Şamaxının millət vəkili adından qəhrəman analara hədiyyələr təqdim olunub – 07.03.2012

Şamaxıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirlər davam edir. Şamaxının  millət vəkili  Elxan Süleymanov ötən il olduğu kimi, bu il də  Şamaxı rayonunda yaşayan qəhrəman anaları yaddan çıxarmayıb. Elxan Süleymanovun Şamaxı rayonundakı qərargahının əməkdaşları tərəfindən rayon ərazisində yaşayan 200 nəfərə yaxın qəhrəman anaya millət vəkilinin adından hədiyyələr təqdim olunub.

Qəhrəman analar onlara göstərilən diqqət və qayğıya görə millət vəkilinə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə, millət vəkilinin Şamaxıdakı qərargahında Beynəlxalq Qadınlar  Gününə həsr olunmuş görüş keçirilib. Görüşdə Şamaxının millət vəkili Elxan Süleymanov rayon bələdiyyələrinin qadın üzvləri ilə çay süfrəsi ətrafında görüşüb və onlara hədiyyələr təqdim edib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları