Millət vəkili Elxan Süleymanov uşaqları təbrik etdi

 Dekabrın 29-da Şamaxının millət vəkili Elxan Süleymanov  rayonun 22 uşaq bağçasında tərbiyə alan  1140 balacaya yeni ilsovqatları hədiyyə edib. Şamaxı şəhərinin 3  saylı uşaq bağçasında millət vəkili uşaqları yeni il münasibəti ilə şəxsən təbrik edib.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun seçicilərə təbriki

Əziz seçicim! 

Yeni – 2013-cü ilin astanasındayıq. Hər birimiz yeni ili səbirsizliklə gözləyir, yeni arzu və xəyallarımızın gerçəkləşməsini arzulayırıq. Yeni il ərəfəsində hər kəs ötən ilə yekun vurur, yeni planlar qurur. 

(more…)

Elxan Süleymanov: Ştrasser qərəzlidir və məsələni bilərəkdən siyasiləşdirir.

AZADİNFORM. Bu günlərdə ölkə mediasında Azərbaycan rəsmilərinin birinin dilidən belə fikir bildirilib ki,  Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı məruzəsi qəbul edilsə də Azərbaycan bunu yerinə yetirməyəcək.

(more…)

Şamaxı repressiyaları ilə bağlı kitab nəşr olunub

Şamaxıda keçən əsrin 30-40-cı illərində rayonda həyata keçirilən repressiyalardan bəhs edən “Şamaxı qırmızı terrorun hədəfində: 1930-40-cı illər repressiyaları” kitabının təqdimatı keçirilib. “Azadinform” xəbər verir ki, kitabın müəllifləri Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanov, tədqiqatçı Məhərrəm Zülfüqarlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Dəyanət Musayevdir.

Kitabda keçən əsrin 30-40-cı illərində sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə hadisəsindən və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunur.

Təqdimat mərasimində Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək kitabın müəlliflərini təbrik edib.

(more…)

“Şamaxı qırmızı terrorun hədəfində: 1930-40-cı illər repressiyaları” kitabının təqdimatı keçirilib

Gün.AzŞamaxıda keçən əsrin 30-40-cı illərində həyata keçirilən repressiyalardan bəhs edən “Şamaxı qırmızı terrorun hədəfində: 1930-40-cı illər repressiyaları” kitabının təqdimatı keçirilib.

Gün.Az-ın məlumatına görə, kitabın müəllifləri Şamaxıdan olan millət vəkili Elxan Süleymanov, tanınmış ictimai xadim Məhərrəm Zülfüqarlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Dəyanət Musayevdir.

Qeyd edək ki, kitabda keçən əsrin 30-40-cı illərində sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə hadisəsindən və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunur.

Kitabın müəlliflərindən olan M.Zülfüqarlı bildirib ki, kitabın başlıca əhəmiyyəti ondan ibarətdir ki, arxiv materialları, real faktlar, repressiyaya məruz qalan insanların yaxın qohumlarının məlumatları əsasında hazırlanıb.

(more…)

“Şamaxı qırmızı terrorun hədəfində” kitabının təqdimatı keçirilib

Şamaxı şəhər mədəniyyət evində “Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illərin repressiyaları)” kitabının təqdimatı keçirilib.

SalamNews xəbər verir ki, müəllifləri Elxan Süleymanov, Məhərrəm Zülfüqarlı, Dəyanət Musayev olan yeni əsərin təqdimatında ictimaiyyət nümayəndələri, rayon ziyalıları, bir qrup Azərbaycan KİV nümayəndəsi iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edb.

(more…)

Elxan Süleymanov: “Avropa Şurasının Dağlıq Qarabağ problemini mürəkkəb münaqişə kimi qələmə verməsi düzgün deyil”

“AŞPA kimi nüfuzlu bir qurum Dağlıq Qarabağ məsələsini həll etmək əvəzinə, problemin həllini təcavüzkar ölkə ilə işğala məruz qalanın öz üzərinə atır və bununla da işini bitmiş sayır”

Şamaxı. Elvin Yaqubov-APA. Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti (AVCİYA) Elxan Süleymanov dekabrın 27-də Şamaxı şəhərində mətbuat konfransı keçirib. APA-nın məlumatına görə millət vəkili Elxan Süleymanov tədbirdə seçiciləri ilə keçirdiyi görüşlər, onların sosial problemlərinin həlli ilə bağlı rayonda gördüyü işlər barədə, eləcə də  AVRONEST Parlament Assambleyasındakı fəaliyyəti haqda məlumat verib. İctimai-siyasi fəaliyyəti barədə geniş danışan millət vəkili bu il aprelin 2-4-də Bakıda keçirilən AVRONEST Parlament Assambleyasının II  sessiyasının işini əks etdirən və 5 dildə çap olunan kitabı KİV nümayəndələrinə təqdim edib.

(more…)

“Şamaxı qırmızı terrorun hədəfində” kitabının təqdimatı olub

 Milli Məclisin deputatı  Elxan Süleymanovun təşəbbüsü ilə çap edilən “Şamaxı qırmızı terrorun hədəfində” (1930-40-cı illər repressiyaları) kitabının təqdimat mərasimi olub. APA-nın məlumatına görə, dekabrın 27-də Şamaxı şəhər Mədəniyyət evində keçirilən tədbirdə çıxış edən Elxan Süleymanov qeyd edib ki, onun təşəbbüsü ilə ötən ildən Şamaxının XX əsr tarixinin araşdırılması ilə bağlı layihəyə start verilib. Ötən il bu layihə çərçivəsində “Azərbaycanda erməni vəhşiliyi–Şamaxı soyqırımı (1918-ci il)” adlı beynəlxalq konfransı keçirilib, Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı–1918-ci il” kitabı nəşr edilib. “Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı da həmin layihənin tərkib hissəsidir. Millət vəkili bildirib ki, Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda 1930-40-cı illərdə sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə faciəsi və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunub. Kitabda həmçinin, sovet repressiya aparatının qurbanı olmuş şamaxılılar haqqında geniş məlumat verilib.

“Şamaxı qırmızı terrorun hədəfində” (1930-40-cı illər repressiyaları) kitabının təqdimat mərasimi olub – 27.12.2012

Dekabrın 27-də Şamaxı şəhər Mədəniyyət evində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə çap edilmiş “Şamaxı qırmızı terrorun hədəfində” (1930-40-cı illər repressiyaları) kitabının təqdimat mərasimi olub. Mərasimi giriş sözü ilə E.Süleymanovun rayondakı qərargahının rəhbəri, kitabın həmmüəllifi Dəyanət Musayev açıb. D.Musayev təqdimat mərasiminin iştirakçılarını salamladıqdan sonra söz Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədova verilib. A.Məmmədov kitabın əhəmiyyətindən bəhs edib, onun 1930-40-cı illərdə Şamaxıda aparılan repressiyaların üzərinə işıq salmaqla  geniş ictimaiyyətə məlum olmayan hadisələri araşdıran dəyərli tədqiqat əsəri kimi qiymətləndirib.

(more…)