Şamaxının millət vəkili Elxan Süleymanov müqəddəs bayram münasibətilə şəhid ailələrini təbrik edib

14075026_1438439826183103_216601215_o

Şamaxının millət vəkili Elxan Süleymanovun rayondakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayevdən aldığımız məlumata görə, hər il olduğu kimi, bu il də müqəddəs Qurban bayramı münasibətilə Şamaxı rayonundan olan Qarabağ müharibəsi  və 20 Yanvar şəhidlərinin ailələrinə millət vəkilinin adından qurban payı və təbrik açıqcaları təqdim olunub.

Millət vəkilinin adından bütövlükdə 76 ailə təbrik edilib.

Millət vəkili Elxan Süleymanov 14 tələbəni təbrik etdi

dsc_0103f

Şamaxının millət vəkili Elxan Süleymanov sentyabrın 10-da rayon mərkəzindəki qərargahında yüksək balla ali məktəbə daxil olmuş Şamaxı məktəblərinin məzunları ilə görüşüb. (more…)

qurban-bayrami-tebriki

Əziz Seçicim!
Dəyərli Şamaxı sakini!

Hər bir müsəlman üçün əziz olan müqəddəs Qurban Bayramı gəlib.
Bu mübarək bayram bütün müsəlman dünyasında olduğu kimi Azərbaycanda da,
Şamaxıda da qeyd olunur.
Bu bayramı qeyd edən şamaxılılar çox böyük bir mənəvi irsin qoruyucularıdır.
Azərbaycan ərazisində ən qədim məscidin məhz Şamaxıda olması çox dərin hikmətlərdən,
çox zəngin keçmişdən, ənənələrdən danışır.
Sizi ürəkdən təbrik edirəm.
Bu mübarək bayram günlərində hər birinizə sevinc dolu ömür arzulayıram.

Sizin millət vəkiliniz
Elxan Süleymanov

Təbrik

Dəyərli seçicilərim!
Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm!

ALLAH orucunuzu qəbul etsin!

Hörmətlə, Elxan Süleymanov, Şamaxının millət vəkili

AVCİYA prezidenti Elxan Süleymanov Roma papasına məktub ünvanlayıb

AVCİYA prezidenti Elxan Süleymanov Roma papasına məktub ünvanlayıb
Bütün etiqadlardan olan xalqları barışdırmaq və gələcək nəsillər üçün daha yaxşı dünya təşviq etmək üçün göstərdiyiniz davamlı və təqdirəlayiq səylərinizi nəzərə alaraq, Ermənistana səfəriniz zamanı müzakirə edilə biləcək mümkün məsələlər, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu rayonlarının qanunsuz işğalına bəraət qazandırmaq məqsədilə Ermənistan hakimiyyətinin göstərəcəyi çaşdırıcı səylərlə bağlı dərin narahatlığımızı ifadə edirik.

(more…)

Elxan Süleymanov: “Monitorinq Komitəsinin Ermənistana faktaraşdırıcı səfərin nəticələrinə dair məlumatında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktı göstərilməyib”

Elxan Süleymanov: “Monitorinq Komitəsinin Ermənistana faktaraşdırıcı səfərin nəticələrinə dair məlumatında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktı göstərilməyib”
AŞPA Monitorinq Komitəsinin 20 iyun tarixli iclasında Ermənistan üzrə həmməruzəçilər  Alan Meale (Böyük Britaniya, Sosialistlər qrupu) və İtaliyalı Cüzeppe Galatinin  (Italiya, EPP qrupu) 10-12 may tarixlərdə Yerevana faktaraşdırıcı səfərlərinin nəticələri ilə bağlı məlumatları təqdim olunacaq.

(more…)

Avropa Parlamentində Azərbaycanla bağlı məruzə müsbət səsvermə ilə başa çatdı

Avropa Parlamentində Azərbaycanla bağlı məruzə müsbət səsvermə ilə başa çatdı
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çərşənbə axşamı, 14 iyun 2016-cı ildə Azərbaycan Respublikasına dair məruzəyə səsvermə müsbət nəticələnmişdir. Azərbaycana Aİ tərəfindən maliyyələşdirilən proqramlarda iştirak imkanı verəcək beynəlxalq sazişin ratifikasiyasını nəzərdə tutan bu məruzənin 2015-ci ildən bəri güclü anti-Azərbaycan kampaniyası tərəfindən qarşısı alınırdı.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun Cümə məscidində təşkil etdiyi iftar süfrəsi

Şamaxının millət vəkili Elxan Süleymanovun Cümə məscidində təşkil etdiyi iftar süfrəsi (more…)

Dağlıq Qarabağa dair petisiyanıza cavab:

petision-post-full

Dağlıq Qarabağa dair bu petisiyanı imzaladığınız üçün minnətdarıq.
ABŞ, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc və uzunmüddətli həllinə çox sadiqdir. Sizdən bu məsələ barədə eşitməyi yüksək qiymətləndiririk və Dağlıq Qarabağ münaqişəsinin və humanitar məsələlərin həllinə dair gördüyümüz işlər barədə sizinlə birbaşa danışmaq imkanı əldə etdiyimizə görə şadıq.

(more…)

Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın

 

Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın

ABŞ Ağ Ev administrasiyası 10 iyun 2016-cı ildə
Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini
tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan
petisiyaya rəsmi cavab verdi.

(more…)