85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun seçki qərargahının üzvləri qapıdan-qapıya proqramını həyata keçirirlər

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun seçki qərargahının nümayəndəsi Fuad Babayevdən aldığımız məlumata görə, onun rəhbərlik etdiyi qrup bu gün – oktyabrın 20-də Şamaxı rayonunun Qızmeydan, Pirbəyli, Əhmədli, Hacılı, Qaleybuğurd, Sis, Keçmədin, Qaladərəsi, Avaxıl, Dəmirçi, Səfalı, Zaratxeybəri, Ərçiman kəndlərində və Y.Məmmədəliyev adına qəsəbədə, Xidmət Ömərovun rəhbərlik etdiyi qrup isə Şamaxı şəhərində qapıdan-qapıya proqramını həyata keçirir. Bu proqram çərçivəsində qeyd edilən yaşayış məntəqələrindən olan seçicilərə namizəd Elxan Süleymanovun tərcümeyi-halı, seçicilərə müraciəti və seçki platformasından ibarət təbliğat vasitələri təqdim olunur.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları