“..Rayonların 400 min əhalisi məhv ola bilər”
Elxan Süleymanov Sərsəng su anbarı ilə bağlı dünya parlamentarilərinə çağırış etdi
“Keçmiş Ağdərə rayonuna, indi isə Tərtər rayonuna məxsus olan Sərsəng su anbarının Ermənistan tərəfindən işğalı nəticəsində bu anbarda ötən müddət ərzində böyük qəzalı vəziyyət yaranıb. Əgər bu su anbarında qəza baş verərsə, Azərbaycanın işğal altında olmayan daha 7 rayonu yerlə-yeksan və həmin rayonların 400 min əhalisi məhv ola bilər”.
Publika.Az-ın məlumatına görə, belə çağırışla fikirləri Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bu gün Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin toplantısında çıxış edib.
Elxan Süleymanov: “Azərbaycanın təklifləri və imkanları orta gəlirli və inkişaf etməkdə olan ölkələr üçün ilham ola bilər”
Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçirilir. Konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov APA-ya müsahibə verib.
– Konfrans barədə fikirlərinizi bilmək istərdik.
– Bu gün Azərbaycanın ev sahibliyi etdiyi tədbir Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransıdır. Bu toplantı Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarını, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərlərini, Dünya Bankı, BVFvə regional inkişaf bankları daxil olmaqla, bir sıra beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan nümunəvi tədbirdir. Bakıda keçirilən konfransda dünyanın 74 ölkəsindən 235 nəfər iştirak edir. Onların sırasında Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxslərlə yanaşı, 4 ölkə parlamentinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları və digər səlahiyyətli şəxslər vardır. Azərbaycan paytaxtında keçirilən konfransda bu səviyyədə iştirak heç şübhəsiz ki, ölkəmizə olan maraqla izah edilməlidir.
Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransı keçirilir
Bu gün Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransı işə başlayıb.
Publika.Az-ın məlumatına görə, Parlament Şəbəkəsinin bu il keçirilən konfransının əsas məqsədi sosial müdafiə vasitəsilə inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dayanıqlı, davamlı və hərtərəfli artımı təmin etmək, iqlim dəyişikliyini yumşaltmaq və uyğunlaşmaq, hasilat sənayesi sektorunda şəffaflığın təbliğ edilməsi və parlament nəzarətinin gücləndirilməsidir.
İllik konfrans həm şəbəkə siyasətinin qarşıdan gələn il barədə fikirlərini, həm də prioritetlərini müəyyən etmək üçün keçirilir.
Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Assambleyasının 10-cu illik konfransı keçirilir
APA-nın məlumatına görə, tədbirin açılışında BVF-nin idarəedici direktoru Kristin Laqardenin və Dünya Bankının prezidenti Jim Yonq Kimin videomüraciəti nümayiş olunub. Daha sonra çıxış edən Parlament Şəbəkəsinin prezidenti Alan Desteks bildirib ki, tədbirdə 75 ölkədən 250-yə yaxın qonaq iştirak edir. Tədbir AVCİYA dəstəyi ilə keçirilir.
Azərbaycanın iqtisadi cəhətdən inkişaf edən ölkə olduğunu deyən A. Desteks bildirib ki, ölkəmiz artıq Dünya Bankının və digər təşkilatların donor ölkəsinə çevrilib. A. Desteks Azərbaycanın inkişaf xəttini digər ölkələrə nümunə göstərib. O, Azərbaycanın öz maliyyə resurslarından ölkə iqtisadiyyatının digər sahələrinin inkişafı üçün planlaşdırılmış şəkildə istifadə etdiyini vurğulayıb.
DB-nin vitse-prezidenti: Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir
Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir və böyük potensiala malikdir. Trend-in məlumatına görə. Bu barədə cümə axşamı jurnalistlərə Dünya Bankının (DB) Beynəlxalq işlər üzrə vitse-prezidenti Sirill Müller bildirib.
Müller Bakıda keçirilən DB və BVF-nin Parlament Şəbəkəsinin 11-ci konfransında bildirib: “Mən artıq neçə illərdir ki, Bakını tanıyıram. Mən SSRİ-nin süqutundan sonra Dünya Bankının ölkəyə gələn ilk nümayəndələrindən biriyəm. Azərbaycan müstəqilliyin əldə etdiyi vaxtdan inanılmaz inkişaf yolu keçib”.
Bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırıldı
M.Ə.Sabir şeirlərinin III bədii qiraət müsabiqəsi yekununlaşıb
Millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığıyla həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsinə yekun vurulub.
“Azadinform”un məlumatına görə, Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində müsabiqənin gedişinə həsr olunan sərgiyə də baxış keçirilib.
Şamaxıda bədii qiraət müsabiqəsinə yekun vuruldu
Elxan Süleymanov: “Yeniyetmə və gənclərimizdə ədəbiyyata olan marağın artmasında bu cür müsabiqələrin təşkili xüsusi önəm kəsb edir”
Şamaxıdan millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinə yekun vurulub.
Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində musabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçirilib.
Şamaxıda Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsi yekunlaşıb
Şamaxıda millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə AVCİYA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsi yekunlaşıb.
APA-nın məlumatına görə, Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində müsabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçirilib.
Şamaxıda M.Ə.Sabir şeirlərinin III bədii qiraət müsabiqəsinə yekun vurulub