəkildə pozulub. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastrukturu məhv edilib, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. İşğal edilmiş ərazilərdəki mədəni və tarixi irsə vurulmuş zərəri pul ilə ölçmək qeyri-mümkündür.
İşğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarı 431 milyard ABŞ dollarından çoxdur və bu məbləğ ilbəil artır. Münaqişənin vurduğu mənəvi zərəri isə hesablamaq qeyri-mümkündür və bir milyon səkkiz yüz əlli min azərbaycanlının gündəlik həyatında müşahidə olunur.