“Xocalı soyqırımı: milyon imza – bir tələb” kitabı ermənilərin hədəfində

Ermənistanın Londondakı keçmiş fəxri konsulu, “Ermənistan İnstitutu” təşkilatının himayədarı, xəritəçəkmə üzrə mütəxəssis, Ermənistan Respublikasının Elmlər Akademiyasının fəxri doktoru Ruben Qaliçyan Ermənistan hökumətinə müraciət ünvanlayıb. R.Qaliçyan öz müraciətində Azərbaycanda müstəqillik dövründə nəşr olunan bir sıra tarixi kitabların guya Ermənistan əleyhinə təbliğat vasitəsi olduğunu bildirir. Buna görə də o, Ermənistan hökumətini Azərbaycana qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağa çağırır.

(more…)

“İslahat Bloku” 85 saylı Şamaxı seçki dairəsindən Süleymanov Elxan Sirac oğlunun Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizədliyini dəstəkləyəcək

“İslahat Bloku” öz namizədlərinin olmadığı ayrı-ayrı seçki dairələri üzrə dəstəklədiyi Milli Məclis üzvlüyünə namizədlərin siyahısını açıqlayıb. «İslahat Bloku»nun səlahiyyətli nümayəndələrinin qarşılıqlı razılıq əsasında qəbul etdiyi qərara əsasən, blok 85 saylı Şamaxı seçki dairəsindən Süleymanov Elxan Sirac oğlunun Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizədliyini dəstəkləyəcək.

 

 

SEÇİCİLƏRLƏ DAHA BİR GÖRÜŞ BU DƏFƏ ŞAMAXI ŞƏHƏRİNDƏ

26 oktyabr saat 11.00-da 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin akt zalında Şamaxı şəhəri seçicilərinin böyük bir qrupu ilə görüşüb.

(more…)

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun seçki qərargahının bülleteni nəşr olunub

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun seçki qərargahı tərəfindən namizədin seçkiqabağı təşviqat kampaniyasının ilk on günü ilə bağlı hesabat bülleteni nəşr olunub. (more…)

Bağirli kəndində görüş (Təşviqat kampaniyasinin 11-ci günü seçicilərlə 11-ci görüş baş tutdu)

25 oktyabrda 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Bağırlı kənd mədəniyyət evində eyni adlı kəndin, eləcə də Çöl Göylər, Ovçulu və Hacıqədirli kəndlərinin seçiciləri ilə görüş keçirib.

(more…)

Qaleybuğurdda yaddaqalan görüş

24 oktyabrda 85 saylı Şamaxı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Qaleybuğurd kəndində eyni adlı kəndin, eləcə də Sis, Keçmədin və Qaladərəsi kəndlərinin seçiciləri ilə görüş keçirib. (more…)

Bir təqvim günündə iki uğurlu görüş

(Məlhəmdə iki, Qızmeydanda dörd kəndin seçiciləri ilə)

23 oktyabrda 85 saylı Şamaxı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Məlhəm kəndində Məlhəm və Əngəxaran, Qızmeydanda isə eyni adlı kəndin seçiciləri ilə yanaşı, həm də Pirbəyli, Əhmədli və Hacılı kəndlərinin seçiciləri ilə  görüşləri keçirilib.

Yüzlərlə seçicinin qatıldığı görüşlərin aparıcısı Elxan Süleymanovun vəkili, Şamaxı şəhər 2 saylı orta məktəbin direktoru İslam Baxşıyev olub.

(more…)

Həmyəli və ətraf kəndlərin seçiciləri ilə görüş keçirilib

85 saylı Şamaxı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun 22 oktyabr saat 15.00-da Həmyəli kənd məktəbinin idman zalında  Həmyəli, İkinci Cabanı, Cabanı, İkinci Çaylı və Qonaqkənd kəndindən olan seçicilərlə görüşüb. (more…)

Sabir qəsəbəsinin və ətraf kəndlərin seçiciləri ilə görüş olub

Bu gün saat 11.00 – da Sabir qəsəbəsində 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Sabir qəsəbəsinin, Mərzəndiyə və Çıraqlı kəndlərinin seçiciləri ilə görüşü olub. Görüşdə 300-dən çox seçici iştirak edib.

(more…)

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun seçki qərargahının üzvləri qapıdan-qapıya proqramını həyata keçirirlər

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun seçki qərargahının nümayəndəsi Fuad Babayevdən aldığımız məlumata görə, onun rəhbərlik etdiyi qrup bu gün – oktyabrın 20-də Şamaxı rayonunun Qızmeydan, Pirbəyli, Əhmədli, Hacılı, Qaleybuğurd, Sis, Keçmədin, Qaladərəsi, Avaxıl, Dəmirçi, Səfalı, Zaratxeybəri, Ərçiman kəndlərində və Y.Məmmədəliyev adına qəsəbədə, Xidmət Ömərovun rəhbərlik etdiyi qrup isə Şamaxı şəhərində qapıdan-qapıya proqramını həyata keçirir. Bu proqram çərçivəsində qeyd edilən yaşayış məntəqələrindən olan seçicilərə namizəd Elxan Süleymanovun tərcümeyi-halı, seçicilərə müraciəti və seçki platformasından ibarət təbliğat vasitələri təqdim olunur.