ANDORRADA “AZƏRBAYCAN XXI ƏSRDƏ. AZƏRBAYCAN VƏ ANDORRA ARASINDA ETIBARIN YARADILMASI” MÖVZUSUNDA KONFRANS
Milli Məclisin və Azərbaycan Hökumətinin üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti 13-14 dekabr tarixlərində Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub.
“İki sahil”in məlumatına görə, dekabrın 14-də Andorranın Ali qanunverici orqanı – Baş Şurasının binasında “Azərbaycan XXI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib.
Andorrada Azərbaycanla bağlı konfrans keçirilib
Andorrada “Azərbaycan ХХI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, bu məqsədlə Milli Məclis və Azərbaycan Hökumətinin üzvlərindən ibarət nümayəndə heyəti Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Andorra Parlamentinin rəhbəri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edib.
Andorrada “Azərbaycan XXI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib
Azərbaycan Milli Məclisinin və Azərbaycan Hökumətinin üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti dekabrın 13-14-də Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub.
APA-nın məlumatına görə, səfər çərçivəsində Andorranın ali qanunverici orqanı – Baş Şurasının binasında “Azərbaycan XXI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc, Ceyhun Osmanlı və Ayaz Orucov, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev iştirak ediblər.
AŞPA Monitorinq Komitəsi Azərbaycanla bağlı hesabatın son variantını təsdiqləyib
Paris. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin bu gün Parisdə keçirilən iclasında Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntun Azərbaycana etdikləri son səfərlərinin nəticələrinə dair məruzələri, Azərbaycan tərəfinin fikirləri dinlənilib və Azərbaycanın öhdəliklərinə dair qətnamə layihəsi müzakirə olunaraq, sənədin komitə mərhələsində son variantı təsdiq edilib.
Deputat Elxan Süleymanov AŞPA-da Azərbaycandan danışdı
12 dekabr 2012-ci ildə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında “Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası”na dair məruzə müzakirə edildi, ona düzəliş edildi və qəbul olundu. Bu ikiillik məruzə çox böyük əhəmiyyət kəsb edir, belə ki, bu, bütün gənc demokratiyalara – Avropa Şurasına üzv dövlətlərə təqdim edilən və ölkənin demokratiya və insan hüquqları sahəsində əldə etdiyi irəliləyişləri qiymətləndirən əsas AŞPA sənədidir. Rəsmi dərc edilən bu sənədə bütün aidiyyəti beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən istinad edilir.
Təxminən 40 səhifədən ibarət məruzəyə müzakirə və düzəliş edilmiş beş səhifəlik qətnamə layihəsi daxildir.
Madriddə Qarabağ qətnaməsi qəbul olunacaq
Xəbər verildiyi kimi, noyabrın 22-də Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə İspaniya Senatında Azərbaycan ilə İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş “Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi” mövzusunda konfrans keçirilib.
CNBC, Wall Street Journal, Business Journal, Yahoo!, Austria Presse Agentur, Deutsche Presse Agentur, Focus, ADVFN France, Biz-Affaire kimi resurslarda, cəmi 232 yerdə bu tədbir haqqında məlumat yayılıb.
Məlumatı olduğu kimi sizə təqdim edirik.
Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlılığı artıran İspaniya və Azərbaycan qarşılıqlı etimadın qurulması və əməkdaşlığın genişləndirilməsinə sadiqdir
23 noyabr 2012-ci il, Madrid
Millət vəkilinin təşkil etdiyi beynəlxalq konfransa 232 reaksiya
“Dəbistan” jurnalının xatirə nömrəsi nəşr edilib
Söz Azadlığını Müadifə Fondu (SAMF) Azərbaycan mətbuatının banısı Həsən bəy Zərdabinin 170 illiyi münasibətilə 104 ildən sonra “Dəbistan” jurnalının xatirə nömrəsini yenidən nəşr edib. Modern.az xəbər verir ki, layihənin ideya müəllifi Şamaxının millət vəkili, AVCİYA-nin prezidenti Elxan Süleymanovdur. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi ilə nəşr edilən jurnalda materiallar oxuculara həm orjinalda, həm də yeni qrafika ilə təqdim edilib. Nəşr fondun sədri, SAMF-ın sədri Musa Yaqubun ön sözü ilə başlayır.
Azərbaycanda İspaniya səfirliyinin açılması qarşılıqlı iqtisadi əməkdaşlığın fəallaşmasına kömək edəcəkdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti Madriddə rəsmi səfərdədir.
Səfər çərçivəsində Baş nazirin müavini Əli Həsənov İspaniya Senatının sədr müavini Xuan Xose Lukas ilə görüşmüşdür.
Görüşdə Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev, Azərbaycan Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri, deputat Ayaz Orucov, deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Orucov və Ceyhun Osmanlı iştirak etmişlər.
İspaniya Senatında Azərbaycana həsr edilmiş konfrans keçirilmişdir
Noyabrın 22-də İspaniya Senatında Azərbaycan ilə İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş “Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi” mövzusunda konfrans keçirilmişdir.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir