AVCIYA-nın petisiyası haqqında 148 dünya Kütləvi İnformasiya Vasitəsi yazdı

AVCIYA-nın petisiyası haqqında 148 dünya Kütləvi İnformasiya Vasitəsi yazdı
5 iyun 2016-cı ildə Ağ Ev Administrasıyasının “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyasına münasibət bildirməsi üçün müddət  başa çatır.

AVCIYA-nın petisiyası haqqında 148 dünya Kütləvi İnformasiya Vasitəsi yazdı
5 iyun 2016-cı ildə Ağ Ev Administrasıyasının “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması
naminə” petisiyasına münasibət bildirməsi üçün müddət  başa çatır. CNBC, REUTERS, THE BUSİNESS
JOURNAL, YAHOO FİNANCE də daxil olmaqla 148 dünya Kütləvi İnformasiya
Vasitəsi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının
(AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun açıqlamasını yayıb. E. Süleymanov
Ağ Evin petisiya ilə bağlı cavabı haqqında öz gözləntilərindən danışaraq qeyd
edib:

“Biz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalından
keçən 24 il ərzində və cari ilin aprel ayının əvvəllərində cəbhədə baş vermiş
döyüşlərdən sonrakı müddət ərzində ABŞ-ın və onun həmsədr olduğu ATƏT-in Mİnsk
Qrupunun laqeydliyinə və açıq-aşkar biganəliyinə nəzər salanda, Ağ Evin
petisiyaya verəcəyi cavabın obyektiv və qane edici dərəcədə dolğun olacağı məndə
böyük şübhə doğurur.
Hadisələrə bu konteksdə yanaşaraq güman edirəm ki, Ağ Ev
Administrasiyası AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməkdən yan keçəcək
və onu birmənalı şəkildə təqdir etməyəcək. Düşünürəm ki, Ağ Ev yalnız
petisiyadakı çağırışımızın Sərsəng su anbarının hazırki durumu səbəbindən baş
verə biləcək humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi ilə
bağlı hissəsinə laqeyd reaksiya verəcək və qətnamənin Azərbaycan ərazilərinin
işğal edilməsini və Ermənistanın işğalçı dövlət olmasını ehtiva edən əsas müddəalarından
diqqəti yayındırmaq məqsədilə müstəqil ekspertlərin yoxlama aparması və suyun
buraxılması məsələsinin müzakirə olunması üçün Minsk Qrupu çərçivəsində
dialoqun vacibliyini bildirəcək. Ağ Evin petisiyaya belə cavabı isə ABŞ tərəfindən
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini açıq-aydın təqdir etməsi
anlamına gələcək. Bu barədə ciddi düşünməyə dəyər.”
E. Süleymanovun açıqlamasında həmçinin bildirilir: “Bununla belə, biz
unutmamalıyıq ki, Ağ Evin cavabından asılı olmayaraq, biz Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəmizi dayandırmayacağıq və
bu müstəvidə petisiya böyük əhəmiyyətə malikdir. “
AVCİYA prezidenti 2 aya yaxın müddət ərzində Ağ Evin rəsmi saytında
Ermənistanın işğalçı dövlət olması, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin
Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktının əks
olunmasını və sayta daxil olan milyonlarla insanın bu barədə məlumat almasını
çox vacib amil, torpaqlarımızın işğaldan azad edilməsinə aparan yolda əhəmiyyətli
bir fəaliyyət kimi dəyərləndirib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları