Prezident İlham Əliyev: Avropadakı uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər

“Müstəqilliyimizin ilk illərində Azərbaycanda acınacaqlı vəziyyət hökm sürürdü. Lakin Azərbaycan bütün bu çətinliklərin öhdəsindən gələ bildi, mürəkkəb vəziyyətdə – 1993-cü ildə xalqımız müdrik seçim edərək, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi”. Bu sözləri prezident İlham Əliyev Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, məhz ümummilli liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda inkişafın təməli qoyulub, islahatlar başlayıb, atəşkəsə nail olunub. 1994-cü ildə ölkənin inkişafı üçün mühüm amil olan neft sahəsində “Əsrin müqaviləsi” imzalanıb: “Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız, onların təcrübəsindən yararlanma iqtisadiyyatımızı gücləndirdi. Bu gün Azərbaycan bir sıra mühüm iqtisadi layihələrin təşəbbüskarıdır”.

Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən prezident qeyd edib ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. Dövlət başçısı bunun nəticəsində Azərbaycanın Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirib: “Təəssüflər olsun ki, vəziyyət hələ də dəyişməyib. Münaqişə ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələr bu günə qədər icra olunmayıb, qəbul edilən qərarlar yalnız kağız üzərində qalıb”.
Prezident Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkənin bununla qürur duyduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkə ümumi daxili məhsulun inkişafında ən yüksək göstəricilərə nail olub”:İşsizlik problemi həllini tapıb, son 7 il ərzində yoxsulluq 5 dəfə azalıb. Bu il pensiyaların 40 faiz artırılıb.
Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil edir. “Liberal iqtisadi vəziyyət, siyasi islahatlar, sosial məsələlərin həlli cəmiyyətdə münbit şərait yaradıb. Azərbaycanda islahatların həyata keçirilməsi prosesi davam edir. Başlıca məqsədimiz müasir dövlət yaradılmasıdır”,-deyə dövlət başçısı vurğulayıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları