Akademik Bəkir Nəbiyev Azərbaycan MEA Ədəbiyyat İnstitutunun direktoru – II hissə
ƏFZƏLƏDDİN XAQANİ
(1126-1199)
II
1178-də zindandan azad olandan sonra ilk imkan əmələ gələn kimi Xaqani ailəlikcə Təbrizə köçüb ömrünün sonunadək orada yaşamışdır. O, 1199-cu ildə, 73 yaşında ikən dünyasını dəyişmiş, Təbrizdə görkəmli şairlərin şərəfinə «Məqbərütüş-şüəra» adlandırılan qəbiristanlıqda dəfn olunmuşdur. (XX əsrin qüdrətli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın da məzarı bu qəbiristanlıqdadır). Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı Muzeyində Xaqaninin qəbir daşının bu məzmunda estanpajı qorunub saxlanır: «Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzələddin İbrahim Xaqani ibn Əli Şirvaninindir. Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı.» Bu sözləri Xaqaninin qəbir daşı üzərində kufi xətlə həkk olunmuş mətndən 1931-ci ildə AMEA-nın o zamankı sələfi olan Azərbaycan Dövlət Elmi-tədqiqat institutunun (ADETİ) əməkdaşı Novruz Ağayev qrafitlə xüsusi kağıza çıxarıb Bakıya gətirmiş, burada «Asari-ətiqə cəmiyyətinə» (Muzeylər İdarəsinə) təhvil vermişdir. Mətndə hicri təqvimlə göstərilən vəfat tarixi miladi təqvimlə 1199-cu ilin avqust ayı ilə üst-üstə düşür.
Bakıda, Şamaxıda və digər Azərbaycan şəhərlərində şairin adına küçələr, mədəniyyət ocaqları var. Azərbaycan Yazıçılar Birliyi Bakıda, böyük şairin şərəfli adını daşıyan Xaqani küçəsindəki 25 saylı binada fəaliyyət göstərir. 2010-cu ildə millət vəkili, məşhur xeyriyyəçi Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxının Məlhəm kəndində Əfzələddin Xaqaninin abidəsi ucaldılmış, ictimaiyyətin geniş dairələrinin, Bakıdan dəvət olunmuş görkəmli şair, alim və incəsənət xadimlərinin iştirakı ilə həmin abidənin təntənəli açılış mərasimi keçirilmişdir.
Müxtəlif illərdə Xaqaninin Bakıda və Moskvada Azərbaycan və rus dillərində, eləcə də ərəb qrafikası ilə «Lirika», «Qəzəllər», «Rübailər», «Seçilmiş əsərlər» və s. adlar altında qiymətli kitabları, şairin həyat və yaradıcılığı barədə monoqrafiya və məqalələr buraxılmışdır.
İftixar duyğusu ilə qeyd edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 25.000 nüsxədə nəşr olunub ölkəmizin bütün kitabxanalarına hədiyyə edilmiş kitablar arasında Əfzələddin Xaqaninin sanballı «Seçilmiş əsərləri» də vardır.
Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq əlaqələrinin olduğu barədə maraqlı məlumatlar var. Məşhur xaqanişünas, əlyazmaçı alim və şair-tərcüməçi Məmmədağa Sultanov öz kitabında Xaqaninin Şirvandan Gəncəyə, özünün yaşca kiçik, istedadca böyük müasiri olan Nizamiyə məktubundan bir neçə sətirlik belə bir nümunə vermişdir: «Ora (Gəncə) elə bir yerdir ki, orada hər şey münasib (qaydada) baş verir… Keyfiniz necədir? Gəncədə sədaqətin bazarı necədir? Bilik əmtəəsinin xiridarı varmı? Burada çox kasadlıqdır. Biləsiniz ki, sizdən başqa mənim bir kəsim yoxdur. Burada yalan və paxıllıq işdədir. Mən ağır bir bədbəxtlik içindəyəm. Biz sizdən işıq alırıq. Bizə öz səxavətinizdən bir pay verin».
