“2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib

_mg_2367

Dekabrın 23-də Bakıda, “Ambassador” otelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə  “2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransı giriş sözü ilə AVCİYA-nın eksperti Şahin Camalov açdı. AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov konfrans iştirakçılarını salamlayaraq qeyd etdi ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması AVCİYA-nın fəaliyyətinin ana xəttini təşkil edir. Bir neçə il öncə AVCİYA-nın Xocalı soyqırımı ilə bağlı keçirdiyi “Milyon imza – bir tələb” kampaniyası bu təşkilatın ən mühüm işlərindəndir. Bir neçə il öncə isə AVCİYA Sərsəng su anbarı ilə bağlı məsələni beynəlxalq  platformaya daşıdı. AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun böyük səyi nəticəsində problemlə bağlı qətnamə layihəsi hazırlandı və qəbul edildi. Qətnamədə lk dəfə olaraq Azərbaycan ərazilərinin işğalı faktı vurğulanır və bu, diplomatiyamızın ən böyük uğurlarındandır.   (more…)

“2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

logo

Dekabrın 23-də Bakıda, “Ambassador” otelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə  “2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək. (more…)

AVCİYA-nın təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfransdan fotolar

15625664_1032047850254186_4980398084026373703_o (more…)

AVCİYA-nın təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi

multikultiralizm-web-01

Dekabrın 19-da Şamaxı şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi. (more…)

Elxan Süleymanov: Erməni tərəfinin Azərbaycana qarşı təxribatları intensivləşir

Son illər Azərbaycanın xarici siyasətdə, xüsusilə də beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı qazandığı uğurlar erməni lobbisinin və digər anti-Azərbaycan qüvvələrin dərin təşvişinə səbəb olmuşdur. Bu uğurlar əsasən 2 məsələ – qondarma insan hüquqları pozuntuları, siyasi məhbus məsələləri ilə təzyiq göstərilməsi cəhdlərinin iflasa uğraması və Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonlarının davam edən işğalı ilə bağlı qətnamələrin qəbuludur. Əgər siyasi məhbus məsələsində əldə edilən uğurun göstəricisi 2013-cü ildə AŞPA-da alman millət vəkili Kristof Ştrasserin məruzəsinə AŞPA üzvlərinin mütləq əksəriyyəti tərəfindən əleyhinə səs verməsi idisə, Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun işğalı ilə bağlı qəbul edilmiş qətnamələrdir. Bu istiqamətdə qəbul edilən son qətnamə Bosniyalı deputat Militsa Markoviçin müəllifi olduğu 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamədir. Qətnamədə: (more…)

Elxan Süleymanov: Düşmənlərimizin Azərbaycana qara yaxmaq cəhdlərini AŞPA Bürosu rədd etdi

_mg_7917ff

“Bu məsələdə azərbaycanlı adını daşımağa layiq olmayan bəzi adamların dəstək verməsi ehtimal olunur”
Millət vəkilli, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞP-nın sessiyasında müzakirə olunan, Azərbaycanla bağlı məsələlərə dair müsavat.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. (more…)

Konstitusiya islahatlarına dair referendum Avropa Şurası Parlament Assambleyası Bürosu tərəfindən təsdiqləndi

council_of_europef

10/10/2016:

Avropa Şurası Parlament Assambleyası Bürosu bazar ertəsi, 10 oktyabr 2016-cı ildə Fransada, Strasburqda Makedoniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və 26 sentyabr 2016-cı ildə Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPA qiymətləndirmə missiyasının rəhbəri, deputat cənab Aleksandar Nikoloskinin memorandumunu yekdilliklə təsdiqlədi. (more…)

Elxan Süleymanov: Avronest PA ilə əməkdaşlığın bərpası ilə ölkəmizə qarşı siyasi təzyiqlərin yeni dalğası başlayacaq

euronest_5thsession_poster

Avronest PA Aİ-nin Şərq Tərəfdaşlığı proqramının ən uğursuzluğa uğramış və xələl gətirən bir təsisatıdır. Bu təsisat beynəlxalq dialoq üçün yeni platformalar yaratmaq cəhdi idi. Lakin qərarsızlıq, qərəzli diskurs və ikili standartlar bu təsisatı yararsız bir quruma çevirdi. Avronest PA Aİ-nin köməyi ilə Şərq Tərəfdaşlığı ölkələrinə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) təsir göstərən əsas problemlərin ümumi həll yolunu tapmaq əvəzinə, heç bir nəticəsi və icraat qüvvəsi olmayan sonsuz qeyri-müvafiq müzakirələrlə məşğuldur. (more…)

Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına dəyişikliklər layihəsinə (2016) dair ilkin rəyi barədə qeydlər

_mg_7917f

Ön söz

Sənədi diqqətlə oxuduqdan sonra Avropa Şurası Venesiya Komissiyasının ilkin rəyində Azərbaycana münasibətdə yanaşmanın bitərəf olmadığını sübut edən iyirmi məqam müəyyənləşdirdim.

Venesiya Komissiyasının əvvəlki məruzələrindən istinadlar və sitatlar ifrat dərəcədə tənqiddən ibarət olub, olduqca selektiv idi. (more…)

Şamaxının millət vəkili Məlhəm məktəbinin birinci sinif şagirdlərini təbrik edib

14359653_945503965575242_1543020385_o

Şamaxının millət vəkili Elxan Sülemanovun adından K.Nəbiyev adına Məlhəm kənd orta məktəbinin birinci sinif şagirdlərinə hədiyyə dəstləri təqdim olunub. (more…)