Şamaxının millət vəkili 20 yanvar şəhidlərinin xatirəsini yad etdi
Şamaxının Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə, hər il olduğu kimi, bu ildə 20 yanvar şəhidləri hörmətlə anılmışdır. Belə ki, qanlı hadisələrin 23-cü il dönümü Şamaxının Millət vəkilinin səlahiyətli nümayəndəsi Dəyanət Musayev bir neçə Şamaxı ziyalısı ilə birlikdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş Vidadi Məmmədov və Ağanəzər İsrayılovun yaxınlarına baş çəkib. Şamaxının millət vəkili adından şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilmiş və sovqatlar çatdırmışdır.
Azərbaycan uğrunda həlak olmuş bütün şəhidlərimizin ruhları şad olsun! Allah rəhmət eləsin!