Akademik Bəkir Nəbiyev Azərbaycan MEA Ədəbiyyat İnstitutunun direktoru – I hissə

ƏFZƏLƏDDİN  XAQANİ

(1126-1199)

Mütəmadi olaraq davam edən xarici təcavüzlərə məruz qaldığına, feodal zülmünün törətdiyi ağır əngəllərə baxmayaraq istedadlı Azərbaycan xalqı tarix boyu həmişə olduğu kimi, erkən orta əsrlərdə də ölkədə elmi, mədəniyyəti, ədəbiyyatı, özəlliklə də poeziyanı inkişaf etdirib zənginləşdirirdi. Bu sahədə məşhur şair və filosof Əfzələddin Xaqani Şirvaninin xüsusilə böyük tarixi xidmətləri vardır.

Xaqani yalnız Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmi keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu Azər­baycan ədəbiyyatında fəlsəfi qəsidənin banisi, ilk və ən güclü  məsnəvilərin, incə ruhlu qəzəl və rübailərin, nəhayət kamil mənzum səfərnamənin  yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.

Xaqani  o zamankı müsəlman aləmin­də geniş yayılmış ərəb, fars, türk (Azərbaycan) dillərini mükəmməl bilmiş­dir. Şairin bu dillərin hər üçündə şeir yazdığı heç  bir  şübhə doğurmur. Lakin o dövrün görkəmli Azərbaycan sənətkar­larının bir çoxu üçün səciyyəvi olan məlum səbəblər üzündən onun da ana dilində əsərləri bizə  gəlib çatmamışdır. Bununla belə, qədim oğuz yurdu Şama­xıda dünyaya göz açan, sonralar böyük səxavətlə tərənnüm etdiyi Azərbaycan türkü ailəsində böyüyən, təkcə  qolu-biləyi deyil, fikri, duy­ğusu, mənəviyyatı da burada  formalaşan şair doğma dilini də yaxşı bilmiş, bu dildə də yazmışdır. Onun ərəb, özəlliklə də fars dilində yazdığı və xoşbəxtlikdən zəma­nəmizə qədər gəlib çıxan əsərləri şairi dünya poeziyasının parlaq simaları sırasına çıxarmaq üçün kifayət etmişdir.

Xaqaninin farsca əsərlərində də Azər­baycan ruhu, türk ahəngi həmişə bariz şəkildə özünü göstər­mişdir. Ədəbiyyat tarixçiliyimizin atası Firidun bəy Köçərli özünün məşhur «Azərabycan ədəbiyyatı» tədqiqatının Məliküşşüəra Bahar Şirvaniyə həsr olunmuş oçer­kində yazır ki, farslar özləri Xaqaninin şeirlərini oxuduqda  iqrari-etiraf edib deyirlər: «Buye-tork miayəd». Yəni ki, bu əsərlərdən «türk ətri gəlir». (Göstərilən əsər, 2-ci cild, səh. 11). Akademik Həmid Araslı isə şairin əsərlərinin dilindəki ətmək (çörək), su, tanqrı, yalavac, ağ sunqur, sənsən, axca, daş, xan, atabəy, xatun, qazğan (qazan), vuşaq (uşaq) və digər Azərbaycan sözlərinin yaxşı bir siyahısını vermiş, bununla da Xaqaninin əsərlərindəki ana dili aura­sının yaşar­ılığını bir daha təsdiq etmişdir.

Xaqani irsinin şəxsən tanıdığım ən  məşhur və cəfakeş təd­qi­qatçısı, öz alim ömrünün ən azı 30 ilini onun əsərlərinin öyrə­nilməsinə və şərhinə həsr etmiş  professor Qafar Kəndli bu böyük sənət­karı bütün region ölkələrində Azərbay­canın mötəbər şeiriyyət bayrağını qal­dır­­mış nəhəng istedad kimi şərəflən­dirməkdə tama­milə haqlı idi. Həqiqətən də Şərq intiba­hının,  özəlliklə də Azər­baycan poeziyasının dünya şöhrə­tindən söz düşəndə munis simaları xəya­lımız­da canlanan iki böyük və qüdrətli   dühanın biri Nizami Gən­cəvi, digəri isə onun ağsaqqal müasiri Xaqani Şirvani olur. Şairin dərin bəşəri məzmunlu, çoxjanrlı yaradıcılığı, başdan-başa şərin, zülmün, bədxahlığın qətiyyətli tənqid və ifşasına, xeyir­xahlığın, nəcibliyin, gözəlliyin, məhəbbətin ehtiraslı tərənnümünə və təbliğinə həsr olunmuş əsərləri çox tez məşhurlaşmışdır. Gənclik çağlarından dağ çeşməsi kimi çağlayan nadir poetik istedadı, yeri gələndə bədahətən, özü də nizamlı və mənalı şeir demək hünəri onu hələ 18 yaşında ikən o zamanın yaxın-uzaq ölkələrdə sayılan dövlətlərindən olan Şirvanşahlar səltənətinə gətirmişdir. Bu parlaq istedad dövrünün ədəbi-ictimai mühitində ən ali məqam sayılan «Xaqani» təxəllüsünə layiq görülmüşdür.

Azərbaycan ədəbiyyatının məşhur tədqi­qatçısı akad. Həmid Araslı özünün «Xaqani Şirvani» kitabçasına böyük  sənətkarın məhz bu qənaətini epiqraf vermişdi: Azadlıqdan  gözəl  nemət yoxdur (Bakı, 1982).  Zəmanəsinin bir çox elmlərini, klassik poeziyanı, fəlsəfi-ictimai fikir tarixini dərindən   öyrən­miş Xaqaninin bü­tün zamanlarda  və ictimai quruluşlarda aktual olan bu qənaətə gəlməsində  təəccüblü və qeyri-adi bir şey yox idi. Axtarsan, onun sələfləri və müasirləri olan şair və filosofların əsərlərindən  (işraqi­lərdən üzü bəri) insan azadlı­ğının fövqəladə bir nemət olduğunu təsdiq edən istə­nilən qədər etiraflar  və əsaslandırmalar tapmaq olar. Lakin azadlığın insan üçün heç  şeylə müqayisəyə gəlməyən çox böyük  bir nemət olduğunu Xaqani yalnız müdriklərin əsərlərindən öyrənmə­mişdi. Bu böyük həyat  dərsini şair özünün şəxsi tale dərsli­yinin gah ürək açan, gah da qan qaraldan əlvan səhifələrindən oxumuş, ona görə də lap dərindən mənimsəyib özünün sarsılmaz  şəxsi əqidəsinə  çevirmişdi. Bir qədər qabağa qaçaraq göstərməyi vacib sayıram ki, məşhur «Həbsiyyə» əsəri Xaqaninin dəfələrlə tale yazısı olmuş zindan həyatının ölməz poetik abidəsidir. Burada mətin, vüqarlı bir sənətkarın illərlə davam edən ağır zindan əzabları, azadlıq yanğısı, onun böyük fiziki və mənəvi sıxıntılar içində başa vurduğu məhbus həyatının cəhənnəm zillətinə bərabər hadisələri ürəkləri yandıran qüvvətli poetik vasitələrlə əks olunmuşdur. Əsrinin ədalətsiz hökmdarlarına, rüşvətxorluğu özünə peşə etmiş saray məmurlarına, dindən gəlirini artırmaq üçün istifadə edən bəzi ikiüzlü ruhanilərə qarşı sonsuz qəzəb və nifrət Xaqani «Həbsiyyə»sinin hər bir səhifəsindən boy göstərməkdədir.

I

Əfzələddin Xaqani Şirvani 1126-cı ildə qədim Şamaxı şəhərində (bəzi mənbələrə görə onun Məlhəm kəndində) dünyaya göz açmışdır. Şair doğma Şirvanı, pərvazlanıb sənətin göylərinə ucaldığı Şamaxını və onun insanlarını əsərlərində dönə-dönə  tərənnüm etmiş, bu qədim və ecazkar diyarda anadan olduğundan fərəhlə söz açmışdır.

Şirvan ki, var, hər cəhətdən ülviyyətin aynasıdır,

Onun suyu, səhər yeli dərdlərimin dəvasıdır.

Şirvan əhli alicənab yaranmışdır, başdan-başa

O yer gözəl təbiətli bir lətafət məvasıdır.

Çörəkləri arpadan da olsa, yenə qanedirlər,

Düyü qədər pulu olsa qürrələnməz, ədasıdır.

Gələcəyin böyük sənətkarının mənsub olduğu ailə bütün ətrafda öz əlinin zəhmətilə mütəvaze həyat sürən mötəbər sənətkarlar ocağı kimi tanınırdı. Əfzələddinin babası Osman toxuculuq, ipəkçiliklə məşğul olur, atası Əli dülgərlik edirdi.  Anası Rabiə xanım müsəlmanlığı qəbul etmiş xristian idi. O da öz cəhrəsində iplik əyirməklə ailənin dolanacağına kömək edirdi. Rabiə xanım yüksək mənəviyyatlı bir ana kimi balaca Əfzələddinin tərbiyəsində, onun qeyrətli, doğruçu cəfakeş yeniyetmə kimi böyüməsində mühüm rol oynamışdı. Atası Əli Nəccar oğluna öz peşəsini öyrətmək niyyətində olduğu üçün onun təhsilinə xüsusi qayğı göstərmirdli. Lakin həkimlik edən əmisi Kafiyəddin Ömər balaca İbrahimin biliklərə olan həvəsini və istedadının ilk cücərtilərini görüb onunla özü məşğul olmağa başlamışdı. Kafiyəddin Ömər həm də məşhur filosof idi. O, qardaşı oğlunun öyrənmək ehtirasını nəzərə alaraq onunla məşğələlərinin mövzu dairəsini genişləndirir. Qurani Kərimi başa çıxan gənc elm təşnəsinə fəlsəfə, riyaziyyat, ədəbiyyat və dilçilikdən dərs deyir, məntiq elminin əsaslarını öyrədir. Şeir yazmaq sahəsində ilk uğurlu addımlar atmağa başlayan gələcək şairə ədəbiyyat nəzəriyyəsi barədə təlim keçir.

Bir insan və bir şair kimi yetişməsində çox nəcib əməlləri və böyük qayğıkeşliyi ilə heç nə ilə əvəz edilməsi mümkün olmayan taleyüklü rol oynamış əziz əmisinin xeyirxahlığını Xaqani dəfələrlə etiraf etmiş, onu həmişə rəhmətlərlə yada salmışdır:

Bil: əmim Ömərin sayəsində mən

Yetimlik divinin qaçdım əlindən.

Atam dözməyərək dərdə cahanda,

Sam Zalı atan tək məni atanda

Əmim simürq kimi sərf edib əmək,

Qanadı altına alaraq, Zal tək –

Qaldırdı biliyin Qafına həmən.

Bəsləndim onun öz yuvasında mən.

O oldu həmişə mənə mehriban,

Yaralı könlümə o qoydu dərman.

Gördü söz mülkünə mən bir hakiməm.

Adımı o qoydu: Həssani-Əcəm.

Həssani-Ərəb VII əsrdə yaşamış, istedadlı şair olub Məhəmməd peyğəmbərin bəşəriyyət  qarşısındakı mübarək missiyanı tərənnüm edən şeirlərilə ədəbiyyat tarixində şərəfli yer tutur. Əmisinin öz qardaşı oğluna verdiyi «Həssani-Əcəm» təxəllüsü peyğəmbərimizin yaxın dostu və səmimi tərənnümçüsü olan Həssani-Ərəbin təxəllüsünə yaraşdırma kimi çox  gözəl  düşünülmüşdü və  Xaqani bir sıra əsərlərini məhz bu təxəllüslə yazmışdır.

Şamaxı ədəbi mühitində öz gözəl şeirləri ilə artıq diqqət mərkəzində olan  18 yaşlı şairin sorağı Şirvanşahlar sarayına çatır və gələcək qaynatası, məliküşşüəra Əbül Üla Gəncəvinin tövsiyəsi ilə o, sarayda fəaliyyətə başlayır. İlk çağlarda şairin qarşısında böyük yaradıcılıq imkanları açılır. O, əla bildiyi ərəb, fars və türk dillərində saray kitabxanasında mövcud olan qiymətli ədəbi və elmi əsərləri acgözlüklə oxuyur, öyrənir, məhəbbət şeirlərini, mədhiyyələrini yazır, maddi cəhətdən təmin olunur. Ona öz ölkəsində bir şair kimi ən yüksək zirvədə durduğunu təsdiq edən «Xaqani» təxəllüsü verilir.

Əbül Üla saraya gətirdiyi Xaqaninin qısa bir müddətdə əldə etdiyi çox böyük uğurlarını görüb əvvəllər başqa bir gənc şair və astronoma – Fələki Şirvaniyə (1126-1160) vermək istədiyi qızını Xaqaniyə nişanlayır və gənclərin izdivacı baş tutur. Xaqani özünün allah vergisi olan parlaq istedadı ilə nəinki ətrafındakı həmkarlarını, hətta sarayda şairlərin əmiri, məliküş-şüəra vəzifəsində çalışan qaynatasını da geridə qoyur. Peşə rəqabəti öz yerində. Digər bir məsələ də Əbül Ülaya rahatlıq vermirdi. Xaqaninin ictimai qənaətləri getdikcə büllurlaşır və o, ətrafına daha diqqətli nəzərlərlə baxdıqca insanlar arasındakı münasibətləri gur bir işıq altında görür və başda şirvanşahın özü olmaqla saray xadimlərini, mənsəb sahiblərini kəskin tənqid edən əsərlər də yazır. Qaynatası onu bu yoldan daşındırmağa çalışır,  kürəkəninin ifşaçı əsərlərinin məliküş-şüəraya da ciddi zərər vuracağından qorxaraq gələcək araşdırmalarda özünə alibi, maddi sübut olmaq etibarilə onun əleyhinə həcv yazır və əlbəttə, kürəkənindən cavab həcvi alır. Beləliklə də,  1148-ci ildən etibarən tədriclə Xaqaninin mənəvi dünyasında yeni intibah əlamətləri özünü göstərməyə başlayır. Şair mədhiyyəçilikdən qurtulmaq, saraydan uzaqlaşmaq üçün çalışsa da istədiyinə müvəffəq olmur. Hətta Xorasana, Kərbəlaya, Məkkəyə gedib müsəlman müqəddəslərini ziyarət etməyə də bir müddət ona icazə vermirlər.

İstedadsızların canfəşanlıq etdikləri saray mühiti şairi bezdirir. Nəhayət, böyük çətinliklə olsa da İraqa, oradan da Məkkeyi-mükərrəməyə getməyə razılıq alır. Bu səfərdən sonra nüfuzu və hörməti daha da artan Xaqani ox olub paxıl və istedadsız cuğulların gözünə batır, onların daha fəal intriqalarına hədəf olur. Şair 1170-ci ildə saraydan uzaqlaşmaq məqsədilə  Şirvanı xəbərsiz-ətərsiz tərk etməyə təşəbbüs göstərir. Lakin I Əhsitanın əmrilə tutulub geri qaytarılır, Şabran qalasında zindan həyatı yaşamağa məhkum olunur. Şairin zindandakı əzablarını əks etdirən məşhur  «Həbsiyyə» əsərinin ibrətamiz beytləri yaranır.

Şirvanda bədxahlar mühitinin şairə qənim kəsildiyinə, orada uzun müddət zindanda «cəza» çəkdiyinə baxmayaraq yenə də doğma yurd Xaqani üçün həmişə əziz olmuş, xaricdəki ən xoş günlərində də vətənin cazibəsi onu heç vaxt tərk etməmişdi. Bağdad xəlifəsi Xaqanini yaşamaq və yaratmaq üçün öz sarayına  dəvət edərkən o, dərin səmimiyyət duyğusu ilə bu yüksək dəvətdən imtina etmişdi. Aşağıdakı beytlər şairin öz ölkəsinin çox böyük vətənpərvəri olduğunun dərin səmimiyyət duyğusu ilə ifadəsidir:

Şahlar məclisimdə diz çökər mənim,

Başıma təbəqlə zər tökər mənim.

