«Körpülərin salınması» adlı beynəlxalq konfrans işini başa çatdırmışdır
29 sentyabr 2012-ci il
Sentyabrın 28-də Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans işini başa çatdırmışdır. AzərTAc xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə sentyabrın 27-də işə başlayan konfransda Avropanın 14 ölkəsindən 40-dan çox yüksək vəzifəli nümayəndə iştirak etmişdir.
Yerli dövlət və hökumət nümayəndələrinin də qatıldıqları konfransın iştirakçıları arasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, keçmiş dövlət məmurları, nazirlər, Avropa Parlamentinin deputatları, eləcə də Avropa İttifaqı strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları vardı.
Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqa gedir
Oktyabrın 1-dən 5-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkənin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
“Avropalılar Azərbaycanın Avropa üçün səmimi və etibarlı tərəfdaş olmasına bir daha əmin oldular”
Avropa Məsələləri üzrə İnstitutu (İNEA) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən “Körpülərin salınması” mövzusunda beynəlxalq konfrans keçirilir.
Bu gün konfransda millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanov çıxış edib.
O bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin Avropa üçün vacib tərəfdaş olmasının göstəricisidir:
“Sizin bu tədbirdə iştirakınız isə mənim xalqıma, mənim ölkəmə olan maraqdan, onu yaxından tanımaq istəyinizdən qaynaqlanır. Odur ki, bu beynəlxalq konfransı çox önəmli və vacib əhəmiyyət kəsb edən tədbir kimi qiymətləndirirəm”.
Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans işə başlamışdır
Sentyabrın 27-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə Bakıda “Jumeirah Bilgeh Beach” otelində “Körpülərin salınması” adlı beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən təşkil edilən ikigünlük beynəlxalq konfransda Avropanın 14 ölkəsindən 40-dan çox yüksək vəzifəli nümayəndə iştirak edir. Tədbirdə siyasi, iqtisadi, idman, elm, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, həmin sahələrdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin genişlənməsi, qarşılıqlı anlaşma və etibarın yüksəldilməsi məsələləri və s. müzakirə olunacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən «Körpülərin salınması» beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Körpülərin salınması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gələn Avropa Komissiyasının sabiq prezidenti Jak Santeri, Fransanın sabiq nəqliyyat naziri, deputat Tierri Marianini, Türkiyənin sabiq Baş naziri Məsud Yılmazı, Niderlandın sabiq müdafiə naziri Villem Van Eekeleni, Sloveniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin deputatı İvo Vayqlı, Sloveniyanın sabiq iqtisadi inkişaf naziri Mitya Qasparini, Almaniyanın sabiq nəqliyyat və infrastruktur naziri Kurt Bodeviqi, Danimarka şahzadəsi Kristian zu Şambur-Lippeni və Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen Qramkeni qəbul etmişdir.
Bakıda beynəlxalq konfrans öz işinə başladı
Bakıda cümə axşamı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə “Körpülərin salınması” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Trend-in məlumatına görə, konfransın açılışında çıxış edən AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov qeyd edib ki, Azərbaycan Avropaya inteqrasiya yolunu seçib və bu istiqamətdə böyük inkişaf yolu keçib.
O bildirib ki, Azərbaycan və Avropa arasında inkişaf körpülərinin salınmasına 20 ildir ki, həll olunmamış qalan Dağlıq Qarabağ münaqişəsi mane olur.
Süleymanov deyib ki, Avropanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar bu münaqişənin həllinə ikili standartlardan yanaşır.
Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək
Məqsəd Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsidir
Bakıda “Körpülərin Salınması” adlı beynəlxalq konfrans keçirilir
Bakıda “Körpülərin Salınması” adlı beynəlxalq konfrans keçirilir.
SalamNews-un verdiyi xəbərə görə, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə baş tutub.
Konfransda yerli dövlət və hökumət nümayəndələri yanaşı, Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, həm də keçmiş dövlət məmurları, deputatlar, nazirlər və digər hökumət üzvləri, eləcə də Avropa Birliyi strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları da var.
“Körpülərin salınması” beynəlxalq konfrans öz işinə başlayıb
Bu gün Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutunun (İNEA) təşkilatçılığı ilə “Körpülərin salınması” beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans öz işinə başlayıb
Bakıda cümə axşamı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə “Körpülərin salınması” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Trend-in məlumatına görə, konfransın açılışında çıxış edən AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov qeyd edib ki, Azərbaycan Avropaya inteqrasiya yolunu seçib və bu istiqamətdə böyük inkişaf yolu keçib.
O bildirib ki, Azərbaycan və Avropa arasında inkişaf körpülərinin salınmasına 20 ildir ki, həll olunmamış qalan Dağlıq Qarabağ münaqişəsi mane olur.