Ştefan Füle: “Bizim vəzifəmiz münaqişəni həll etmək deyil, sadə insanlar səviyyəsində təmaslar qurmaqdır”
3 aprel 2012-ci il
Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə etimad mühitinin formalaşdırılmasına dair yeni təkliflər paketinin müzakirəsini davam etdirir.
Bu barədə Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle Bakıda keçirdiyi brifinqdə APA-nın sualını cavablandırarkən deyib. Komissar qeyd edib ki, hazırda təkliflər paketinin detallarını açıqlamağa hazır deyil: “Lakin qeyd edə bilərəm ki, birincisi, bizim bu məsələdə kifayət qədər təcrübəmiz var. İkincisi, bizim vəzifəmiz bu təkliflər əsasında münaqişəni həll etmək deyil, sadə insanlar səviyyəsində təmaslar qurmaqdır”./ Apa