Lakin üzüm gülməz, gözlərim ağlar,

Qəlbimdə dağ boyda ağır intizar.

Yurdun həsrətilə töküb göz yaşı

«Ah, vətən!» deyərəm hər sözün başı…

Xaqani Şirvani zövq-səfa naminə, keyfi üçün tərk etmirdi.  Bunu demişik. O doğma yurdundan həmişə böyük çətinliklə, dərin təəssüf duyğuları ilə ayrılırdı.

Qitələrindən birindəki etirafı da bunu təsdiq etməkdədir:

O köç günü ki, mən etdim vida Şirvana,

Təəssüf eylədi qəlbim, ciyər alovlandı.

Yanıb fəraq oduna, mən Arazla üzləşdim,

Araz görüb halımı, od tutub o da yandı.

Ahım kimi iti axdı, qəmim kimi coşdu,

Xüruşə gəldi könül tək, kədərlə çalxandı.

Atası haqqında xatirələrində şair bəzi namərdlərin onun doğma yurdunu Şərvan adlandırmasına özünün qəti etirazını bildirir və israr edir ki, bu torpağa nahaq yerə özgə ad uydururlar. Şamaxı heç vaxt fitnə-şər yuvası ola bilməz. Bu yeri Allah xeyir işlərin baş tutması üçün gözəl bir meyydan kimi yaradıb:

Nə qədər məskənim bu xoş məkandır,

O Sərvan deyildir, bir xeyrəvandır.

Xaqaninin vətənpərvərlik mövzusunda yazılmış əsərləri arasında «Savalan dağının tərifi» öz qiymətli fikri-bədii keyfiyyətləri etibarilə xüsusi yer tutur:

Şamaxı! Ey mənim sevimli yurdum,

Mən sənin qoynunda xaniman qurdum.

İndisə acığın tutmuşdur mana,

Sənin qucağından ayrılsam,  ana, –

Ümidim, pənahım Təbrizdir, Təbriz,

O şəhər də mənə mehriban, əziz.

Siz mənə həyatı etdiniz əta,

Sən mənə anasan, Təbrizsə ata.

Anasından küsən körpə bir uşaq –

Ata ağuşunda yer tapar ancaq! 

Bu abdar kəlam ilk növbədə Xaqaninin bütün varlığı ilə doğma yurduna bağlılığının, Şirvana, Şamaxıya bəslədiyi sonsuz məhəbbətin yüksək bədii təzahürü kimi qiymətlidir. Lakin sona doğru əsərdə ikinci bir motiv – Təbriz mövzusu boy göstərir və sənətkar onu son dərəcə təbii bir ahənglə birinci mövzuya peyvənd edir, nəticədə oxucu həm Şamaxı, həm də Təbriz daxil olmaqla bütöv,  böyük Azərbaycan mövzusuna qovuşur və bundan qürur duyur. Xaqaninin bu könül oxşayan beytləri indi hamımızın ən həssas duyğumuza çevrilmiş Cənubi Azərbaycan probleminə dair cildlərlə kitabın epiqrafı olacaq  dərəcədə  aktual və səmimi, təbii və ahəngdar səslənir. Şimali Azərbaycanla Cənubi Azərbaycanı bir-birinə əbədilik bağlayan bu canlı atributlar (Şamaxı-ana, Təbriz-ata, müəllif-bir qədər ərköyün təbiətli əziz övlad) Azərbaycanımızın vəhdətini tərənnüm etmək baxımından dahi Xaqaninin əsrlərin arxasından həm o tayda, həm də but ayda nəsillərimizə  vüqarla təqdim etdiyi təkrarsız mənəvi ərməğandır.

