Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə Əngəxaran kəndində iftar süfrəsi açılıb

_MG_7857

İyunun 10-da Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Əngəxaran kəndində dindarlar üçün iftar süfrəsi açılıb. (more…)

Şamaxıda VII M.Ə.Sabir Bədii qiraət müsabiqəsi oldu (Fotolar)

May ayının 24-25-də Şamaxı son yeddi il ərzində olduğu kimi yenə də M.Ə.Sabir şeirlərilə nəfəs alırdı. Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə keçirilən Yeddinci M.Ə.Sabir Bədii Qiraət müsabiqəsinə həmişəki kimi maraq böyük idi. (more…)

Şamaxının millət vəkili müharibə veteranlarını təbrik etdi

veteran1

May ayının 9-da hər il olduğu kimi Şamaxının millət vəkili Elxan Süleymanov rayon ərazisində yaşayan müharibə veteranlarını təbrik edib. Millət vəkilinin rayondakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayev bir neçə veteranı evində ziyarət edib, onlara Elxan Süleymanovun təbrik məktublarını çatdırıb və pul mükafatları təqdim edib. Bir qrup müharibə veteranı ilə millət vəkilinin qərargahında da görüş olub. (more…)

Baş katib Savitskinin AŞPA-da gizli kəşfiyyat xidməti

Architecte/Architect : Henry Bernard

Avropa Şurası Parlament Assambleyası 1974-cü ilə qədər öz Nizamnaməsində hər zaman “Məşvərət” Assambleyası adlanmışdır. O, adını 1974-cü ildə dəyişmişdir, çünki parlamentarilər açıq-aydın ad dəyişikliyində təkid etmişdir. Nazirlər Şurası 1994-cü ildə ad dəyişikliyinə razılıq verdi, lakin Assambleyanın missiyası və miqyası, Nizamnamədə nəzərdə tutulduğu kimi, tamamilə eyni qaldı. (more…)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ermənistanın BMT-yə təqdim etdiyi hesabata alternativ hesabat verdi

avciya-logo-slider

24 aprel – 12 may 2017-ci il tarixlərində BMT-nin İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi Komitəsində Ermənistanın 2010-2015-ci illər üçün dövrü hesabatı müzakirə ediləcəkdir. Ermənistan dövləti bu hesabatında Irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT Konvensiyasının tələblərinin təmin edilməsi vəziyyəti qaçqınlar, milli azlıqlara qarşı ayrıseçklik, dini tolerantlıq və sair barədə məlumat vermişdir. Lakin həmişə olduğu kimi, bu hesabatda da Ermənistan öz yalanları ilə, mövcud duruma müsbət don geyindirməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. AVCİYA Ermənistanın adı çəkilən hesabatına alternativ hesabat hazırlayaraq 6 (İngilis, Rus, İspan, İtalyan, Ərəb, Fransız) dildə BMT-yə təqdim etmişdir. AVCİYA-nın bu hesabatında Ermənistanın növbəti yalanları, saxtakarlıqları tam ifşa edilmişdir. Alternativ hesabat artıq BMT-nin rəsmi internet resursunda yerləşdirilmişdir. (more…)

Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə şamaxılı aprel şəhidləri yad edilib

web_MG_4659Aprelin 4-də Şamaxı şəhərindəki Mədəniyyət Sarayında Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib. Şamaxı ictimaiyyəti nümayəndələrinin, hərbçilərinin, şəhid ailələrinin iştirak etdikləri tədbir 2016-cı ilin aprel döyüşləri zamanı həlak olan şamaxılı döyüşçülər – Samir Kaçayevin, Nazım Zəkərəyevin və Elşən Səmədovun xatirələrinə həsr olunmuşdu. (more…)

Millət vəkili Elxan Süleymanov təqaüdçüləri və onların valideynləri ilə görüşüb ( Fotolar)

_MG_4282

Şamaxının millət vəkili Elxan Süleymanov son illər ərzində yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı gənclərlə və 2011-ci ildən bəri Şamaxı məktəbliləri arasında hər il keçirilən, Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqələrinin qalibləri ilə görüşüb. Təsis etdiyi təqaüdü alan 100-ə yaxın gənci, eləcə də onların valideynlərini Novruz bayramı münasibətilə təbrik edən Elxan Süleymanov sovqatlarını təqdim edib. (more…)

Ştrasser uydurmasında “erməni sövdələşməsi”nin izi

_mg_7917

Bu konkret və informativ faktlar və rəqəmlər anti-Azərbaycan qüvvələrin Ştrasser məruzəsi ilə bağlı uydurduqları böhtan və şayiələrin mahiyyətini açır. (more…)

Şamaxının millət vəkili Elxan Süleymanov qəhrəman anaları təbrik edib

8 mart tebrik

Şamaxının millət vəkili Elxan Süleymanov ötən illərdə olduğu kimi, bu il də Şamaxıda yaşayan qəhrəman anaları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. (more…)

“XOCALI YADDAŞI” İŞIQ ÜZÜ GÖRDÜ

Xocalı Yaddasi kitab

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalının “1905.az kitabı” seriyasından ikinci nəşri – “XOCALI YADDAŞI” kitabı işıq üzü görüb. Orijinal dizayn və nəfis tərtibatla çap olunan kitab Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub və şərti olaraq üç hissəyə bölünüb. Kitab AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun ön sözü ilə açılır. Birinci hissədə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsi tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin işğalı ilə bağlı materiallar verilib. Birinci bölüm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarından müvafiq iqtibaslarla müşayiət olunur. (more…)