31 mart soyqırımı günü ərəfəsində jurnalistlər Bakıdan Şamaxıya aparılıb

Modern.az saytı xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart soyqırımı günü ərəfəsində Şamaxıya press-tur təşkil edib.

Səfər çərçivəsində ilk olaraq AVCİYA rəhbərliyi və jurnalistlər Qobustan rayonunun Acıdərə kəndində Qafqaz İslam Ordusu zabitinin qəbrini ziyarət ediblər. Sonra isə jurnalistlər Şamaxı rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar və burada muzey əməkdaşları  tərəfindən KİV nümayəndələrinə Şamaxının tarixi, coğrafiyası və digər barədə məlumat verilib.

(more…)

31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxıya press-tur təşkil edilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxı rayonuna press-tur təşkil edib.

APA-nın məlumatına görə tarixçilər, arxeoloqlar, eləcə də televiziya, qəzet, informasiya agentliyi və xəbər portallarını təmsil edən 50 nəfərdən ibarət nümayəndə heyəti əvvəlcə Qobustan rayonunun Acıdərə kəndi ərazisindəki şəhid türk zabitinin məzarını ziyarət edib. Media işçiləri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin zəngin eksponatları ilə tanış olublar. Sonra Şamaxının Şərədil, Saqiyan və Mirikənd kəndlərində 1918-ci il 31 mart- 3 aprel tarixlərində ermənilərin törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətləri dinlənilib, insanların xüsusi amansızlıqla qətlə yetirildiyi yerlərə baxış keçirilib.

(more…)

Erməni vəhşiliyindən bəhs edən yeni sayt- 1905.az

AzNews.az xəbər verir ki, bu gün AVCİYA-nın 31 mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə jurnalistlər üçün təşkil olunan press-turun çərcivəsində Şamaxının millət vəkli Elxan Süleymanovun qərargahında “1905.az” saytının təqdimatı keçirilib. E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb.

(more…)

“1905.az” saytının təqdimatı keçirilib

Bu gün Milli Məclisin deputatı Elxan Süleymanovun Şamaxıdakı qərargahında azərbaycanlıların soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində “1905.az” saytının təqdimatı keçirilib.
Publika.Az-ın məlumatına görə, AVCİYA-nın prezidenti, E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb. 
Saytın işinə  məsul, siyası elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev yeni elektron resursun fəaliyyət prinsipi ilə iştirakçıları tanış edib.

(more…)

Erməni vəhşiliyindən bəhs edən yeni sayt yaradıldı

AVCİYA-nın 31 mart  Azərbaycanlıların Soyqırımı günü münasibətilə jurnalistlər üçün təşkil olunmuş press-tur çərçivəsində Şamaxının millət vəkli Elxan Süleymanovun qərargahında “1905.az” saytının təqdimatı keçirilib. 
Teleqraf.com-un məlumatına görə, təqdimat mərasimində çıxış edən millət vəkili E.Süleymanov bildirib ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Onun sözlərinə görə, 1918-ci ilin mart ayında isə ölkənin bir çox bölgəsində ermənilər yerli azərbaycanlılara qarşı qətliam həyata keçirməyə başlayıb: “Bu bölgələrdən biri də Şamaxıdır. Biz bu gün həmin dövrdə azərbaycanlılara qarşı həyata keçirilimiş soyqırımının dünyada tanıdılmasında əlimizdən gələni etməliyik”.

(more…)

Erməni vəhşiliyindən bəhs edən yeni sayt yaradıldı

AVCİYA-nın 31 mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə jurnalistlər üçün təşkil olunmuş press-tur çərçivəsində Şamaxının millət vəkli Elxan Süleymanovun qərargahında “1905.az” saytının təqdimatı keçirilib

BayMedia-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən millət vəkili E.Süleymanov bildirib ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Onun sözlərinə görə, 1918-ci ilin mart ayında isə ölkənin bir çox bölgəsində ermənilər yerli azərbaycanlılara qarşı qətliam həyata keçirməyə başlayıb: “Bu bölgələrdən biri də Şamaxıdır. Biz bu gün həmin dövrdə azərbaycanlılara qarşı həyata keçirilimiş soyqırımının dünyada tanıdılmasında əlimizdən gələni etməliyik”.

(more…)

Şamaxıda “1905.az” saytının təqdimatı keçirilir

Milli Məclisin deputatı Elxan Süleymanovun Şamaxıdakı qərargahında azərbaycanlıların soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində “1905.az” saytının təqdimatı keçirilib.

SalamNews xəbər verir ki, AVCİYA-nın prezidenti, E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb.

(more…)

Jurnalistlər Şamaxıya getdi

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatcılğı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Şamıxıya press-tur təşkil edilib. 

Publika.Az-ın Şamaxıya ezam olunan əməkdaşının verdiyi məlumata görə, ilk olaraq AVCİYA rəhbərliyi və jurnalistlər Qobustan rayonunun Acıdərə kəndində Qafqaz İslam Ordusu zabitinin qəbrini ziyarət ediblər. Hazırda press-tur davam edir.

(more…)

Millət vəkili ABŞ- ın vitse- prezidentinə müraciət etdi

Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov ABŞ-ın vitse-prezidenti Co Baydenə və Nümayəndələr Palatasının spikeri Con Boehnerə müraciət ünvanlayıb.
AzNews.az xəbər verir ki, müraciətin surəti Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysa, Avropa, Avrasiya və Yaranan Təhdidlərə dair Alt Komitənin sədri Dana Rorabaxerə və ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstara göndərilib. Elxan Süleymanov müraciətində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və müstəqil dövlətin iradəsinin ziddinə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu bildirib.

(more…)

Elxan Süleymanov ABŞ rəsmilərini Azərbaycana Ukrayna ilə eyni səviyyədə dəstək göstərməyə çağırdı

Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov ABŞ-ın vitse-prezidenti Co Baydenə və  Nümayəndələr Palatasının spikeri Con Boehnerə müraciət ünvanlayıb. AZADİNFORM xəbər verir ki, müraciətin surəti Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysa, Avropa, Avrasiya və Yaranan Təhdidlərə dair Alt Komitənin sədri Dana Rorabaxerə və ABŞ-ın Azərbaycan Respublikasındakı  fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstara göndərilib.

(more…)