Sabir qəsəbəsinin və ətraf kəndlərin seçiciləri ilə görüş olub

Bu gün saat 11.00 – da Sabir qəsəbəsində 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Sabir qəsəbəsinin, Mərzəndiyə və Çıraqlı kəndlərinin seçiciləri ilə görüşü olub. Görüşdə 300-dən çox seçici iştirak edib.

Görüşü giriş sözü ilə açan namizədin vəkili, 2 saylı Şamaxı şəhər orta məktəbinin direktoru İslam Baxşıyev namizəd haqqında ətraflı məlumat verib. Daha sonra namizəd Elxan Süleymanov çıxış edib.  Namizəd E.Süleymanov bildirib ki, o seçicilərlə öz fəaliyyətini iki istiqamətdə quracaq. Birincisi, seçicilərin konkret problemlərinin həlli, ikincisi isə ümumən Azərbaycanın problemlərinin həllinə yardım göstərməkdir.

Görüşdə həmçinin, namizədin vəkilləri – tanınmış cərrah, tibb elmləri doktoru, professor Afər Əfəndiyev və kino-rejissor Şeyx Əbdül Mahmudbəyov çıxış edərək, iştirakçılara namizədin həyat və fəaliyyəti ilə əlaqədar dolğun məlumat veriblər.

Sonda Elxan Süleymanov seçicilərin suallarını cavablandırıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları