“Sərsəng Harayı” sərgiləndi

"Sərsəng Harayı" sərgiləndiBu gün Şamaxıda “1905.az” portalı və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyası (AVCİYA) tərəfindən bir müddət əvvəl rəssamlar arasında keçirilən  “Sərsəng Harayı” müsabiqəsinə təqdim olunan əsərlərin səyyar qalareyası təşkil olunub.

(more…)

Elxan Süleymanov: “Bu, münaqişə yox, isğaldır”

Elxan Süleymanov: "Bu, münaqişə yox, isğaldır"“Daglıq Qarabağda baş verənləri münaqişə adlandırmaq düzgün deyil. Bu, ermənilərin ölkəmizə qarşı silahlı təcavüzüdür”. Modern.az xəbər verir ki, bunu Şamaxıının deputatı Elxan Süleymanov deyib. Onun sözlərinə görə, münaqişə iki tərəf arasında müqavilənin şərtlərini pozduğu halda olur: 
“Amma ermənilər açıq şəkildə seperatizmə yol verdilər. Gec-tez onlar cəzalarını alacaqlar”.

(more…)

Elxan Süleymanov: “Bu, münaqişə yox, təcavüzdür”

Elxan Süleymanov: "Bu, münaqişə yox, təcavüzdür"“Daglıq Qarabağda baş verənləri münaqişə adlandırmaq düzgün deyil. Bu,    ermənilərin ölkəmizə qarşı silahlı təcavüzüdür”.    Teleqraf.com-un məlumatına görə, bunu Şamaxıda jurnalistlərə açıqlamasında  millət vəkili Elxan Süleymanov deyib. Onun sözlərinə görə, münaqişə iki tırəf araslnda müqavilənin şərtlərini pozduğu halda olur: “Amma ermənilər açıq şəkildə seperatizmə yol verdilər. Gec-tez onlar cəzalarını alacaqlar”.

(more…)

1905.az saytı səyyar sərgisinin ilk ekspozisiyası Şamaxıda nümayiş olunub

1905.az saytı səyyar sərgisinin ilk ekspozisiyası Şamaxıda nümayiş olunubMayın 26-da Şamaxının millət vəkili Elxan Süleymanovun Şamaxı şəhərindəki qərargahında 1905.az saytının səyyar qalereyasının ilk ekspozisiyası nümayiş etdirilib. Bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və mədia mənsubları iştirak ediblər. 

(more…)

Elxan Süleymanov: “Ceyms Uorlik həmsədr təyin edildiyi gündən sosial şəbəkədə özünün sərsəm “ideyaları”nı bölüşməklə fərqlənir”

Elxan Süleymanov: “Ceyms Uorlik həmsədr təyin edildiyi gündən sosial şəbəkədə özünün sərsəm “ideyaları”nı bölüşməklə fərqlənir” “Cənab Ceyms Uorlik ATƏT-in Minsk Qrupunda ABŞ-dan olan həmsədr təyin edildiyi gündən sosial şəbəkədə özünün “fantastik” və eyni zamanda sərsəm “ideyaları”nı bölüşməklə fərqlənir. Minsk Qrupunun ABŞ-dan olan həmsədri yenidən diqqət mərkəzində özünə “layiqli” yer tutmağa nail olub.

(more…)

Amerikalı həmsədrin Sərsəng su anbarı ilə bağlı təklifi işğalçı Ermənistanın maraqlarına xidmət edir

Amerikalı həmsədrin Sərsəng su anbarı ilə bağlı təklifi işğalçı Ermənistanın maraqlarına xidmət edirCənab Ceyms Uorlik ATƏT-in Minsk Qrupunda ABŞ-dan olan həmsədr təyin edildiyi gündən sosial şəbəkədə özünün “fantastik” və eyni zamanda sərsəm “ideyaları” ilə bölüşməklə fərqlənir. Minsk Qrupunun ABŞ-dan olan həmsədri yenidən diqqət mərkəzində özünə “layiqli” yer tutmağa nail olub.

(more…)

Sərsəng üzrə məruzəçi təyin edildi

Sərsəng üzrə məruzəçi təyin edildi Bu gün Kiprdə (Nikosiya) AŞPA Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclası keçirilmişdir. İclasda Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun motion sənəd olaraq təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” Qətnamə layihəsi əsasında məruzəçi təyin edilmişdir. Millət vəkili Elxan Süleymanovdan aldığımız məlumata əsasən Bosniya Hersoqovinadan olan deputat Milisa Markoviç  bu məsələ üzrə məruzəçi seçilmişdir.

 

Elxan Süleymanov: “Antiazərbaycan qüvvələri ölkəmizə qarşı kampaniyalarını genişləndirir”

Elxan Süleymanov: “Antiazərbaycan qüvvələri ölkəmizə qarşı kampaniyalarını genişləndirir”“Azərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may tarixi ərəfəsində bir sıra ənənəvi antiazərbaycan mövqeli təşkilatların ölkəmizə qarşı kampaniyaları yenidən geniş vüsət alıb. Bu təşkilatlar arasında əvvəllər olduğu kimi indi də Avropa Sabitlik Təşəbbüsü, Freedom House, Human Rights Watch və digərləri xüsusi canfəşanlıqları ilə seçilirlər”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Azərbaycanın AVRONEST PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.

(more…)

Antiazərbaycan qüvvələr ölkəmizə qarşı kampaniyalarını genişləndirirlər

Antiazərbaycan qüvvələr ölkəmizə qarşı kampaniyalarını genişləndirirlərAzərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may tarixi ərəfəsində bir sıra ənənəvi antiazərbaycan təşkilatların ölkəmizə qarşı kampaniyaları yenidən geniş vüsət almışdır. Bu təşkilatlar arasında əvvəllər olduğu kimi indi də Avropa Sabitlik Təşəbbüsü, Freedom House, Human Rights Watch və digərləri xüsusi canfəşanlıqları ilə seçilirlər.

Əslində bu təşkilatlar Azərbaycana qarşı apardıqları qərəzli kampaniyalarını dayandırmamışdılar və onların bu kampaniyaları son bir neçə ay ərzində dinamik olaraq şiddətlənmiş, Fransa Prezidenti Fransua Ollandın, Avropa Şurasının Baş Katibi Turbyern Yaqlandın ölkəmizə səfəri və 14 mayda Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə başlaması ərəfəsində özünün pik həddinə çatmışdır.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov müharibə veteranlarını təbrik edib

(more…)