“Xocalı soyqırımı: milyon imza – bir tələb” kitabı ermənilərin hədəfində
Ermənistanın Londondakı keçmiş fəxri konsulu, “Ermənistan İnstitutu” təşkilatının himayədarı, xəritəçəkmə üzrə mütəxəssis, Ermənistan Respublikasının Elmlər Akademiyasının fəxri doktoru Ruben Qaliçyan Ermənistan hökumətinə müraciət ünvanlayıb. R.Qaliçyan öz müraciətində Azərbaycanda müstəqillik dövründə nəşr olunan bir sıra tarixi kitabların guya Ermənistan əleyhinə təbliğat vasitəsi olduğunu bildirir. Buna görə də o, Ermənistan hökumətini Azərbaycana qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağa çağırır.
R.Qaliçyan Ermənistana qarşı təbliğat vasitəsi hesab etdiyi kitabların siyahısına Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanovun ideya müəllifliyi və rəhbərliyilə nəşr olunan “Xocalı soyqırımı: milyon imza – bir tələb” kitabını da daxil edib.