Şamaxının Meysəri kəndində yeni içməli su xətti istifadəyə verilib

Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxı rayonunun Meysəri kəndinə çəkilən içməli su xətti istifadəyə verilib. Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.

Açılış mərasimində E.Süleymanov ilə yanaşı, Milli Məclisin üzvlərindən Qüdrət Həsənquliyev, Fazil Mustafa və rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, bundan əvvəl Şamaxı rayonunun Adnalı və Çarhan kəndlərinə, eləcə də Şəhriyar qəsəbəsinə su xətləri çəkilib. Rayonun ümumilikdə 17 kəndinə su xəttinin çəkilməsi üzərində işlər gedir. Meysəri kəndinə 3 kilometrlik məsafədən su xətti çəkilib və burada bulaq kompleksi inşa edilib. Bulaq kompleksinə Azərbaycanın görkəmli şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə “Sabir bulağı” adı verilib


Tədbir çərçivəsində M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş İkinci bədii qiraət müsabiqəsinin qalibləri böyük satirikin şeirlərini səsləndiriblər.
Bu gün həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə ərsəyə gəlmiş “Tarixin yaddaşı: Şamaxı” filmi təqdim edilib. 1918-ci il Şamaxı soyqırımına həsr edilmiş filmin təqdimat mərasimində Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanov, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Qüdrət Həsənquliyev və rayon icra hakimiyyəti başçısının müavini Qasım Qasımov filmin əhəmiyyətindən, bədnam qonşuları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərin tarixinin öyrənilməsinin əhəmiyyətliliyindən danışıblar.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları