Deputat Elxan Süleymanov Avropa Parlamentinin prezidentinə müraciət edib
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza müraciət ünvanlayıb.
SalamNews-un məlumatına görə, müraciət Avropa Parlamentinin 13 sentyabr 2012-ci ildə qəbul etdiyi Qətnaməyə cavab olaraq göndərilib.
Elxan Süleymanov Avropa Parlamentinə müraciət etdi
Azərbaycanın Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza müraciət edib. “Azadinform” xəbər verir ki, E.Süleymanov müraciətində Avropa İttifaqını dünyada ümid mayakı etmiş əsas dəyərlərinə sadiqliyini xatırladıb.
Bildirilir ki, Azərbaycan bütövlükdə demokratikləşmə və qanunun aliliyi yolundadır, insan hüquqlarına dərin hörmət bəsləyir: “Qeyd etməliyik ki, qurumunuzun verdiyi ismarışlar bizim üçün çox vacibdir, media və administrasiyada geniş müzakirə edilir.
Azərbaycandan Avropa Parlamentinin prezidentinə qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət edildi
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət edib. Bu barədə bazar ertəsi Trend-ə Süleymanov özü məlumat verib.
Müraciətdə qeyd olunur ki, Avropa Parlamentinin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan Azərbaycan üçün şok idi.
Ramil Səfərovla bağlı Prezidentə müraciət edildi
Azərbaycanın Avronest Parlament Assambleyasındakı Nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin 13 sentyabr 2012-ci ildə qəbul etdiyi Qətnamə ilə əlaqədarAvropa Parlamentinin Prezidenti Martin Şulza məktub göndərib. Publika.Az-ın verdiyi xəbərə görə, məktubda Parlamentin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə böyük bir şok yaşatdığı bildirilir.
(more…)
Millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin prezidentinə məktubla müraciət edib
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza məktub yazıb.
Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.
Məktubda Avropa Parlamentinin sentyabrın 13-də qəbul etdiyi qətnamədən narahatçılıq keçirildiyi vurğulanıb: «Parlamentinizin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan bizlər üçün şok idi.
Azərbaycanlı deputat Avropa Parlamentinin prezidentinə müraciət etdi
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza müraciət edib.
Modern.az xəbər verir ki, E.Süleymanov müraciətində bildirib:
– Hörmətli Prezident Şulz,
Sizə Azərbaycanın Avronest Parlament Assambleyasındakı Nümayəndə heyətinin rəhbəri kimi və Avropa Parlamentinin 13 sentyabr 2012-ci ildə qəbul etdiyi Qətnaməyə cavab olaraq yazıram.
Azərbaycanlı deputatın Ramil Səfərovun məsələsi ilə bağlı xarici KİV-də məqaləsi dərc edilmişdir
Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Ramil Səfərovun məsələsi ilə bağlı “Wall Street Journal”, “Boston Globe”, “Bloomberg”, Bizjournal.com.inc, “Focus” və digər mətbu orqanlarının və informasiya agentliklərinin rəsmi saytlarında məqaləsi dərc olunmuşdur.
AzərTAc “Səfərovla bağlı “günahkar axtarışı”nda Azərbaycanın mülki əhalisinin iztirablarına məhəl qoyulmur” sərlövhəli məqalənin xülasəsini təqdim edir.
Azərbaycanlı deputatın Ramil Səfərovun məsələsi ilə bağlı xarici KİV-lərdə məqaləsi dərc edilmişdir
Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Ramil Səfərovun məsələsi ilə bağlı “Wall Street Journal”, “Boston Globe”, “Bloomberg”, Bizjournal.com.inc, “Focus” və digər mətbu orqanlarının və informasiya agentliklərinin rəsmi saytlarında məqaləsi dərc olunmuşdur.
AzərTAc “Səfərovla bağlı “günahkar axtarışı”nda Azərbaycanın mülki əhalisinin iztirablarına məhəl qoyulmur” sərlövhəli məqalənin xülasəsini təqdim edir.
Şamaxının millət vəkili yeni dərs ili münasibətilə şagirdlərə hədiyyə dəsti bağışlayıb
Şamaxının millət vəkili Elxan Süleymanov yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Elşən Hüseynov adına Şamaxı şəhər 2 saylı tam orta məktəbdə və rayonun Saleh Heydərov adına Dəmirçi kənd tam orta məktəbi və Cavanşir İslamov adına Ərçiman kənd əsas məktəbində olub. Müəllim və şagird heyətini Bilik Günü münasibətilə təbrik edən millət vəkili Şamaxı şəhər 2 saylı orta məktəbə səsgücləndirici qurğu bağışlayıb, 1-ci sinif şagirdlərinə hədiyyə dəstləri təqdim edib.
Elxan Süleymanov: “Ramil Səfərovla bağlı qətnamə Avropa Parlamentində ciddi parçalanmaya səbəb oldu”
“Qətnamə daha çox Macarıstana aid edilə bilər, nəinki Azərbaycana…”
“Ramil Səfərovun işi ilə bağlı 13 sentyabr tarixli qətnamə Avropa Parlamentində təmsil olunan siyasi qruplar arasında ciddi parçalanmaya səbəb oldu. Bir halda ki, Avropa Parlamentində təmsil edilən bütün siyasi partiyalar qətnamənin altında imza atmayıb, bu, azlığın qətnaməsi kimi qəbul edilməlidir”. Bunu APA-ya açıqlamasında Avronest PA Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.