Bu monoqrafiyada Xaqani divanında özünə yer alan və Nizamini tərənnüm edən bir qəzəlin 6 beyti, həmin beytlərin Azərbaycan dilinə sətri tərcüməsi də verilmişdir ki, onun da burada dərc olunmasını məqsədəuyğun sayıram: «Ey bəyənilmiş (çox qiymətli) gövhər! Sən bir (mahir) üzgüçü kimi fikirlər dənizinə baş vurub ilham incilərini toplayırsan. Ağzı Xaqani tərəfindən bağlanmış xəzinənin tilsimini sənin təbin açdı. Mən heyrət edirəm: necə olur ki, sən bədii təxəyyül zərlərini əlinə alıb atanda onların hər ikisi beş düşür, yəni beş qoşa göstərir?»
Təbiidir ki, Xaqani vəfat edəndə bu münasibətlə yazılmış matəm şeirlərindən biri də Nizaminin əsəri olmuşdur. Həmin şeirin tək bircə beyti əsrləri aşaraq bizə gəlib çatmışdır ki, onun da sətri tərcüməsi belədir: «Hey deyirdim ki, (bu dünyadan köçəndə) Xaqani mənim mərsiyəçim olsun. Təəssüf ki, (rehlət günündə) mən onun mərsiyəçisi oldum!»
Yaxın Şərqin bir sıra çox məşhur şairləri Xaqanini özlərinin sənətdə müəllimi saymış, «Xəmsə» müəllifi Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi dahilər isə Xaqaninin əsərlərinə nəzirə yazmışlar.
Xaqani öz dövrünün poeziyasında mövcud olan bütün şeir şəkillərində əsərlər yazmış, qəzəllərində bakir sevgi duyğuları, rübailərində bəzi fəlsəfi qənaətləri özünün təkrarsız ifadəsini tapmışdır. Onun şeirlərində insanı həyatdan soyudan mücərrəd, mistik sevgi yox, həyatı, gözəlliyi təsdiq edən real bəşəri məhəbbət duyğuları tərənnüm edilirdi. «Xaqaninin lirikasından həyat hərarətinin ətri gəlir, onun qəhrəmanı məhz öz sevgilisinin gözəlliyindən vəcdə gəlir» deyən professor Mirzağa Quluzadə tamamilə haqlı idi.
Ədəbiyyatımızda ilk qiymətli nümunələri XI əsrdə Qətran Təbrizi tərəfindən yaradılmış qəzəl Xaqaninin bu janrda yazdığı çox mükəmməl nümunələrin timsalında daha yüksək səviyyəyə qalxıb pardaxlanmış, əsil insana xas olan sarsılmaz məhəbbəti, sədaqəti, mənəvi ucalığı, böyük bəşəri idealları tərənnüm edən bu əsərlər qəzəlləri yaşadığımız günlərə gəlib çıxmışdır. Özəlliklə saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri onlarda əks olunan duyğuların paklığı, təravəti, bu duyğuların ifadəsi üçün tapılmış ahəngin səmimiyyəti ilə təsirlidir.
Taqətim yox ki mənim, mənzili-cananə çatım,
Natəvan muram, heyim yox ki, Süleymanə çatım.
Təşnə gəzdim bu çölü Xızr mənə açmadı yol,
Bəlkə bir növ ilə mən çeşmeyi-heyvanə çatım.
Gecə zülmət, yol uzaq, pusqu qurub yolda rəqib,
Bilmirəm, bəs necə ol sərvi-xuramanə çatım?!
Ovçumun yaxşılığın bülbülə təsvir edərəm,
Qoy səlamət buradan bircə gülüstanə çatım!
Atəşin göz yaşının taqəti yox qətrəsiyəm,
Qüvvə yetməz ki, çıxıb navəki-müjganə çatım.
Vəslə çatmaq sənə müşkül görünər, Xaqani!
Yol çətindir, de görüm, bəs necə asanə çatım?!
Məhəbbət mövzusunda bu cür kamil qəzəllərlə yanaşı Xaqani mütəhərrik dördlüklər də yazmış, sevgi duyğularının tərənnümündə məzmun gözəlliyi ilə yanaşı forma əlvanlığı da nümayiş etdirmişdir:
Od vurdu mənə qəmzən,
Atəşlərə yandım mən.
Nə ürək qalıb, nə tən,
Dildar bu cür xoşdur.
Sən nur, nihan məndən,
Həm ruh, qaçan məndən.
Bir busənə can məndən,
Bazar bu cür xoşdur.
Mən bir quş idim mahir,
Qurdun tor, olub zahir.
Həm qəmliyəm, həm şakir,
Qəmxar bu cür xoşdur.
