Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış real beynəlxalq mənzərə

Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış real beynəlxalq mənzərə1.Ermənistanın silahlı təcavüzü və işğalı ağır nəticələrə gətirib çıxarıb.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon daxil olmaqla, 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın məcburi miqrasiya və etnik təmizləmə siyasəti nəticəsində  bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib və onların insan hüquqları ciddi şəkildə pozulub. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastrukturu məhv edilib, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. İşğal edilmiş ərazilərdəki mədəni və tarixi irsə vurulmuş zərəri pul ilə ölçmək qeyri-mümkündür.

İşğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarı 431 milyard ABŞ dollarından çoxdur və bu məbləğ ilbəil artır. Münaqişənin vurduğu mənəvi zərəri isə hesablamaq qeyri-mümkündür və bir milyon səkkiz yüz əlli min azərbaycanlının gündəlik həyatında müşahidə olunur.

(more…)

AŞPA-da Sərsəng su anbarı ilə bağlı məruzə hazırlanacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihəsinə bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunda baxılıb. Bu barədə APA-ya Elxan Süleymanovun ofisindən məlumat verilib.

(more…)

AŞPA-da “Sərsəng” su anbarının işğalı ilə bağlı ilk rəsmi məruzə hazırlanacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidməti AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilən və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinin aprel ayının 6-da Avropa Şurasının Sədarət Komitəsində müzakirə olunması və müsbət qərarı barədə bir az əvvəl məlumat vermişdi. 

(more…)

AŞPA-da Sərsəng su anbarının işğalı ilə bağlı ilk rəsmi məruzə hazırlanacaq

Bu gün Bakı vaxtı ilə saat 12-də AŞPA-nın Bürosu Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihələri ilə bağlı məsələyə baxaraq Avropa Şurasının Sədarət Komitəsinin qərarını təsdiqləyib və bununla bağlı məruzəçi təyin olunması üçün sosial komitəyə göndərib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məruzəçi sosial komitənin 12 mayda Kiprdə keçiriləcək növbəti iclasında təyin ediləcək.

(more…)

AŞPA-da Sərsəng su anbarının işğalı ilə bağlı ilk rəsmi məruzə hazırlanacaq

Bu gün Bakı vaxtı ilə saat 12-də AŞPA-nın Bürosu Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihələri ilə bağlı məsələyə baxaraq Avropa Şurasının Sədarət Komitəsinin qərarını təsdiqləyib və bununla bağlı məruzəçi təyin olunması üçün sosial komitəyə göndərib.

(more…)

AŞPA-da Sərsəngin işğalıyla bağlı ilk rəsmi məruzə hazırlanacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidməti AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinin aprel ayının 6-da Avropa Şurasının Sədarət Komitəsində müzakirə olunması və müsbət qərarı barədə bir az əvvəl məlumat vermişdi.

(more…)

AŞPA-nın Sədarət Komitəsi Sərsəng su anbarıyla bağlı qətnamə layihəsinə müsbət rəy verdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının mətbuat xidməti bildirir ki, AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsi aprel ayının 6-da Avropa Şurasının Sədarət Komitəsində müzakirə olundu. Sədarət Komitəsi Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsini AŞPA-nın sosial komitəsində baxılması və məruzəçinin təyin edilməsi barədə qərar verdi.

(more…)

Elxan SÜLEYMANOV: Şamaxı soyqırımı bəşəriyyət tarixində ən ağır cinayətlərdən biridir

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri misli görünməmiş vəhşiliklərdən biri də ən qədim şəhərlərimizdən olan Şamaxıda baş vermişdir. O zaman qəza mərkəzi olan Şamaxı şəhərini ermənilər fürsətdən istifadə edərək ələ keçirmək istəyirdilər.

(more…)

Elxan Süleymanov: ”2015-ci ildə millət vəkili seçilə bilməsəm..”

“Azərbaycanda ermənilərə havadarlıq edənlər var”  

 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Avronest Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun Publika.Az-a müsahibəsi:

-AŞPA-nın növbəti sessiyasında Azərbaycanla, o cümlədən Dağlıq Qarabnağla bağlı dinləmələr olacaqmı?

-Ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü, işğalçılıq siyasəti və Dağlıq Qarabağla bağlı biz beynəlxalq təşkilatlarda müvafiq işlər görürük. Bu ilin 7-12 aprel tarixlərində Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası keçiriləcək. Bu sessiyada Dağlıq Qarabağla bağlı müvafiq qətnamə layihələrinin müzakirəsi nəzərdə tutulub.

(more…)

31 mart Azərbaycanlıların Soyqırımı Gününə hərs olunmuş press-tur

(more…)