Azərbaycan Respublikası Milli Məclisinin qərarı
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin qərarı
Azərbaycan Respublikası Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri seçilsinlər:
Abbasov Aydın Abbas oğlu,
Alıyev Sahib Eyvaz oğlu,
Əhmədova Gülər Mikayıl qızı,
Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkibdə iclası olub – 29.11.2010
Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb. Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
24.11.2010
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) yarandığı gündən Azərbaycanda keçirilmiş bütün seçkilərdə aktiv iştirak edib və obyektiv münasibətini bildirib. Eyni zamanda AVCİYA mütəmadi olaraq müxtəlif mövzularda (İnsan haqları, söz və mətbuat azadlığı, iqtisadi inkişaf və s.) beynəlxalq konfranslar keçirib.
Bu ilki parlament seçkilərində AVCİYA-nın prezidenti Elxan Süleymanovun qazandığı müvəffəqiyyət bəzi cılız hisslərlə yaşayan, dələduz insanların qısqanclığına və üzdəniraq yazılara səbəb olmuşdur.
AVCİYA olaraq biz bu cür uydurma və böhtanlarla dolu qərəzli yazıları Azərbaycan mühitində təbii hal kimi dəyərləndiririk. Bəzi beynəlxalq təşkilatlar belə böhtançıların cəzalandırılmaları faktlarından Azərbaycana qarşı təzyiq metodu kimi istifadə etdiklərindən bu təəssüf doğuran əməllərə əhəmiyyət vermirik.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu dərc edilmişdir
“İnsan Hüquqları XXI əsr” Fondunun əməkdaşları Dəmirçi və Ərçiman kəndlərinin sakinlərinə hüquqi yardım göstərmişlər
110 yaşlı Narınc nənə göz klinikasında müayinədən keçib
Azərbaycanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova 118 Seçki Dairəsi üzrə 1180 məntəqədə “exit-poll” keçirdiklərini bildirib. Tədqiqat prosesində 2360 intervüyer, qərargahda isə 300-ə yaxın əməkdaş, eləcə də supervayzer fəaliyyət göstərib.
“Exit-poll”un nəticələrinə görə 85 saylı Şamaxı seçki dairəsində Elxan Süleymanov seçicilərin 60 faizinin səsini qazanmaqla qalib gəlib.
“Parlament -2010” Seçki Monitorinqi Koalisiyası Milli Məclisə keçirilən seçkilərdə monitorinqin nəticələrini açıqlayıb
“Parlament -2010” seçki monitorinqi koalisiyası parlament seçkilərində keçirdiyi elektron səsvermənin nəticələrini açıqlayıb.
Elektron səsvermənin nəticələrinə görə 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov 54 faiz səs toplayıb.