Şamaxıda növbəti bulağın açılışı keçirilib
Bu gün Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Göylər kəndində növbəti bulağın açılış mərasimi keçirilib.
Tədbirdə iştirak edən Şamaxı Rayon İcra Hakimiyyətinin Göylər kənd icra nümayəndəsi İftixar Xəlilov millət vəkili Elxan Süleymanovun hər bir seçicisinə diqqət və qayğısından danışaraq, bu bulağın kənd əhalisi üçün böyük önəm daşıdığını vurğulayıb, kənd əhalisi adından millət vəkilinə öz dərin minnətdarlığını bildirdi.
Daha sonra çıxış edən millət vəkili Elxan Süleymanov seçicilərini salamladıqdan sonra artıq beşinci bulağın açılışının reallaşdığından məmnun olduğunu bildirdi: “Mən söz verdiyim kimi Şamaxının on beş kəndində yeni bulaqlar inşa ediləcək. Bu gün artıq beşinci bulağın açılışını edirik. Hava şəraiti imkan verdikcə, gələn ilə kimi daha on kənddə yeni bulaqlar inşa edəcəyik. Bildiyiniz kimi bulaqlara Sabir bulağı adının verilməsi də təsadüfü deyil. Mən özümün və Şamaxı əhalisinin böyük söz ustadına olan məhəbbətini, nəzərə alaraq, bu il M.Ə.Sabirin 150 illik yubileyi şərəfinə inşa edilən bütün bulaqlara Sabir bulağı adını vermişəm.
Tədbir məktəblilər Şamaxının söz ustadlarının şeirlərindən parçalar söyləməsi və rayon mərkəzindən gələn aşıq-musiqi qrupunun şux mahnıları ilə davam etdirildi.