Elxan Süleymanov: Azərbaycanın düşmənləri AŞPA-da destruktiv fəaliyyətlərini davam etdirirlər
Avropa Şurasının sessiyasının 24 yanvar tarixli axşam iclasında Ukrayna nümayəndə heyətinin rəhbəri Volodimir Arievin hazırladığı “Avropada jurnalistlərə və media azadlığına qarşı hücumlar” adlı məruzə müzakirə ediləcəkdir. (more…)
Elxan Süleymanov AŞPA-nın qış sessiyası haqqında deyir
23 yanvar 2017-ci il.
AŞPA-nın 2017-ci il qış sessiyasının açılışından AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov məlumat verir ki, bu sessiyada Assambleyada Azərbaycan nümayəndə heyətinə qarşı olan şayiələr öz təsdiqini tapmadı. (more…)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Şən və Hazırcavablar Klubunun rəhbərliyindən təxribata son qoyulmasını tələb etdi.
Müraciətin mətni:
“KVN – 2017” adlı 28-ci şən və hazırcavablar Beynəlxalq Festifalında bir çox ölkələrin komandaları ilə yanaşı “Cörək və Duzla” adlı qondarma “Dağlıq Qarabağ” komandasının da iştirak etməsinə Azərbaycan xalqı qəti etirazını bildirir. (more…)
ABŞ Araşdırma Mərkəzi 2016-cı ilin Azərbaycan üçün uğurlu il olduğunu bildirir
ABŞ-ın “Keçmiş Sovet Sosialist Respublikalarını Araşdırma Mərkəzi”nin internet resursunda “2016-cı ilə baxış” adlı məqalə dərc edilmişdir. Məqalədə ötən il dünyanın bir çox ölkələrində, xüsusən post sovet məkanında baş verən mühüm hadisələr şərh edilir. (more…)
AVCİYA prezidenti: “ABŞ petisiyaya cavabında Qarabağətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına çağırdı”
Millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun APA-ya müsahibəsi
– Tanınmış Amerika sosioloji araşdırma mərkəzi AVCİYA-nın layihəsini dünyada ikinci ən məşhur petisiya kimi qiymətləndirdi. Bu barədə nə deyə bilərsiniz? (more…)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) petisiya layihəsi dünyada ikinci oldu
Elxan Süleymanov
AVCİYA prezidenti
Amerikanın dünya səviyyəsində tanınmış sosioloji araşdırma şirkəti olan Pew Tədqiqat Mərkəzinin hesabatına görə, “Biz Xalqıq” adlanan və 2011-ci ildə Barak Obama tərəfindən yaradılmış Ağ Evə müraciət platforması tarixində ikinci ən məşhur petisiya “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyadır. (more…)
Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhərində bayram tədbirlərində iştirak edib
Dekabrın 28-də Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı rayonunda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirlərdə iştirak edib. Əvvəlcə millət vəkili Böyük Xınıslı kəndindəki uşaq baxçasında balacalarla görüşüb və onlara bayram sovqatı təqdim edib. Ümumiyyətlə, hər il olduğu kimi Şamaxı rayonunun məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan 1200 uşağa və 76 Qarabağ şəhidi ailəsinə Elxan Süleymanovun adından Yeni il sovqatları hədiyyə edilib. (more…)
“2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Dekabrın 23-də Bakıda, “Ambassador” otelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransı giriş sözü ilə AVCİYA-nın eksperti Şahin Camalov açdı. AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov konfrans iştirakçılarını salamlayaraq qeyd etdi ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması AVCİYA-nın fəaliyyətinin ana xəttini təşkil edir. Bir neçə il öncə AVCİYA-nın Xocalı soyqırımı ilə bağlı keçirdiyi “Milyon imza – bir tələb” kampaniyası bu təşkilatın ən mühüm işlərindəndir. Bir neçə il öncə isə AVCİYA Sərsəng su anbarı ilə bağlı məsələni beynəlxalq platformaya daşıdı. AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun böyük səyi nəticəsində problemlə bağlı qətnamə layihəsi hazırlandı və qəbul edildi. Qətnamədə lk dəfə olaraq Azərbaycan ərazilərinin işğalı faktı vurğulanır və bu, diplomatiyamızın ən böyük uğurlarındandır. (more…)