Ver canını, Xaqani,
Ol sevgili qurbanı.
Etsən gər əziz canı
Nisar, bu cür xoşdur.
Bir qayda olaraq Xaqani şeirinin bədii vüsəti əhatəli, məzmunu tutumlu olur. Bəzən şair bircə beytdə başqa bir qələm sahibinin bütöv bir qəzəldə verə biləcəyindən də artıq informasiya yükünü əhatə edə bilir:
Sevgilim, əqlim olubdur eşqinin divanəsi,
Çəkmə zəncir fikri, ol keysu kifayətdir mənə.
Şərq poeziyasının mövzu və obrazlar aləmindən müəyyən qədər xəbərdar olan hər kəs bu beyti oxuyan kimi sevgisi yolunda Məcnun kimi alnına divanəlik taleyi yazılmış aşiqi nəzərində canlandırır: bu divanənin əlini-qolunu bağlamaq üçün zəncir qayğısı çəkməyə ehtiyac yoxdur. Sevgilisinin hörüyü bu məqamda aşiq üçün heç nə ilə əvəz olunmayan, arzu edilən bir vasitədir…
Xaqani hələ öz sağlığında ədəbi mühitdə qədirşünas oxucular arasında böyük nüfuz qazanmış, müasiri olan bəzi sənətkarlar onun sənətini, istedadını, bir insan kimi şəxsi keyfiyyətlərini böyük səxavətlə tərənnüm edən əsərlər qoyub getmişlər. Onların bircəciyini yada salmaqla kifayətlənəcəyəm. «Xaqaninin vəsfi» adı ilə məşhur olan bu qəsidənin müəllifi XII əsr Azərbaycan poleziyasının görkəmli nümayüəndələrindən Mücirəddin Beylaqanidir (1130-1194). Qəsidədə Xaqaninin hüdudsuz istedadı, əsərlərinin bədii və elmi keyfiyyətləri, sənətkarın əzəməti və dühası böyük səmimiyyətlə tərənnüm edilir. (Hörmətli oxucuların yadına salıram ki, dahi şairimizin adı Əfzələddindir və bu sözün mənası dinin kamil, hünərli, nəcib təmsilçisi deməkdir).
Fəzilətin atası, hikmətin ulu günəşi,
Fəzilət əhli alar fəzl Əfzələddindən.
Onunla fəxr eləyər yer üzündə cümlə bəşər,
Qoyar göy əhli başa tac nəzmü nəsrindən.
Önündə şeir bahadırları olub təslim,
Sözünə valeh olur bu cahanda hər düşünən.
Nəsihətiylə o şəhrinə səsləyir, əmma –
Şəfa şərabı içirdir o, xəlqə şeirindən.
Böyük həkimsən, olmuş biliklərinlə sənin –
Fəzilət aləmi abad baği-cənnətdən.
Bununla belə əsərlərindən görünür ki, Xaqaninin bədxahları arasında şairlər də az olmayıb. Bunun da səbəbi aydındır. Xüsusilə də sarayda cəmləşən və öz əsərlərində dərin bəşəri fikirlər, incə duyğular tərənnüm etməyi bacarmayan bir sıra cızma-qaraçılar şeir-sənət məclislərində ağzından dürr tökülən Xaqaninin əlindən göz aça bilmir, hökmdarın da, əsil söz xiridarlarının da nəzərindən düşür, ənamları, qazancları azalırdı. Buna görə də həmin nazimlər, qafiyəpərdazlıq edib nəzm quraşdıranlar Xaqaninin əleyhinə təbliğat aparır, onun nüfuzuna xələl gətirmək məqsədilə şairin şəxsiyyətinə, mənəviyüyatına qarşı böhtan, şayiə, iftira uydurur, yeri gəldi-gəlmədi onları həmişə yayır, təbliğ edirdilər. Odur ki, Xaqani də öz əsərlərində məqam düşdükcə belələrini ifşa edir, xalq arasında deyildiyi kimi, onların daşını daş üstündə qoymurdu. «Təhfətül-İraqeyn»dəki «Düşmənləri məzəmmət» qəsidəsi bu baxımdan çox səciyyəvidir. Şair yalanlarla fəxr etməyə adətgərdə olmuş nadürüst əleyhdarlarını quraqlıq illərin içi boş arı şanına bənzədir ki, onun da yeri zibillikdir. Rəqiblərinin bütün məkr və hiylələrini ardıcıllıqla yamanlayan Xaqani onların hay-küyündən nigaran qalmadığını elan edir, bu qəbildən olan düşmənlərini ildırımı, yağışı olmayan, asta külək əsən kimi dağılaraq ötüb-keçən yüngül buludlarla müqayisə edir:
Səs-küyündən sən onların qorxma heç də Xaqani,
Bax, onların buludunda ildırım, yağış hanı?!
