“Şamaxının millət vəkili. ikinci il” kitabı işıq üzü gördü

Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun 1 dekabr 2011-ci ildən 2012-ci ilin sonuna qədər olan dövr ərzində fəaliyyətini əks etdirən kitab çapdan çıxıb.

www.elkhan-suleymanov.az saytının nəşri olan 414 səhifəlik kitabda ölkə və xarici KİV-də dərc olunan xəbərlər, müraciət və çıxışlar, müsahibələr, eləcə də yüzə qədər foto-şəkil yer alıb. 
Kitaba həmçinin, millət vəkilinin seçki qərargahı tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanovun  1 illik fəaliyyəti haqqında hesabat” daxil edilib.
Qeyd etmək yerinə düşər ki, bu, Elxan Süleymanovun millət vəkili kimi seçiciləri qarşısında ikinci hesabat kitabıdır. Belə ki, ötən il 2011-ci ilin yekunları ilə bağlı “Şamaxının millət vəkili. Birinci il” kitabı çap edilmişdi. 
“Şamaxının millət vəkili.İkinci il” kitabının buraxılışına məsul siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir. 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları