Azərbaycanlı deputat avropalı həmkarlarına müraciət etdi
Azərbaycanın AvroNest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa İttifaqının prezidenti Herman Van Rompeyə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya, Avropa Parlamentinin prezidenti Martin Şultsa, Avropa Parlamentinin üzvlərinə müraciət edib.
Elxan Süleymanov: “Avropa İttifaqına verilən mükafatla yalnız o zaman fəxr edə bilərik ki…”
Biz Avropa İttifaqına verilən Nobel sülh mükafatı ilə yalnız o zaman fəxr və qürur hissi duya bilərik ki, Avropa məkanında dondurulmuş münaqişələr, o cümlədən onlardan biri olan Dağlıq Qarabağ problemi tezliklə həll olunsun, məcburi köçkünlər öz vətənlərinə qayıdaraq təhlükəsiz yaşamaq haqlarını əldə etsinlər və bununla da Ermənistanın işğalı nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşının pozulmuş hüquqları bərpa olunsun.
Elxan Süleymanov: Aİ-yə verilən Nobel sülh mükafatı ilə yalnız o zaman fəxr edə bilərik ki, Dağlıq Qarabağ problemi tezliklə həll olunsun
Biz Avropa İttifaqına verilən Nobel sülh mükafatı ilə yalnız o zaman fəxr və qürur hissi duya bilərik ki, Avropa məkanında dondurulmuş münaqişələr, o cümlədən onlardan biri olan Dağlıq Qarabağ problemi tezliklə həll olunsun, məcburi köçkünlər öz vətənlərinə qayıdaraq təhlükəsiz yaşamaq haqlarını əldə etsinlər və bununla da Ermənistanın işğalı nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşının pozulmuş hüquqları bərpa olunsun. Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bazar ertəsi Trend-ə bildirib ki, bu barədə Avropa İttifaqının prezidenti, Avropa Komissiyasının prezidenti, Avropa Parlamentinin prezidenti və Avropa Parlamentinin üzvlərinə Avropa İttifaqının Nobel sülh mükafatı alması ilə bağlı ünvanladığı məktubda deyilir.
Azərbaycanlı deputat avropalı həmkarlarına müraciət etdi
Azərbaycanın AvroNest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa İttifaqının prezidenti Herman Van Rompeyə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya, Avropa Parlamentinin prezidenti Martin Şultsa, Avropa Parlamentinin üzvlərinə müraciət edib.
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri E.Süleymanovun AP-də Avropa Xalq Partiyası Siyasi qrupunun sədri Jozef Daula müraciəti
Cənab sədr,
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası” adı altında formalaşmış işğalçı rejim dünyanın heç bir dövləti və beynəlxalq təşkilatlar tərəfindən tanınmamışdır, indiyədək işğalçı rejimin nəzarəti altında olan ərazilərdə keçirilmiş qondarma parlament və prezident seçkiləri qeyri-leqitim hesab edilmişlər.
Qondarma “DQR” tərəfindən son “prezident seçkiləri” 19 iyul 2012-ci il tarixdə keçirilmişdir və AP-nin EPP siyasi qrupunun üzvü xanım Eleni Teokarus Azərbaycanın işğal altında olan ərazilərinə səfər edərək, həmin “seçkiləri” izləmişdir.
Elxan Süleymanov Tyorbyern Yaqlanda, Jan-Klod Minyona və AŞPA üzvlərinə müraciət edib
Azərbaycan Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Şurasının baş katibi Turbyern Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyona və AŞPA-nın üzvlərinə məktub göndərib. Bu barədə APA-ya Elxan Süleymanovun ofisindən məlumat verilib.
Məktubda deyilir: «Almaniyalı deputat Kristof Ştrasserin hazırladığı və 3 oktyabr 2012-ci ildə AŞPA-nın plenar sessiyasında qəbul edilmiş “Siyasi məhbusların müəyyənləşdirilməsi”adlı məruzə layihəsinin müzakirəsindən sonra baş verənlərlə bağlı narahatlığımı diqqətinizə çatdırmaq istəyirəm.