Şair oxucusunu bu cür namərdlərin zahiri görkəminə və qərəzli sözlərinə inanmamağa çağırır, hər bir kənd adamının hər gün dəfələrlə rastlaşdığı qamış bitgisindən ibrət götürməyə dəvət edir. O istəyir ki, arif olan hər kəs qamışlıqda rast gəldiyi hər qarğıya aldanmasın: axı eyni rəngdə göründüklərinə baxmayaraq onların birindən ağızları dada gətirən şəkər qayırır, digərindən isə… ayaqlar altına salınan həsir toxuyurlar. Dahi sənətkar poetik təxəyyülü olmayan, lakin şairlik iddiasından əl çəkməyən, buna görə də əsil istedadlara qənim kəsilən belə namərdlərin yadda qalan təsvirini verir:
Misgin, məğmun eşidərkən şeirimdəki fəsahəti
Beyni-başı alov tutur, artır mənə küdurəti.
Bu cür qarayaxalar arasında özünü böyük şairdən üstün tutan, hətta utanmadan özünü «Xaqani» amdlandıranlar da tapılırmış:
Deyirlər ki, özümüzük dəniz güclü o Xaqani,
Bəli, onlar Xaqanidir, ortasından atsan «qa»nı.
Hörmətli oxucuların bilməsi vacibdir ki, Xaqani kəlməsinin ortasındakı «qa» hecasını atdıqda meydanda «xani» qalır. Mənsubiyyət şəkilçisi olan «i»ni nəzərə almasaq, xan sözünün farsca mənası süfrə, ərəbcə mənası isə karvansara deməkdir. Beləliklə Xaqani hətta adına, təxəllüsünə də sahib çıxan həyasız rəqiblərini süfrə başından dura bilməyən doymaz yekəqarınlara və karvansara sakini olan… dördayaqlılara oxşadır… Özünün dönə-dönə etiraf etdiyi kimi, cılız rəqiblərini, arını yeyib namusunu tapdayan xainləri ifşa edərkən Xaqani onların səviyyəsinə enib söymür, alov saçan kəlamı ilə onları yandırıb-yaxır:
Sən, ey mənə pis söyləyən, bir gün şimşək səni vursa,
Ölüb getsən, bil, o şimşək mənim ahım, fəğanımdır.
Həcv edərkən söyüş söymək xasiyyətim deyil mənim,
Əlimdəki qələm mənim zərif məna yazanımdır.
<!–[if gte mso 9]> Normal 0 false false false RU X-NONE X-NONE MicrosoftInternetExplorer4 <!–[if gte mso 9]> <!–[if gte mso 10]> <!–[endif]–>

Hörmətli oxucuların bilməsi vacibdir ki, Xaqani kəlməsinin ortasındakı «qa» hecasını atdıqda meydanda «xani» qalır. Məns

Xaqani hələ öz sağlığında ədəbi mühitdə qədirşünas oxucular arasında böyük nüfuz qazanmış, müasiri olan bəzi sənətkarlar onun sənətini, istedadını, bir insan kimi şəxsi keyfiyyətlərini böyük səxavətlə tərənnüm edən əsərlər qoyub getmişlər. Onların bircəciyini yada salmaqla kifayətlənəcəyəm. «Xaqaninin vəsfi» adı ilə məşhur olan bu qəsidənin müəllifi XII əsr Azərbaycan poleziyasının görkəmli nümayüəndələrindən Mücirəddin Beylaqanidir (1130-1194). Qəsidədə Xaqaninin hüdudsuz istedadı, əsərlərinin bədii və elmi keyfiyyətləri, sənətkarın əzəməti və dühası böyük səmimiyyətlə tərənnüm edilir. (Hörmətli oxucuların yadına salıram ki, dahi şairimizin adı Əfzələddindir və bu sözün mənası dinin kamil, hünərli, nə