“Parlament -2010” Seçki Monitorinqi Koalisiyası Milli Məclisə keçirilən seçkilərdə monitorinqin nəticələrini açıqlayıb


“Parlament -2010” seçki monitorinqi koalisiyası parlament seçkilərində keçirdiyi elektron səsvermənin nəticələrini açıqlayıb.

Elektron səsvermənin nəticələrinə görə 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov 54 faiz səs toplayıb.

(more…)

525-ci qəzet – “Elxan Süleymanov : Söz verirəm ki, seçiləcəyim halda şamaxılıların etimadını doğruldacağam”

 
 
 

(more…)

Gəlin seçiləcəyimiz təqdirdə Konstitusiya və seçicilərimiz qarşısında and içək

  [ 03 Noyabr 2010 12:35 ] 
Bakı. Ramil Məmmədli-APA. “Parlament seçkilərində deputat seçilənlər qanun və seçiciləri qarşısında and içsin”.
  
85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd
  
ELXAN SÜLEYMANOV: 

 Gəlin seçiləcəyimiz təqdirdə Konstitusiya və
 
seçicilərimiz qarşısında and içək.


(more…)

Sabir qəsəbəsində möhtəşəm görüş

Noyabrın 3-də saat 12.30-da 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Sabir qəsəbəsində “Aynur” şadlıq sarayında seçicilərlə görüşü keçirilib.

(more…)

Növbəti uğurlu görüş gənclərlə olub

1 noyabr saat 15.00-da 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin akt zalında Şamaxı şəhərində ali təhsil məktəbləri tələbələrinin böyük bir qrupu ilə görüşüb. Qeyd edək ki, bu, artıq seçki kampaniyası çərçivəsində namizəd E.Süleymanovun seçicilərlə 24-cü görüşü idi.

(more…)

Şamaxı şəhərində səhiyyə işçiləri ilə görüş keçirilib

Noyabrın 1-də 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin akt zalında Şamaxı rayonunun səhiyyə işçiləri ilə görüşüb. Təxminən 150 nəfərin iştirak etdiyi görüşdə namizədin vəkili, tibb elmləri doktoru, professor Afər Əfəndiyev E.Süleymanov haqda məlumat verib. (more…)

Meysəri və Muğanlı kəndlərinin seçiciləri ilə görüş olub

Oktyabrın 31-də Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Meysəri və Muğanlı kəndlərinin seçiciləri ilə görüşü olub.Görüşlər adları qeyd olunan kəndlərin klublarında keçirilib.

(more…)

DAHA 3 GÖRÜŞ – BU DƏFƏ QUŞÇU, BİRİNCİ ÇAYLI VƏ MƏLİKÇOBANLI KƏNDLƏRİNDƏ

30 oktyabrda 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov daha 3 kənddə seçicilərlə görüşüb. Bu görüşlər Quşçu,  I Çaylı və  Məlikçobanı kəndlərində baş tutub.

Hər üç görüş olduqca səmimi şəraitdə keçib.

Seçicilər xüsusi fəallıq nümayiş etdiriblər. Çıxışçılar Elxan Süleymanova səs verəcəklərini vurğulayıblar.

 

Seçicilərlə növbəti görüşlər Nağaraxana və Ərçiman kəndlərində baş tutub

29 oktyabrda 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Nağaraxana və Ərçiman kəndlərində seçicilərlə görüşüb.Nağaraxana kəndində çay süfrəsi ətrafında seçicilərlə görüşən namizəd Elxan Süleymanov onlara öz platforması haqqında ətraflı bilgi verib, şamaxılıların qarşılaşdıqları problemlərin həlli yollarını müzakirə edib. (more…)

Avaxıl və Dəmirçi kəndlərində seçicilərlə görüşlər keçirilib

28 oktyabrda 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Avaxıl və Dəmirçi kəndlərində seçicilərlə görüşüb.Açıq havada keçirilən hər iki görüşdə onlarla seçici iştirak edib. Görüşdə namizəd Elxan Süleymanov və onun vəkilləri çıxış edib.Uğurla başa çatan görüşlərdə seçicilər yekdilliklə namizəd Elxan Süleymanova səs verəcəklərini bildiriblər.