Tərtərdə “SOS Sərsəng” adlı beynəlxalq konfrans baş tutub
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, işğal altında olan torpaqlarımızdakı Sərsəng su anbarı Azərbaycanın nəzarəti altındakı ərazilər üçün ciddi təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyətin diqqətini bu təhlükəyə yönəltmək məqsədi ilə Tərtər rayonunda “SOS
Sərsəng” adlı beynəlxalq konfrans təşkil edilib. 8 xarici ölkədən nümayəndələrin də qatıldığı tərbirdə çıxış edənlər bildiriblər ki, 1976-cı ildə inşa edilən Sərsəng su anbarı artıq 20 ildən çoxdur ki, işğal altındadır.
Ötən illər ərzində bir dəfə də olsun təmir olunmayan gölün texniki qurğuları və avadanlıqları baxımsızlıq səbəbindən qəzalı vəziyyətdədir. Elə bu səbəbdən də, su anbarının dağılma risqi böyükdür. Xatırladaq ki, konfransa Yunanıstan
parlamentinin keçmiş üzvü Spiridon Kuvelis, Almaniyadan sabiq parlamentari Haqqı Kəskin, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun sədri Eero Lehti, siyasi elmlər namizədi Sergey Markovda qatılıblar. Problemlə bağlı rəylər dinlənilib, müzakirələr aparılıb.