Avstriyada Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilib

E. Süleymanov təəssüflə bildirib ki, bir çox hallarda Dağlıq Qarabağı Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi, problemi isə münaqişə kimi təqdim edirlər. Lakin, bu, münaqişə deyil, bu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür.

Avstriyanın paytaxtı Vyana şəhərində “İndustrie Magazin Verlag” jurnalının təşkilatçılığı ilə “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı beynəlxalq konfrans keçirilib. AzVision.az xəbər verir ki, konfransın moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov olub. Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa daxil olublar.

(more…)

Vyanada möhtəşəm konfrans

Avstriyanın paytaxtında “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” məsələləri müzakirə olunub

İyunun 10-da Avstriyanın paytaxtı Vyana şəhərində “İndustrie Magazin Verlag” jurnalının təşkilatçılığı ilə “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı Beynəlxalq Konfrans keçirilib. Konfransın moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının Millət Vəkili Elxan Süleymanov olub. Bu barədə “BayMedia”- ya Elxan Süleymanovun qərargahından məlumat verilib. Konfransda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa, İsrailin Avstriyadakı səfiri Aviv Şir-On, İtaliyanın keçmiş ticarət və sənaye naziri və Farefuturo Fondunun prezidenti Adolfo Urso, deputatlar, səfirlər, elmi birlik və institutların əməkdaşları, tələbələr, bir sıra şirkətlərin nümayəndələri, aparıcı media mənsubları da iştirak ediblər.

(more…)

Elxan Süleymanov: Bu, münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür

“Dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşib. Təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal edilib, 1 milyona yaxın azərbaycanlının bütün hüquqları pozulub və bu insanlar qaçqın və məcburi köçkünə çevrilib. Odur ki, təcavüzün aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması Azərbaycanın xarici siyasətində əsas fəaliyyət istiqamətlərindən biri olub”. “Azadinform” xəbər verir ki, bu barədə açıqlama ilə Vyanada “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı beynəlxalq konfransda çıxış edən millət vəkili Elxan Süleymanov çıxış edib.   

(more…)

Elxan Süleymanov: “Dağlıq Qarabağ münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür”

İyunun 10-da Avstriyanın paytaxtı Vyana şəhərində “İndustrie Magazin Verlag” jurnalının təşkilatçılığı ilə “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı Beynəlxalq Konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransın moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov olub.

(more…)

Avstriyada Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi müzakirə olundu

Avstriyanın paytaxtı Vyana şəhərində “İndustrie Magazin Verlag” jurnalının təşkilatçılığı ilə “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı Beynəlxalq Konfrans keçirilib.
Modern.az-ın xəbərinə görə, konfrans barədə Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.
Konfransın moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və azərbaycanlı deputat Elxan Süleymanov olub.

(more…)

Sərsəng Su Anbarının törədə biləcəyi fəsadlar beynəlxalq mətbuatın diqqət mərkəzindədir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin Bakıda keçirilmiş 11-ci İllik Konfransı dünya mediasının diqqət mərkəzindədir. “Azadinform”un məlumatına görə, İngilis, alman və fransız dillərində yayımlanan Wall Street Journal, Marketwatch, Boston Globe, Business Journal, Yahoo!, Deutsche Presse Agentur, Austria Presse Agentur, Finanz Nachrichten kimi 306 xarici KİV dünyanın 74 ölkəsindən 235 nəfər mötəbər qonağın qatıldığı tədbir haqda məlumat yayıb. 

(more…)

Dünya mediası Sərsəng su anbarının qəzalı vəziyyətdə olmasından yazır

Bir müddət əvvəl Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin Bakıda keçirilmiş 11-ci İllik Konfransı hələ də dünya mediasının diqqət mərkəzindədir.

APA-nın xəbərinə görə, ingilis, alman və fransız dillərində yayımlanan “Wall Street Journal”, “Marketwatch”, “Boston Globe”, “Business Journal”, “Yahoo!”, “Deutsche Presse Agentur”, “Austria Presse Agentur”, “Finanz Nachrichten” kimi 306 xarici KİV dünyanın 74 ölkəsindən 235 nəfər mötəbər qonağın qatıldığı  tədbir haqda məlumat yayıb.

(more…)

AvroNest: siyasi cəhətdən qeyri-effektiv, lakin təhlükəli şəkildə liberal təşkilatdır

AvroNest təsis edildiyindən bəri Ermənistan istisna olmaqla, Şərq Tərəfdaşı ölkələri üçün heç bir mühüm siyasi problemi həll edə bilməmişdir. (more…)

“AvroNest siyasi cəhətdən qeyri-effektiv, lakin təhlükəli şəkildə liberal təşkilatdır“

“AvroNest təsis edildiyindən bəri Ermənistan istisna olmaqla, Şərq Tərəfdaşı ölkələri üçün heç bir mühüm siyasi problemi həll edə bilməyib. Hətta, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğal altında olması faktının olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa mane olub. Təşkilat yarandığı ilk gündən etibarən sözdə həyati əhəmiyyətli milli maraqlara istinad edən veto hüququnun mövcudluğu, hər hansı fundamental müzakirənin qarşısını almaq üçün yol verirdi”.  (more…)

AvroNest: siyasi cəhətdən qeyri-effektiv, lakin təhlükəli şəkildə liberal təşkilatdır

Elxan Süleymanov
Milli Məclisin deputatı

AvroNest təsis edildiyindən bəri Ermənistan istisna olmaqla, Şərq Tərəfdaşı ölkələri üçün heç bir mühüm siyasi problemi həll edə bilməmişdir. Hətta, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğal altında olması faktının olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa mane olmuşdur. Təşkilat yarandığı ilk gündən etibarən sözdə həyati əhəmiyyətli milli maraqlara istinad edən veto hüququnun mövcudluğu, hər hansı fundamental müzakirənin qarşısını almaq üçün yol verirdi. Bu gün, 2013-cü il Brüssel plenar sessiyasında eyni ssenari təkrarlandı. Əsas prinsiplərin yenidən gücləndirilə bilməməsinə baxmayaraq, işğal olunmuş ərazilərlə bağlı  bir neçə təklif də daxil olmaqla ümumilikdə ölkəmiz əleyhinə 25-dən çox qərəzli təklif və düzəlişin verilməsi Azərbaycanın mövqelərinin ciddi zərbə altında  qalması təhlükəsi yaradırdı. Azərbaycan nümayəndə heyəti bütün bu gizli niyyətləri aşkara çıxarmaqla, onlarla mübarizə apardı və həmin düzəlişlərin mətndən çıxarılmasına nail oldu. Bununla da, Ermənistan və onun AP-dəki çoxsaylı müttəffiqləri tərəfindən endirilən zərbələrin qarşısı alındı.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti ümumilikdə AvroNest-in siyasi hakimiyyətinin gücləndirilməsi məqsədilə hər bir təklifə açıq olduğunu və Şərq Tərəfdaşlığı çərçivəsində əsas problemlər üzrə hər hansı müzakirəyə başlamağa hazır olduğunu göstərdi.

(more…)