AvroNest: siyasi cəhətdən qeyri-effektiv, lakin təhlükəli şəkildə liberal təşkilatdır
AvroNest təsis edildiyindən bəri Ermənistan istisna olmaqla, Şərq Tərəfdaşı ölkələri üçün heç bir mühüm siyasi problemi həll edə bilməmişdir. Hətta, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğal altında olması faktının olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa mane olmuşdur. Təşkilat yarandığı ilk gündən etibarən sözdə həyati əhəmiyyətli milli maraqlara istinad edən veto hüququnun mövcudluğu, hər hansı fundamental müzakirənin qarşısını almaq üçün yol verirdi. Bu gün, 2013-cü il Brüssel plenar sessiyasında eyni ssenari təkrarlandı. Əsas prinsiplərin yenidən gücləndirilə bilməməsinə baxmayaraq, işğal olunmuş ərazilərlə bağlı bir neçə təklif də daxil olmaqla ümumilikdə ölkəmiz əleyhinə 25-dən çox qərəzli təklif və düzəlişin verilməsi Azərbaycanın mövqelərinin ciddi zərbə altında qalması təhlükəsi yaradırdı. Azərbaycan nümayəndə heyəti bütün bu gizli niyyətləri aşkara çıxarmaqla, onlarla mübarizə apardı və həmin düzəlişlərin mətndən çıxarılmasına nail oldu. Bununla da, Ermənistan və onun AP-dəki çoxsaylı müttəffiqləri tərəfindən endirilən zərbələrin qarşısı alındı.
Elxan Süleymanov: “Azərbaycanda gecə-gündüz nöqsan axtarırlar”
«Bu gün bizə verilən beynəlxalq dəstəklər «salfetka» kağızından nazikdir. «Salfetka» ilə əlimizi silirik. Amma BMT-nin, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qətnamələr «salfetka» kağızlarından da zəifdir və heç bir işə yaramır».
Bizimxeber.az-ın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov səsləndirib.
“Bizə verilən beynəlxalq dəstəklər «salfetka» kağızından nazikdir”
Elxan Süleymanov: «İşğal altında olan Sərsəng su anbarı dağıdılsa, 400 min əhalimiz məhvolma təhlükəsi gözləyir»
Dünən Milli Məclisdə Avronest Parlament Assamblelyasının toplantısı keçirilib. İclasda deputat Elxan Süleymanov maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, keçmiş Ağdərə rayonuna, indi isə Tərtər rayonuna məxsus olan Sərsəng su anbarının Ermənistan tərəfindən işğalı nəticəsində bu anbarda ötən müddət ərzində qəzalı vəziyyət yaranıb: “Əgər bu su anbarında qəza baş verərsə, Azərbaycanın işğal altında olmayan daha 7 rayonu yerlə-yeksan və həmin rayonların 400 min əhalisi məhv ola bilər.
Bakıda “Sərsəng – humanitar faciəsinin qarşısının alınması” layihəsinin təqdimatı keçirilib
Bakıda bu gün “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimatı keçirilib.
SalamNews xəbər verir ki, layihə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə həyata keçirir və bu gün həmin layihənin ictimai təqdimat mərasimi keçirilib.
AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, hazırda Ermənistanin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsinə 4 su anbarı, o cümlədən Sərsəng su anbarı ermənilərin işğalı altındadır: “Bu su anbarlarının dağıdılması nəticəsində ərtaf rayonlarda böyük fəlakət törənə bilər. Ermənilər bunu qəsdən də edə bilərlər”. Onun sözlərinə görə, 1976-ci ildə inşa edilmiş və 560 mil kubmetr su tutumuna malik Sərsəng su anbarının hündürlüyü 25 metrdir. Bu su abarında nəsə baş verərsə, ətrafdakı bir neçə rayonu su altında qoya bilər.
“Sərsəng – humanitar faciənin qarşısının alınması”layihəsinin təqdimatı keçirilir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının hazırladığı yeni “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimatı keçirilir.
AVCİYA-nın vitse-prezidenti, layihənin rəhbəri Vəli Əlibəyov bildirmişdir ki, layihənin məqsədi Ermənistan Respublikası ilə həmsərhəd ərazilərdə yerləşən Sərsəng su anbarı daxil olmaqla su anbarlarının həmsərhəd və işğal zonası ilə qonşu ərazilərdə yaşayan insanların həyatı və əmlakı üçün törədə biləcəkləri təhlükənin qarşısının alınmasına nail olunmasıdır.
Bildirilmişdir ki, Azərbaycanın işğal altında olan ərazilərində yerləşən su anbarları hazırda ölkə ərazisi və əhalisi üçün potensial təhlükə mənbəyidir.
Millət vəkili beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyini salfetə bənzətdi
Azərbaycan ərazilərinin sülh yolu ilə azad olunması bir əfsanə, bir nağıldır. Trend-in məlumatına görə, bunu Milli Məclisin üzvü Elxan Süleymanov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimat mərasimində bildirib.
O, qeyd edib ki, faciədən artıq 25 il keçir, yəni 25 yaşlı Azərbaycan gənci artıq bu hadisənin içində deyil. Bu isə çox qorxulu məqamdır.
AVCİYA «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsini elan edib
APA-nın məlumatına görə, layihə barədə məlumat verən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində 4 su anbarı mövcuddur, Ermənistanın imkanları isə bu anbarları təmir etməyə imkan vermir.
Sərsəng su anbarında vəziyyətin təhlükəli olduğunu deyən V.Əlibəyovun sözlərinə görə, bu anbarlarda baş verən hər hansı qəza aşağı ərazilərdə yaşayan 500 min insanın yaşadığı bölgələrdə humanitar fəlakət yarada bilər: «Sərsəng su anbarı 20 ildir qəza vəziyyətindədir. Orada texniki xidmət, qəza vəziyyətinin aradan qaldırılması istiqamətində heç bir iş aparılmır. Ermənilərin müharibə zamanı bu anbarları partladıb öz məqsədləri üçün istifadə edəcəklərini heç kim istisna etmir».
Elxan Süleymanov: “BMT-nin, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qətnamələr heç bir işə yaramır”
«Salfetka» ilə əlimizi silirik. Amma BMT-nin, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qətnamələr «salfetka» kağızlarından da zəifdir və heç bir işə yaramır». APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov səsləndirib.
Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir
Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir.
Bu sözləri AzərTAc-a müsahibəsində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin Bakıda keçirilən illik konfransının iştirakçısı, Dünya Bankının Parlament Şəbəkəsinin prezidenti Alən Desteks demişdir.