<!–[if gte mso 9]> Normal 0 false false false RU X-NONE X-NONE MicrosoftInternetExplorer4 <!–[if gte mso 9]> <!–[if gte mso 10]> <!–[endif]–>

Bu abdar kəlam ilk növbədə Xaqaninin bütün varlığı ilə doğma yurduna bağlılığının, Şirvana, Şamaxıya bəslədiyi sonsuz məhəbbətin yüksək bədii təzahürü kimi qiymətlidir. Lakin sona doğru əsərdə ikinci bir motiv – Təbriz mövzusu boy göstərir və sənətkar onu son dərəcə təbii bir ahənglə biri

ƏFZƏLƏDDİN  XAQANİ

(1126-1199)

Mütəmadi olaraq davam edən xarici təcavüzlərə məruz qaldığına, feodal zülmünün törətdiyi ağır əngəllərə baxmayaraq istedadlı Azərbaycan xalqı tarix boyu həmişə olduğu kimi, erkən orta əsrlərdə də ölkədə elmi, mədəniyyəti, ədəbiyyatı, özəlliklə də poeziyanı inkişaf etdirib zənginləşdirirdi. Bu sahədə məşhur şair və filosof Əfzələddin Xaqani Şirvaninin xüsusilə böyük tarixi xidmətləri vardır.

Xaqani yalnız Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmi keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu Azər­baycan ədəbiyyatında fəlsəfi qəsidənin banisi, ilk və ən güclü  məsnəvilərin, incə ruhlu qəzəl və rübailərin, nəhayət kamil mənzum səfərnamənin  yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.

Xaqani  o zamankı müsəlman aləmin­də geniş yayılmış ərəb, fars, türk (Azərbaycan) dillərini mükəmməl bilmiş­dir. Şairin bu dillərin hər üçündə şeir yazdığı heç  bir  şübhə doğurmur. Lakin o dövrün görkəmli Azərbaycan sənətkar­larının bir çoxu üçün səciyyəvi olan məlum səbəblər üzündən onun da ana dilində əsərləri bizə  gəlib çatmamışdır. Bununla belə, qədim oğuz yurdu Şama­xıda dünyaya göz açan, sonralar böyük səxavətlə tərənnüm etdiyi Azərbaycan türkü ailəsində böyüyən, təkcə  qolu-biləyi deyil, fikri, duy­ğusu, mənəviyyatı da burada  formalaşan şair doğma dilini də yaxşı bilmiş, bu dildə də yazmışdır. Onun ərəb, özəlliklə də fars dilində yazdığı və xoşbəxtlikdən zəma­nəmizə qədər gəlib çıxan əsərləri şairi dünya poeziyasının parlaq simaları sırasına çıxarmaq üçün kifayət etmişdir.

Xaqaninin farsca əsərlərində də Azər­baycan ruhu, türk ahəngi həmişə bariz şəkildə özünü göstər­mişdir. Ədəbiyyat tarixçiliyimizin atası Firidun bəy Köçərli özünün məşhur «Azərabycan ədəbiyyatı» tədqiqatının Məliküşşüəra Bahar Şirvaniyə həsr olunmuş oçer­kində yazır ki, farslar özləri Xaqaninin şeirlərini oxuduqda  iqrari-etiraf edib deyirlər: «Buye-tork miayəd». Yəni ki, bu əsərlərdən «türk ətri gəlir». (Göstərilən əsər, 2-ci cild, səh. 11). Akademik Həmid Araslı isə şairin əsərlərinin dilindəki ətmək (çörək), su, tanqrı, yalavac, ağ sunqur, sənsən, axca, daş, xan, atabəy, xatun, qazğan (qazan), vuşaq (uşaq) və

Bənzər mövzular

Akademik Bəkir Nəbiyev Azərbaycan MEA Ədəbiyyat İnstitutunun direktoru – III hissə
Akademik Bəkir Nəbiyev Azərbaycan MEA Ədəbiyyat İnstitutunun direktoru – II hissə
“ Şamaxı Azərbaycan tarixində” səhifəsinin oxucularına
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar