Şamaxı rayonundakı sürüşmələr nəticəsində 362 ev tam qəzalı vəziyyətə düşüb

27 aprel 2012-ci il

Şamaxı rayonunda 2008-ci ildən etibarən baş verən sürüşmələr nəticəsində 362 ev tam qəzalı vəziyyətə düşüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə günü Azərbaycan Milli Məclisinin Şamaxıdan seçilən deputatı Elxan Süleymanov bildirib.

O qeyd edib ki, artıq bərpa olunacaq evlərin siyahısı da hazırlanıb. Onun sözlərinə görə, bərpa olunacaq 30 evdən 15-i Saqiyan kəndinə düşür. Bundan əlavə, Qaravəlli, I Çaylı, Göylər kəndlərinin hər birində 3 ev, Muğanlıda 2 ev, Şamaxı şəhərində, Böyük Xınıslı, Quşçu və Nüydi kəndlərində 1 ev bərpa olunacaq.

Süleymanov sürüşmə zonalarına gedərək qəza vəziyyətinə düşən hər bir evlə maraqlandığını bildirib. O, həmin yerlərdə vəziyyəti acınacaqlı qiymətləndirib.

Deputat bildirib ki, daha çox zərər görən Muğanlı kəndində sürüşmədən xəsarət almış 14 evin sakini köçürülüb. O qeyd edib ki, həmin kənd aktiv sürüşmə ərazisində yerləşdiyindən bütünlüklə köçürüləcək.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları