ŞAMAXININ MİLLƏT VƏKİLİ MEYSƏRİ VƏ MUĞANLI KƏNDLƏRİNDƏ

23 mart 2012-ci il

Şamaxının millət vəkili Elxan Süleymanov Meysəri və Muğanlı kəndlərində olub. Son günlər ərzində intensivləşmiş sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin sakinləri ilə görüşüb, onlara Novruz bayramı münasibətilə bayram sovqatları verib.

 

Xatırladaq ki,  Şamaxı rayonundakı bələdiyyələrin qadın üzvləri ilə 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə görüş zamanı millət vəkili Fövqəladə Hallar Nazirliyindən bir müddət əvvəl yazdığı məktuba cavab aldığını bildirmişdi.  Cavabda Şamaxı rayonu ərazisində baş vermiş torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 30 ədəd yeni fərdi yaşayış evinin və şəhərin 20 Yanvar küçəsində qəzalı vəziyyətdə olan 13 saylı yaşayış binasının əvəzinə yeni binanın tikintisi üçün nazirliyin “Azərinşaatlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədlərinin hazırlanması, binaların inşasının 2012-ci ilin tikinti planında nəzərdə tutulması, daha 15 binanın da yaxın gələcəkdə inşa edilməsinin planlaşdırılması barədə məlumat verilirdi.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları