Deputat Elxan Süleymanov Şamaxıda KİV nümayəndələri ilə görüşüb

Bu gün Milli Məclisin deputatı Elxan Süleymanov Şamaxı şəhərində qərargahında Azərbaycanın bir qrup KİV nümayəndələri ilə görüş keçirib.

SalamNews-un verdiyi xəbərə görə, E.Süleymanov seçicilərinin tapşırıqları və digər ictimai-siyasi fəaliyyəti ilə bağlı hesabat formasında məruzə edib. Həmçinin bu il aprelin 2-4-də Bakıda keçirilən Avronest Parlament Assambleyasının II növbəti sessiyasının işini əks etdirən və bir neçə dildə, o cümlədən erməni dilində hazırlanmış albomu təqdim edib.

(more…)

Elxan Süleymanov: “Azərbaycan ərazilərinin işğalı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması fəaliyyətimin başlıca istiqaməti olub”

““Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ölkəmizin qarşılaşdığı faciənin mahiyyətini əks etdirmir”

 Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun APA-ya müsahibəsi

– Sizin təşəbbüsünüzlə başa çatmaqda olan il ərzində bir sıra ölkələrin parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr, konfranslar keçirilib. Bu barədə nə deyə bilərsiniz?

– Bəli. Amma sizin mənə ünvanladığınız sualda məni narahat edən bir məqama aydınlıq gətirməyi vacib hesab edirəm. Sadə bir azərbaycanlı kimi məni narahat edən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsidir. Diqqətə çatdırmaq istəyirəm ki, bu ifadə ölkəmizin qarşılaşdığı faciənin mahiyyətini əks etdirmir, amorf və qeyri-müəyyən bir məna daşıyır, bu ifadədən məlum deyil silahlı təcavüz və işğal faktları olub, yoxsa yox. Belə bir ifadə faciənin mahiyyəti, işğalçı və işğala məruz qalan tərəflər haqqında heç bir məlumatı özündə ehtiva etmir. Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemi münaqişə deyil, bu, Ermənistanın Azərbaycana silahlı təcavüzü və Ermənistan tərəfindən ərazilərimizin işğalıdır.

(more…)

Dünya mediasında Andorrada Azərbaycanla bağlı keçirilmiş konfrans haqqında 245 məqalə dərc edilib

Dekabrın 14-də Andorranın ali qanunverici orqanı – Baş Şurasının binasında “Azərbaycan ХХI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib.

 AVCİYA-dan APA-ya verilən məlumata görə, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbir dünya mediasının diqqət mərkəzində olub. Ötən günlər ərzində planetin aparıcı ingilis və alman dilli internet resurslarında konfrans haqqında 245 məqalə dərc edilib. Wall Street Journal, Boston Globe, Business Journal, Austria Presse Agentur, Deutsche Presse Agentur kimi media orqanlarının yer ayırdığı material www.elkhan-suleymanov.az  saytı tərəfindən təqdim edilib.

(more…)

“Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı çap olundu

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən başlayaraq Şamaxının 20-ci əsr tarixinin araşdırılması ilə bağlı layihəyə start verilib. Publika.Az-a verilən məlumata görə ötən il bu layihə çərçivəsində “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı beynəlxalq konfransı keçirilib, Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı – 1918-ci il” kitabı nəşr edilib.

(more…)

“Şamaxı qırmızı terrorun hədəfində”

«Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)» kitabı işıq üzü görüb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) APA-verilən məlumata görə, bu günlərdə çap olunan kitab millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən başlayaraq Şamaxının 20-ci əsr tarixinin araşdırılması ilə bağlı həyata keçirilən layihənin tərkib hissəsidir. Elxan Süleymanov, Məhərrəm Zülfüqarlı və Dəyanət Musayevin müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda 1930-40-cı illərdə sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə faciəsi və «Şamaxı prosesi»ndən ətraflı bəhs olunur. 

(more…)

“Şamaxı qırmızı terrorun hədəfində”

Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” adlı kitabı işıq üzü görüb. Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən başlayaraq Şamaxının 20-ci əsr tarixinin araşdırılması ilə bağlı layihəyə start verilib. Ötən il bu layihə çərçivəsində “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı beynəlxalq konfransı keçirilib Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı – 1918-ci il” kitabı nəşr edilib.

(more…)

Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək

Andorranın Avropa Şurasına Prezidentliyi dövründə Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək.
Bu yaxında Andorranın Avropa Şurası Nazirlər Komitəsinə növbələşən Prezidentliyi qəbul etməsinin ardınca Andorra və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və enerji, turizm və idman kimi müxtəlif sahələrdə ümumi layihələr daxil olmaqla, siyasi və iqtisadi səviyyədə əməkdaşlığı inkişaf etdirmək öhdəliklərini ifadə etdilər.
“Vətəninfo.az”-ın məlumatına görə. Azərbaycanın Avronest PA-da Nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovun təşəbbüsü ilə hökümət yönümlü və müxalifət deputatları, Baş Nazirin müavini və İqtisadi İnkişaf Nazirinin müavinindən ibarət Azərbaycan Nümayəndə heyəti Andorraya rəsmi səfər etdi.

(more…)

Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək

Andorranın Avropa Şurasına Prezidentliyi dövründə Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək.

 “Azadinform” xəbər verir ki, Andorra Baş Şurasında “21-ci əsrdə Azərbaycan” başlıqlı konfransda Andorra Parlamentinin spikeri Vicenç Mateu vurğulayıb ki, Azərbaycan və Andorra kiçik ölkələr ola bilərlər, lakin beynəlxalq aləmdə söz demək  hüququna malikdirlər: “Hər iki ölkə çox qədim ənənələrə malikdir, ancaq eyni zamanda konstitusiyalarını 1990-cı illərdə qəbul etdiklərinə görə nisbətən gəncdir. Bizim ölkələrimiz arasında oxşarlıq var. Biz nəinki tariximizlə fəxr edirik, həm də məqsədimiz gələcəyimizi qurmaq üçün əhəmiyyətli artım dərəcələri olan dinamik ölkələr olmaqdır”.

(more…)

“Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı çapdan çıxıb

“Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı işıq üzü görüb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından  (AVCİYA) APA-verilən məlumata görə, bu günlərdə çap olunan kitab millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən başlayaraq Şamaxının 20-ci əsr tarixinin araşdırılması ilə bağlı həyata keçirilən layihənin tərkib hissəsidir.

(more…)

Andorrada Azərbaycanla bağlı konfrans keçirildi

Milli Məclisinin və Azərbaycan Hökumətinin üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti 13-14 dekabr tarixlərində Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub.

Bu haqda məlumatı Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun  qərargahı yayıb.

Məlumatda deyilir ki,dekabrın 14-də Andorranın Ali qanunverici orqanı – Baş Şurasının binasında “Azərbaycan ХХI əsrdə. Azərbaycan və Andorra  arasında etibarın yaradılması” mövzusunda   konfrans keçirilib

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc, Ceyhun Osmanlı və Ayaz Orucov, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev iştirak etmişlər.

(more…)