Şamaxıda bədii qiraət müsabiqəsinin qaliblərinə hər ay 50 manat “Sabir” təqaüdü veriləcək

18 may 2012-ci il

Şamaxı şəhərində Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə “Sabir günləri” çərçivəsində M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub və kitabların təqdimatı keçirilib.

Tədbirdən SalamNews-a verilən məlumata görə, Milli Məclisin deputatları, tanınmış ziyalılar M.Ə.Sabirin Şamaxı şəhərindəki Ev-muzeyini və Seyyid Əzim Şirvaninin məzarını ziyarət ediblər. Mərhum akademik Bəkir Nəbiyevin deputat Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə çap edilən “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, professor Alxan Bayramoğlunun tərtib etdiyi “Sabir haqqında tədqiqlər”, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin “Sabirin həyatı və sənəti” kitabının təqdimatı olub.

Daha sonra Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) birgə təşkil etdiyi M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş Bədii Qiraət Müsabiqəsinə yekun vurulub. Müsabiqədə fərqlənənlər Sabirin şeirlərini səsləndiriblər.

E.Süleymanov birinci yeri tutanlara 150, ikinci yeri tutanlara 100 və üçüncü yeri tutanlara 50 manat pul mükafatı verib. Bundan əlavə, ilk 30 yeri tutan iştirakçılara həvəsləndirici diplomlar verilib.

Deputat ötənilki müsabiqənin 10 nəfər qalibinə və builki mükafatçıların hər birinə bir il ərzində hər ay 50 manat “Sabir” təqaüdü verəcəyini bildirib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları