Azərbaycanda «Körpülərin salınması» mövzusunda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə «Körpülərin salınması» mövzusunda beynəlxalq konfrans başlayıb.
APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov son illər Azərbaycanda həyata keçirilən demokratikləşmə, Avropa ilə əməkdaşlıq proseslərindən danışıb.
Çıxışında Dağlıq Qarabağ məsələsinə toxunan E. Süleymanov bildirib ki, Dağlıq Qarabağ problemi münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və ərazilərin işğal olunmasıdır.
Beynəlxalq təşkilatların fəaliyyətini tənqid edən E. Süleymanov 20 ildir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yox dərəcəsində olduğunu vurğulayıb: “Ermənistan isə beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur”.

(more…)

AVCİYA-nın təşklatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

27-28 sentyabr tarixlərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə “Körpülərin Salınması” adlı beynəlxalq konfrans keçiriləcək.
AVCİYA-dan qhtxeber.az-a verilən məlumatda bildirilib ki, AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən hazırlanan beynəlxalq konfrans Avropa xalqlarının 40 yaxın yüksək rütbəli nümayəndələrini bir araya gətirməli və siyasət, iqtisadiyyat, idman və elm-təhsil sahələrini əhatə etməklə, adı çəkilən sahələrdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın artmasına, qarşılıqlı anlaşma və etibarın yüksəlməsinə əməli səbəb olmalıdır.

(more…)

Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək

Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək. “Azadinform” xəbər verir ki, konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə baş tutacaq.

AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən hazırlanan beynəlxalq konfrans siyasət, iqtisadiyyat, idman və elm-təhsil sahələrini əhatə etməklə, adı çəkilən sahələrdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın artmasına, qarşılıqlı anlaşma və etibarın yüksəlməsinə xidmət edir.

(more…)

Azərbaycanda “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 27-28-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, AVCİYA-nın tərəfdaş təşkilatı olan Avropa Məsələləri üzrə İnstitut (İNEA) 1995-ci ildə təsis edilib və həmin vaxtdan Avropa məkanında və Avropa Birliyinin maraq göstərdiyi bölgələrdə qarşılıqlı anlaşma və birgə fəaliyyət naminə təşəbbüsləri irəli sürür. Bu fəaliyyətin əsas məqsədi Avropa siyasətçiləri arasında sıx təmas yaratmaq və beləliklə mövcud problem və gərginlikləri aradan qaldırmaqdır. 

(more…)

Ermənilərlə bağlı Avropa Parlamentinin sədrinə müraciət olunub

Ermənistanlı həmkarlarımızı bu kədərli epizodun AVRONEST PA çərçivəsində indiyə qədər gördüyümüz işlərimizi təhlükəyə atmasına icazə verməməyə çağırırıq

AVRONEST PA-nın vitse-prezidenti Elxan Süleymanov Avropa Parlamentinin sədri Martin Şultsa Ermənistan nümayəndə heyətinin uydurma fikirlərinə görə müraciət edib. Bu haqda qəzetimizə məlumat verən E.Süleymanov müraciətində AVRONEST PA sessiyası dövründə Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi tədbirlər həyata keçirdiklərini xatırladıb: “Belə ki, Ermənistan nümayəndə heyətinin rəhbəri cənab Vaan Hovannisyan etiraf etmişdir ki, “onlar Azərbaycan deputatları, təhlükəsizlik xidmətinin işçiləri və ətraflarında olanlar tərəfindən heç bir aqressiyanın şahidi olmamışdırlar”. Beləliklə, sessiya müddətində biz bütün qonaqlarımızın təhlükəsizliyi və rifahının qeydinə qalaraq, Ermənistan nümayəndə heyətinin üzvləri də daxil olmaqla bütün qonaqlarla bərabər davranan ev sahibi olmağa çalışdıq və hesab edirəm ki, buna nail ola bildik”.

(more…)

Deputatımız Avropa Parlamentinin prezidentinə müraciət etdi

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza müraciət edib. Müraciətdə bildirilir ki, sentyabrın 13-ü qurumunuzda qəbul edilmiş qətnaməyə görə çox narahat idik. Parlamentinizin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan bizlər üçün şok idi: “Çox narahatedici haldır ki, tələsik keçirilən və müzakirədə iştirak edənlərin bir çoxunun Azərbaycan və Ermənistanda vəziyyətdən sadəcə məlumatsız olduğu prosedurda Parlament üzvlərinin 10%-dən az hissəsi bu cür sənədə səs verə bilər. 

(more…)

Azərbaycandan Avropa Parlamentinin prezidentinə müraciət edildi

 

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət edib. Bu barədə  Süleymanov özü məlumat verib.

Müraciətdə qeyd olunur ki, Avropa Parlamentinin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan Azərbaycan üçün şok idi.

 

(more…)

“Avropa Parlamentinin hərəkəti bizlər uçun şok idi” Bu fikir Elxan Süleymanovun AP-ya ünvanladığı məktubdandır

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza məktub yazıb.
Bu barədə E. Süleymanovun ofisindən məlumat verilib.
Məktubda Avropa Parlamentinin sentyabrın 13-də qəbul etdiyi qətnamədən narahatçılıq keçirildiyi vurğulanıb: “Parlamentinizin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan bizlər üçün şok idi. Müzakirə və səsverməyə nəzər salaraq anladıq ki, Avropa Parlamenti əslində Macarıstan və onun daxili siyasi mübarizələrinə dair müzakirə aparırdı və bəzi siyasətçilər Macarıstandakı həmin proseslərin bu və ya digər hissəsinə hücum etmək üçün bu məsələdən sadəcə istifadə etdi.

(more…)

Ramil Səfərovla bağlı Prezidentə müraciət ünvanlandı

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət edib. 
Bu barədə Süleymanov məlumat verib. Müraciətdə qeyd olunur ki, Avropa Parlamentinin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan Azərbaycan üçün şok idi.

(more…)

Azərbaycandan Avropa Parlamentinin prezidentinə qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət edildi

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət edib. Bu barədə Trend-ə Süleymanov özü məlumat verib.

Müraciətdə qeyd olunur ki, Avropa Parlamentinin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan Azərbaycan üçün şok idi.

(more…)