Seçicilərlə növbəti görüşlər Nağaraxana və Ərçiman kəndlərində baş tutub

29 oktyabrda 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Nağaraxana və Ərçiman kəndlərində seçicilərlə görüşüb.Nağaraxana kəndində çay süfrəsi ətrafında seçicilərlə görüşən namizəd Elxan Süleymanov onlara öz platforması haqqında ətraflı bilgi verib, şamaxılıların qarşılaşdıqları problemlərin həlli yollarını müzakirə edib.

Həmin gün digər görüş Ərçiman kənd klubunun önündə, açıq havada adı çəkilən kəndin seçiciləri ilə olub. Seçicilər tərəfindən hərarətlə qarşılanan Elxan Süleymanov Şamaxının problemlərinə bələd olduğunu bildirərək, Milli Məclis üzvü seçiləcəyi təqdirdə, onların aradan qaldırılmasında seçiciləri ilə birgə olacağına söz verdi.

Son dərəcə səmimi atmosferdə keçən görüşlərdə seçicilər namizəd Elxan Süleymanovu dəstəkləyəcəklərini bildiriblər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları