Şamaxının millət vəkili Elxan Süleymanovun AŞPA-nın Hüquq məsələləri komitəsinin Parisdə keçirilən iclasında Ramil Səfərovun əfv olunması ilə bağlı çıxışı – 06.09.2012

Hörmətli Həmkarlar,

Ramil Səfərov işinin emosional aspektlərini bir kənara qoyaraq, mən yalnız faktların üzərində dayanacağam.

Birincisi, Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması, tamamilə “Məhkum Olunmuş Şəxslərin Ekstradisiyası üzrə Avropa Konvensiyası”na əsasən həyata keçirilib.

İkincisi, o, yuxarıda qeyd olunan konvensiyanın 12-ci maddəsinə tamamilə uyğun olaraq əfv edilib, hansı  ki, bu maddə belə bir iş üzrə üzv ölkənin cəzanı əfv etməsinə açıqca icazə verir.

Üçüncüsü aydındır ki, Ermənistanın, Ramil Səfərovla bağlı beynəlxalq aləmdə qaldırdığı bu müzakirə, onların işğal etdikləri ərazilərdə qanunsuz möhkəmlənməsi və beynəlxalq təşkilatların, (BMT, AŞPA, AP, ATƏT və s.) qeydsiz şərtsiz zəbt olunmuş torpaqları işğaldan azad etməsi tələblərindən imtina etməsi məqsədi güdür.

Azərbaycan leytenantı Ramil Səfərov, 8 il həbsdə yatmışdır, 20 ildən bu yana isə, minlərlə Azərbaycanlı mülki şəxs ermənilər tərəfindən qətlə yetirildiyinə görə bu günə qədər heç bir erməni cəzalandırılmamışdır.

Son illərdə  Azərbaycanın 1065 mülki vətəndaşlı ermənilər tərəfindən qətə yetirilmişdir. Biz bu qətllər barədə Avropa Şurasına müraciət etdikdə indi susduğunuz kimi hamınız susmuşsunuz. Beynəlxalq ictimaiyyət Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilmiş erməni zorakılığına nəinki öz etirazını bildirməmiş, hətta bu məsələdə Azərbaycanın tələblərinə məhəl qoymamışdır.

Dördüncüsü, heç kim şübhə etmir ki, Azərbaycanın böyük bir hissəsi, Ermənistan tərəfindən qeyri-qanuni işğal olunub. Hətta bu, iki gün əvvəl mənim erməni həmkarım, Davit Harutyunyan tərəfindən Monitorinq komitəsinin iclası zamanı da təsdiqlənmişdir.

Ermənistanın Azərbaycan ərazilərinin 20% -ini qeyri-qanuni işğal etməsi faktı ilə bağlı mübahisə zamanı, o, təkidlə məruzəyə düzəliş verməyə çalışırdı ki, Ermənistan Azərbaycanın yalnız 15% ərazisini işğal edib. Bundan əlavə o onu da qəbul etdi ki, 1 milyon yox məhz 700 min Azərbaycanlı erməni işğalı nəticəsində öz evlərini tərk etməyə və öz ölkələrində qaçqın həyatı yaşamağa məcbur edilmişdir.

Mən ona bu səmimi etirafları üçün təşəkkür etmək istərdim və eyni zamanda mənim bütün həmkarlarımın bu kədərli həqiqət qarşısında susmasından təəssüfləndiyimi bildirmək istərdim.

Bir üzv ölkənin digər üzv ölkənin ərazisini qanunsuz işğal etməsini və bunun Avropa Şurası tərəfindən normal qəbul edilməsini Azərbaycan ictimaiyyəti artıq başa düşmür.

Sonda təəssüflə qeyd edirəm ki, Ramil Səfərovla bağlı müzakirə və azərbaycanlı mülki şəxslərin ermənilər tərəfindən davamlı qətlə yetirilməsi yuxarıda qeyd olunan beynəlxalq təşkilatların qərarlarının Ermənistan tərəfindən yerinə yetirilməməsinin nəticəsidir.

Bizim dinlərimiz ayrı olsa da hamımızın yer üzündə Allahı birdir. Mən sizləri haqq və ədalətə səs verməyə, ayrı-seçkiliyə son qoymağa çağırıram.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları