Seçki platforması
Borc, Öhdəlik, Şərəf, Ölkə. Bu dörd müqəddəs söz siyasətçinin amal və məramını diktə edir. Mənim üçün bu anlayışlar bölünməz vəhdət deməkdir: ruh düşkünlüyü olduqda onu bərpa etmək; inama doğru kiçik bir yol olduqda onu doğrultmaq, ümidsizlik olduqda ümidi oyatmaq.
Ola bilsin, mən bunların hamısının mənasını sizə çatdırmaq üçün kifayət qədər natiqlik istedadına və təxəyyülün poeziyasına malik deyiləm. Buna inanmayanlar deyəcək ki, bunlar yalnız sözlər, yalnız şüar və yalnız parlaq ibarələrdir. Hər xırdaçı, hər demaqoq, hər pessimist, hər böhtançı, hər riyakar, hər fitnəkar və tam müxtəlif xarakterli digərləri hətta istehza və rişxəndlə bu sözlərin əhəmiyyətini azaltmağa cəhd edəcəklər.
Bütün həyatım boyu bu dəyərlər, Borc, Öhdəlik, Şərəf və Ölkə mənim bələdçilərim olub. Və indi, qırx ildən artıq müddətdə yerli, beynəlxalq fəaliyyətdə olduqdan sonra mən özümü Şamaxıya, onun vətəndaşlarına və regionuna həsr etmək istəyirəm. Bu gün mənim diqqətim, mənim öhdəliyim və bütün komandam yalnız bir məqsədi səbirsizliklə gözləyir: Bakıda Şamaxının irəliləyiş və tərəqqisini təmin etmək üçün Milli Məclisdə bütün Şamaxı vətəndaşlarının istəklərini reallaşdırmaq.
Elxan Süleymanov mümkün olmayan vədlərlə təəssürat yaratmaq istəyən namizəd deyil. Mən əmək haqlarının və ya təqaüdlərin qəfildən qaldırılacağına və işsizlik problemlərinin dərhal həll ediləcəyinə söz vermirəm.
Ancaq bir şey artıq çox aydındır: 7 noyabrda, mən həqiqətən Bakıda qapıları aça bilən və Şamaxı vətəndaşlarının ölkəmizin paytaxtında unudulmayacağına inandıra bilən Şamaxı üçün tək namizədəm. 7 noyabrda, Elxan Şamaxının həqiqətən təcili problemlərilə məşğul olmaq üçün Bakıda zəruri maliyyələşməni tapmağı özünə borc biləcək tək namizəddir.
Mən Şamaxı vətəndaşlarına yalnız konkret, lakin həyata keçə biləcək bir vəd verəcəyəm. Bu vədi yalnız mən verə bilərəm və yalnız mən yerinə yetirə bilərəm. Mən bunu yalnız şərəf işi deyil, eyni zamanda öz doğma Şirvan torpağımın mərkəzi olan Şamaxı rayonuna xidmət göstərmək kimi hesab edirəm.
Mən 7 noyabrda bütün Şamaxı seçicilərinin dəstəyi ilə bir əsas hədəfi anlamaq istəyirəm: Şamaxı vətəndaşlarının daha çox marağında olduqları yüksək keyfiyyətli ictimai xidmətlərin (su, işıq, yol, kanalizasiya) təcili təmin edilməsi.
Yerli qərarvericilər və vətəndaş cəmiyyətləri ilə dialoq vasitəsi ilə 5 illik plan tərtib olunmalıdır. Bu planda bütün inşaat investisiyaları xronoloji olaraq nəzərdə tutulmalıdır, burada üstünlük ən pis vəziyyətdə olan və ya əhali üçün vacib olan bütün sahələrə verilməlidir. Mənim üçün içməli su, qaz, kanalizasiyalar və müasir yollar böyük əhəmiyyət kəsb edir və bu, 21-ci əsrdə insan üçün minimal həyat səviyyəsi deməkdir.
Mən Şamaxının bir ilə cənnətə çevriləcəyinə söz vermir, lakin ürəkdən inanıram ki, yollar, kanalizasiyalar, su və qazötürücülərinin çəkilməsi, şübhəsiz ki, Şamaxının görünüşünü addımbaaddım dəyişəcək. Mən iş yerlərini artırmaq məqsədilə investisiyaları cəlb etmək üçün Şamaxının imkanlarını artıracağam və ən vacibi, bu, nəhayət Şamaxının bütün vətəndaşlarının rahat həyat standartlarını yüksək səviyyəyə çatdıracaq.
Lakin mən bu hədəfə yalnız bütün Şamaxı seçicilərinin dəstəyi ilə nail ola bilərəm. Bu iş tək bir şəxsin səyi olmayacaq, bu, bütün Şamaxı vətəndaşlarının istəyinin nəticəsi olacaq, yəni onlar Bakıda mənim səsimlə bu məqsədlərə nail olacaqlar.
Mənim üçün Şamaxının səsi, vətəndaşların və vətəndaş cəmiyyətinin iştirakı həlledicidir. Buna görə də, Şamaxıda seçki ofisi açılıb və bu ofisdə Elxanın komandası daim bütün sualları cavablandıracaq və bütün təklifləri nəzərə alacaq. Əlbəttə ki, bu ofis seçkilərdən sonra da açıq qalacaq. Elxan Süleymanov üçün – Şamaxı vətəndaşlarından gündəlik məlumatları dinləmək vacibdir, çünki mən ictimai pulun əhalinin lazımi real ehtiyaclarına xərcləndiyinə əmin olmalıyam.
Mən kasıb adam deyiləm. Allahın köməyi ilə yaxşı ailənin məğrur başçısı, uğurlu biznesmen və ruhlanmış siyasətçiyəm. Mənim üçün 7 noyabrda ən vacib fərq: mənim Şamaxıdan namizədliyim şəxsi zənginləşməyə yönəlmir, əksinə, mən Şamaxı regionuna investisiyalar cəlb etməklə Şamaxının gələcəyinə olan inamımı sübut edəcəyəm.
7 noyabrdan etibarən mən ictimai məsələlərə və Şamaxının inkişaf və tərəqqisinə öz vaxtımı və enerjimi sərf etməklə hamıya daha çox rifah gətirmək üçün saf niyyətimi həyata keçirəcəyəm.
Beləliklə, qoy birdəfəlik bütün Şamaxıya aydın olsun: Elxan Süleymanov üçün bütün bunlar yalnız Borc, Öhdəlik, Şərəf və Ölkə ilə bağlıdır.
Mən sizlərdən biriyəm, sevincinizi və kədərinizi bölüşürəm və həmişə sizin ixtiyarınızdayam!