Prezident İlham Əliyev: Avropadakı uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər

“Müstəqilliyimizin ilk illərində Azərbaycanda acınacaqlı vəziyyət hökm sürürdü. Lakin Azərbaycan bütün bu çətinliklərin öhdəsindən gələ bildi, mürəkkəb vəziyyətdə – 1993-cü ildə xalqımız müdrik seçim edərək, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi”. Bu sözləri prezident İlham Əliyev Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, məhz ümummilli liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda inkişafın təməli qoyulub, islahatlar başlayıb, atəşkəsə nail olunub. 1994-cü ildə ölkənin inkişafı üçün mühüm amil olan neft sahəsində “Əsrin müqaviləsi” imzalanıb: “Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız, onların təcrübəsindən yararlanma iqtisadiyyatımızı gücləndirdi. Bu gün Azərbaycan bir sıra mühüm iqtisadi layihələrin təşəbbüskarıdır”.

(more…)

Bakıda dövlət müstəqilliyimizin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbiri keçirilir

 
Sentyabrın 23-də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük beynəlxalq bayram tədbiri işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq tədbirin açılış mərasimində iştirak etmişdir.
Tədbir iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar. 
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söylədi (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunub). Sonra Azərbaycan haqqında film nümayiş etdirildi.

(more…)

Prezident müstəqilliyin 20-ci illiyinə həsr olunan Beynəlxalq bayram tədbirinin açılışında iştirak edib


“Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunan ikigünlük Beynəlxalq bayram tədbiri işə başlayıb.

(more…)

İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirinin açılışında iştirak etmişdir

Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq tədbirin açılış mərasimində iştirak etmişdir. (more…)

Bakıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbiri keçirilir

Sentyabrın 23-də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri işə başlamışdır. (more…)

Prezident Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib

  Bakıda cümə günü Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılış mərasimində iştirak edib. Dövlət başçısı konfransda çıxış edib. Trend-in məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, AVRONEST, Avropa ölkələri parlamentlərinin deputatları, hazırkı və keçmiş dövlət xadimləri, “Nobel” mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edirlər.

Konfrasda Azərbaycanın müstəqillik illərinə aid sənədli film nümayiş etdirilib.

Avropa Parlamenti: Azərbaycan regionda sabitliyin təmini baxımından əhəmiyyətlidir

  Regionda sabitliyin təmini baxımından Azərbaycan və onun dəyərləri bizim üçün əhəmiyyətlidir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirilən      Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Alt Komitəsinin vitse-prezidenti xanım Norika Nikolai deyib. Nikolai Azərbaycanla Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın da əhəmiyyətli olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycanın qədim tarixi var.
“Azərbaycan özünün qədim tarixə malik olan mədəniyyəti ilə də dünyada tanınıb. Azərbaycan xalqı həmişə güclü olub, öz müstəqilliyi uğurunda mübarizə aparıb”, – komitənin vitse-prezidenti deyib./Trend/

 

Əli Həsənov: “Azərbaycan mədəni, tolerant bir dövlətdir”

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib.  O, Azərbaycanın həm də enerji mənbəyi və nəqliyyat yollarının kəsişdiyi məkan olduğunu deyib.
“Azərbaycan həm də müsəlman Şərqinin ilk operasını yaradıb”, – deyə Ə. Həsənov vurğulayıb.

 

Bakıda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir işə başlayıb

 
Bakıda cümə günü Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir işə başlayıb. Tədbirdə dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, AVRONEST, Avropa ölkələri parlamentlərinin deputatları, hazırki və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edirlər.

Tədbir sabah başa çatacaq.

AVCİYA-nın nəşr etdirdiyi “Bakı haqqında 20 etüd” kitab-albomu çapdan çıxmışdır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni nəşri işıq üzü görmüşdür. “Bakı haqqında 20 etüd” adlanan bu kitab-albom  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmişdir. Kitabın yaradıcı heyəti hər daşına bələd olduğumuz, hər gün küçələrini dolaşdığımız Bakını yeni rakursda – 20 etüddə təqdim edirlər. 

 

Kitab-albomun ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin üzvü, AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, buraxılışa məsul AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.

 

Lakonik mətnlə və daha çox fotoların dili ilə təqdim edilən “Bakı haqqında 20 etüd” kitab-albomu geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.