Şamaxının 17 kəndinə içməli su xətti çəkiləcək

Yaxın 6 ay ərzində Şamaxının 17 kəndinə içməli su xətti çəkiləcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisinin Şamaxıdan seçilən deputatı Elxan Süleymanov bildirib. Onun sözlərinə görə, su xətləri rayonun Adnalı, Bağırlı, Çarhan, I Çaylı, Göylər, Şəhriyar, Həmyəli, Kələxana, Mərzəndiyə, Meysəri, Muğanlı, Nüydi, Qaravəlli, Qızmeydan, Quşçu, Saqiyan, Çıraqlı kəndlərini əhatə edəcək.

Elxan Süleymanov qeyd edib ki, rayonun Adnalı və Nüydi kəndlərində içməli su xətlərinin istismar müddəti bitdiyinə görə borular sıradan çıxıb və kəndlərdə içməli su problemi yaşanır. “Nüydi kəndində bir neçə qədim bulaq mövcuddur, lakin su xətləri kəhriz üsulu ilə çəkildiyindən, yağan yağışlardan sonra çirkab suların bulağın suyuna qarışması nəticəsində istifadəyə yararsız hala düşüb”, – Süleymanov deyib.
Onun sözlərinə görə, su xətlərinin uzunluğu ümumilikdə 44,6 km olacaq.
“İçməli su olmayan yerdə əhalinin sağlamlığı da ola bilməz”, – deputat vurğulayıb.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları