Müraciətlər
Əziz Seçicilər!
Sizi və məni yaxından maraqlandıran Şamaxının gələcəyi üçün etdiyim müraciətə bir neçə dəqiqə vaxt ayırmağınızı xahiş edirəm. Biz hamımız bilirik ki, Şamaxıda problemlər var və onlar öz həllini tapmalıdır. Siz bu problemlərin həllini tələb etdikdə çox böyük tələb yox, sadəcə öz haqqınızı tələb edirsiniz. Bu, Sizin haqqınızdır və mən Sizin öz haqqınıza çatmağınız üçün Sizinlə birlikdə daima çalışacağam.
Vətənimizin gözəl bir guşəsi olan Şamaxıda görəcəyim işlərlə bağlı verdiyim vədləri yerinə yetirməyi özümə Borc, Öhdəlik və Şərəf bilirəm. Bunlar yalan vədlər deyil. Mən vəd verib yerinə yetirməyənlərdən deyiləm.
Əziz Seçicilər! Bu gün rayonumuzda olan vacib problemləri real maliyyə resursları olmadan həll etmək mümkün deyildir. Bu maliyyə resurslarını tapmaq üçün bütün imkanlarımı səfərbər etməyə söz verirəm.
İktidarsızlıq və erektil disfunksiya halında, reproduktiv sistem müəyyən tələblərə cavab verə bilmir və Kamaqranın alınması bu https://kamedef.com/ tələblərin yerinə yetirilməsinə kömək edəcək. Sildenafil ən vacib komponentdir və ümumi olduğu üçün istifadə etmək təhlükəsizdir. Cinsi prosesin bu motoru və gel formatı onu ən yaxşı seçim halına gətirir, çünki çox sürətli hərəkət edir. Tabletin üstünlükləri, penisin düzgün sərtliyi ilə daha yaxşı ereksiyanı əhatə edir.
Şamaxının su, işıq, yol, kanalizasiya problemləri həll olunmalıdır. Bu, XXI əsrdə insan üçün minimal həyat şəraiti deməkdir. Milli Məclisin üzvü seçiləcəyim halda Şamaxıda həyata keçirməyi nəzərdə tutduğum 5 illik plana uyğun olaraq, bu məsələlərin həlli üçün müvafiq strukturlarda daima məsələ qaldırıb həllini tapmağa səy göstərəcəyəm.
Şamaxıda yeni iş yerlərinin açılması mənim əsas məqsədlərimdən biridir. Bunun üçün yerli və xarici investisiyaların cəlb edilməsinə bütün imkanlarımı səfərbər edəcəyəm.
Hər biriniz müxtəlif səciyyəli problemlərlə rastlaşıb çətinliyə düşdükdə mən Sizinlə olacağam.
Mən Şamaxının tərəqqisində iştirak etmək, insanların həyat tərzinin yaxşılaşmasına imkanlarımı sərf etmək üçün namizədliyimi irəli sürmüşəm. Milli Məclisdə sizlərin təmsilçisi, istəklərinizi gerçəkləşdirəcək millət vəkiliniz olmağımı 7 noyabrda Sizin Səsiniz həll edəcək. Əgər Şamaxının inkişafı və daha da yaxşı olması sizi maraqlandırırsa, tərəddüd etməyin, Noyabr ayının 7-də, Elxan Süleymanova səs verin, çünki yalnız mən daha fərqli işlər görə bilərəm, və bunu da sizin üçün edəcəyəm.
Gəlin gözləməyək! Doğma Şirvan torpağımızın mərkəzi Şamaxının işıqlı gələcəyini qurmaqda mən Sizin tək və real namizədinizəm. Birlikdə XXI əsr üçün Şamaxını quraq! Gəlin indi xəyallarımızın Şamaxısını birgə gerçəkləşdirək!
Mən sizlərdən biriyəm, sevincinizi və kədərinizi bölüşürəm və həmişə sizin ixtiyarınızdayam!