Ştrasserin siyasi məhbus meyarları ilə bağlı məruzəsi müzakirə edildi
Elxan Süleymanov, AŞPA-da hüquq və insan haqları komitəsinin üzvü
Məlum olduğu kimi, 1 – 5 oktyabr 2012-ci il tarixlərində Strasburqda keçirilmiş Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyinə “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsi məsələsi salınmışdır.
1. Düzəlişlərin irəli sürülməsi, 2 oktyabr saat 16:00-dək
Məruzə layihəsinə 2 oktyabr saat 14:00-dan sonra AŞPA-da təmsil olunan bütün siyasi qrupların nümayəndəliklərinin deputatları tərəfindən imzalanan iki düzəliş təklifi irəli sürüldü. İlk düzəliş, deputatların çoxunun bəyan etdiyi kimi, Assambleya tərəfindən indiyə qədər heç vaxt siyasi məhbus meyarlarının təsdiq edilmədiyinin faktiki tanınması olmuşdur. İkinci düzəliş – Avropa İnsan Haqları Məhkəməsinin hər hansı meyarların şərhi və tətbiqi ilə bağlı müstəsna səlahiyyətinə istinad məqsədi daşıyırdı.
Məruzəyə hər iki düzəlişin irəli sürülməsindən dərhal sonra bitərəf davranmalı olan Komitə katibləri Drjemçevski və Şirmer və Baş Katibin ofisi növbəti gün komitə və plenar iclaslarına qədər dəhliz və bufetdə Parlament Assambleyasının deputatlarına yaxınlaşır, müxtəlif üsullardan istifadə edərək düzəlişlərin əleyhinə və məruzənin lehinə deputatların səs vermələri istiqamətində məqsədyönlü lobbiçilik fəaliyyəti göstərirdilər. Onlar tez – tələsik tərtib etdikləri müxtəlif bəyanatlar və müraciətləri, məsələn Human Rayts Votch və Amnesty İnternational təşkilatlarının qondarma yazılarını hamıya yaymağa çalışırdılar.
AŞ PA-da siyasi məhbuslarla bağlı məruzəyə dəyişikliklər qəbul edilib
Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində Avropa Şurasına üzv olan dövlətlərə şamil ediləcək “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib.
AŞPA komitəsi “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişiklikləri qəbul edib
Elxan Süleymanov: “Ştrasserin təqdim etdiyi məruzənin üçüncü bəndi silindi”
Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində Avropa Şurasına üzv olan dövlətlərə şamil ediləcək “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, əlavə və dəyişikliklərin qəbul edilməsi məruzəçi Ştrasserin təqdim etdiyi məruzənin 3-cü bəndinin silinməsi ilə nəticələnib: “Həmin bəndin əvəzlənməsində göstərildi ki, siyasi məhbus anlayışının istənilən meyarlarının şərhi və tətbiqi Avropa İnsan Haqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulduğu kimi, əsas hüquq və azadlıqların pozulması hallarını dəyərləndirən yeganə orqan olan Avropa İnsan Haqları Məhkəməsinin müstəsna səlahiyyətidir. Bu, o deməkdir ki, məruzəçi cənab Ştrasserin 2 illik cızmaqara etdiyi məruzə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin təklif etdiyi dəyişikliklərlə, nəhayət hüququn aliliyinə riayət edən sənədə çevrildi. Dəyişikliklər səs çoxluğu ilə qəbul edildi və təsdiqlənmək üçün AŞPA-nın plenar sessiyasına göndərildi”.
Elxan Süleymanov: “Bəziləri Ramil Səfərov məsələsindən Macarıstana qarşı bəhanə kimi istifadə edir”
02 Oktyabr 2012 19:18
AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin üzvü Elxan Süleymanovun Ramil Səfərovun işi ilə bağlı AŞ PA Monitorinq Komitəsində çıxış edib. APA-nın xəbərinə görə, E.Süleymanov məsələ ilə bağlı bir neçə aspekti diqqətə çatdırıb.