Şamaxının Meysəri kəndinə su xətti çəkilmişdir
Şamaxı, 30 iyul (AzərTAc). Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə rayonun Meysəri kəndinə içməli su xətti çəkilmişdir.
Ümumilikdə 714 nəfər əhalisi olan Meysəridə 218 təsərrüfat vardır. Burada əsasən Ermənistandakı dədə-baba yurdlarından qovulmuş qaçqın və məcburi köçkünlər məskunlaşmışlar. Üç kilometr məsafədən 50 millimetrlik plastik borularla gətirilən su kəndin daha çox ehtiyac duyulan şimal-şərq hissəsinə çəkilmiş və burada bulaq kompleksi tikilmişdir. Bulaq kompleksinə Azərbaycanın görkəmli satirik şairi M. Ə. Sabirin anadan olmasının 150 illiyi münasibətilə “Sabir bulağı” adı verilmişdir.

Bulaq kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Elxan Süleymanov və başqaları ölkəmizdə, o cümlədən kənd yaşayış məntəqələrində sosial yönümlü çoxsaylı layihələrdən, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən, qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışmışlar.
Mərasimdə məktəblilər M. Ə. Sabirin satirik şerlərindən nümunələr söyləmiş, aşıqların ifasında mahnılar səslənmişdir.