Avropa Parlamenti: Azərbaycan regionda sabitliyin təmini baxımından əhəmiyyətlidir

  Regionda sabitliyin təmini baxımından Azərbaycan və onun dəyərləri bizim üçün əhəmiyyətlidir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirilən      Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Alt Komitəsinin vitse-prezidenti xanım Norika Nikolai deyib. Nikolai Azərbaycanla Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın da əhəmiyyətli olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycanın qədim tarixi var.
“Azərbaycan özünün qədim tarixə malik olan mədəniyyəti ilə də dünyada tanınıb. Azərbaycan xalqı həmişə güclü olub, öz müstəqilliyi uğurunda mübarizə aparıb”, – komitənin vitse-prezidenti deyib./Trend/

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları