Ştrasser uydurmasında “erməni sövdələşməsi”nin izi

_mg_7917

Bu konkret və informativ faktlar və rəqəmlər anti-Azərbaycan qüvvələrin Ştrasser məruzəsi ilə bağlı uydurduqları böhtan və şayiələrin mahiyyətini açır.

2013-cü ilin yanvar ayında 125 üzv (79 üzvə qarşı) olduqca müxtəlif səbəblərə görə Ştrasser məruzəsinin əleyhinə səs verdi:

– Ştrasserin məruzəsinə əlavə edilmiş və düzəlişə açıq olmayan “siyasi” məhbusların siyahısı təxəyyülə əsaslanırdı (bəzi “məhbuslar” azad edilmiş yaxud artıq vəfat etmişdi və ya ümumiyyətlə, heç vaxt belə “məhbus” olmamışdı), siyahı faktiki olaraq yoxlanmamışdı, beləliklə, etibarlı deyildi.

– Ştrasserin məruzəsi o vaxt paralel olaraq müzakirə edilib, ayrıca səsə qoyulan Monitorinq məruzəsinə xeyli zidd idi. Deputatların çoxu seçim etdi.

– Ümumiyyətlə, bir çox deputatlar artıq xüsusi müzakirə edilmiş və ətraflı qaydada Monitorinq məruzələrinə daxil edilmiş məsələlərə dair ayrıca məruzələrin hazırlanması təcrübəsinin əleyhinə çıxış etmişdi.

– Ştrasserin məruzəsini açıq müdafiə edən QHT-lər və cənab Omtziqt kimi deputatlar heç bir əsas olmadan Ermənistan üçün aşkar lobbiçilik edərək, beləliklə, hamıya tamamilə qərəzli yanaşaraq, Azərbaycan hakimiyyətinə kor-koranə hücum edirdi. Nəticədə, bu, Ştrasserə kömək etmədi.

Son əsassız korrupsiya iddialarında təkrar edilir ki, EPP-nin o vaxtkı rəhbəri cənab Volonte guya ki, “öz qrupuna Ştrasser məruzəsinin əleyhinə səs vermək göstərişi vermişdi”. Lakin bütün qrup iclaslarının protokolları nəzərdən keçirilə bilər və bütün siyasi qruplarda Ştrasserin məruzəsinə səsverməyə dair qrup liderləri tərəfindən aşağıdakı göstərişlər verilmişdi:

– Avropa Xalq Partiyası Qrupu (EPP): sərbəst səsvermə!!

– Sosialistlər Qrupu (SOC): cənab Ştrasserin lehinə səs vermək məcburi idi, əks halda qrup tərəfindən nizam-intizam sanksiyaları tətbiq ediləcəkdi!

– Avropa Mühafizəkarlar Qrupu (EC): sərbəst səsvermə, lakin daha çox əleyhinə (demək olar ki, bütün azərbaycanlı deputatlar EC qrupunda idi).

– Avropa Liberal Demokratlar İttifaqı (ALDE): sərbəst səsvermə.

– Vahid Avropa Solçuları (UEL): sərbəst səsvermə.

Nəticə etibarilə, üzvlərini səs verməyə qəti məcbur etmiş yeganə siyasi qrup Sosialistlər qrupu idi, lakin Sosialistlər qrupundakı bu ifrat lobbiçilik təcrübəsi heç zaman və ya heç bir yerdə sual altına qoyulmamışdı. Bu, AŞPA – da Azərbaycana qarşı aşıq – aşkar qəbul edilmiş bir təcrübə idi.

Yuxarıda qeyd edilən səsvermə təlimatları müstəvisində Ştrasser məruzəsinə yekun səsvermənin nəticələri daha maraqlıdır və həqiqi bir ifşadır:

– Avropa Xalq Partiyası Qrupu (EPP): 66 üzvdən yalnız 38 üzv Ştrasser məruzəsinin əleyhinə səs verdi – yalnız 57%

– Sosialistlər Qrupu (SOC): 73 üzvdən yalnız 46 üzv məruzəyə “hə” dedi – üzvlərin 1/3-dən çoxu Almaniyadan olan sosialist həmkarını dəstəkləmədi!

– Avropa Mühafizəkarlar Qrupu (EC): yalnız 2 deputat (o cümlədən biri Ermənistan deputatı) Ştrasser məruzəsini dəstəklədi.

– Avropa Liberal Demokratlar İttifaqı (ALDE): 50-50-yə nəticə, belə ki, 11 nəfər lehinə, 12 nəfər əleyhinə səs verdi.

– Vahid Avropa Solçuları (UEL): 13 üzvdən yalnız 1-i Ştrasser məruzəsinin lehinə səs verdi, deməli, digər 12 UEL üzvü, o cümlədən UEL-in rəhbəri korrupsiyalaşıb və qara siyahıya salınmalıdır..?

Ştrasserin məğlubiyyətindən sonra bu məğlubiyyətə haqq qazandırmaq üçün Azərbaycana qarşı yönəlmiş qarayaxma kampaniyasına rəhbərlik edənlərdən biri, Vahid Avropa Solçuları qrupunun sədri Tini Koksun mövqeyi anlaşılmazdır. Koksun sədrlik etdiyi qrupun 95%-nin Ştrasser məruzəsinin əleyhinə səs verdiyi halda, indi onun Azərbaycana hücum etmə səbəbi sual doğurur.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) 6 mart tarixində dərc etdiyi “Erməni sövdələşməsi – Deputatlar və QHT-lərdən ibarət gizli fraksiya 2012-ci ildən etibarən beynəlxalq hüququn pozulması hallarını gizlətmək məqsədilə Avropa Şurası Parlament Assambleyasında necə şəbəkə yaradıb?” adlı hesabatında bu suala aydınlıq gətirdi. Hesabatda “Erməni sövdələşməsinin” aktiv üzvlərinin mövcudluğunun əsl mahiyyəti üzə çıxır.

Nəticə etibarilə, Ştrasser məruzəsinin məğlubiyyətinə sırf EPP qrupu və ya o vaxtkı rəhbərliyini ittiham edərək, bəraət qazandırmağa çalışmaq tamamilə  məntiqsiz, absurd və gülüncdür.

Bəs kimdir günahkar?

Bir neçə ay sonra AŞPA-da “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın artması” adlı məruzə 4 səs fərqi ilə rədd edildi, beləliklə, açıq-aydın Assambleyanı parçaladı.

Bu məruzədə yalnız BMT Təhlükəsizlik Şurasının qərarları və AŞPA-nın əvvəlki qətnamələri xatırladılır, lakin heç bir yeni “tələb” irəli sürülmürdü. Lakin hətta AŞPA Bürosunun təsdiqlədiyi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” adlı başlıq və bu qanunsuz işğalın yenidən AŞPA gündəliyində yer alması faktı AŞPA daxilində və ondan kənardakı bütün erməniləri və ermənipərəst qüvvələri səfərbər etdi.

Həmin sessiyada iştirak edən deputatların hamısı, şübhəsiz ki, bütün ermənilərin və ermənipərəst qüvvələrin, Avropadakı bütün erməni diplomatların, Sorosun maliyyələşdirdiyi QHT-lərin, cənab Omtziq və Şvabe, onun AŞPA-dakı “toxunulmazlar” komandasının ifrat lobbiçilik fəaliyyətini xatırlayır. Onların hamısı bu AŞPA məruzəsinin rədd edilməsi üçün səfərbər olmuş və digərlərini də açıq səfərbər etmişdilər.

Bəzi deputatlar hətta ermənilər tərəfindən təhdidə məruz qaldıqlarını mənə bildirmişdi. Ermənilərin açıq qəzəbi olduqca dəhşətli idi.

Qəribədir ki, ermənilərin bu hədsiz lobbiçilik fəaliyyəti heç gizlədilməmiş, utanma və ya çəkinmə olmadan, açıq-aşkar AŞPA daxilində həyata keçirilmişdir və maraqlıdır ki, heç vaxt heç bir səviyyədə sual altına qoyulmamışdır. Nə üçün?

Nə üçün Azərbaycanla bağlı müzakirədə əsaslı bir fikir irəli sürən hər kəs cinayətkar hesab edilir?

Nə üçün Ermənistan üçün güclü lobbiçilik aparan hər kəs toxunulmaz döyüşçü hesab edilir?

ASKTM-nın son hesabatından sonra “toxunulmaz” deputatlar və QHT-lərin qoruduğu bütün Ermənistan şəbəkəsi üzə çıxdığından, artıq cavabı bilirik.

ASKTM-nin hesabatında qeyd edilir ki, Erməni sövdələşməsinin üzvləri Azərbaycana qarşı yönəlmiş düşmənçilik strategiyasını reallaşdırmaq üçün Ştrasserin 2017 – ci ildə Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili təyin edilməsinə xidmət edirlər.

Təəssüflər olsun ki, hal-hazırda AŞPA bu azsaylı “toxunulmaz” deputatların qaranlıq mühitinə qərq olmaq üzrədir. Həmin deputatlar bir növ mənəvi üstünlüklərini nümayiş etdirir və buna haqq qazandırır, şəxsi fikirlərini hamıya zorla qəbul etdirir və buna qarşı çıxan hər kəsi açıq-aşkar şantaj və siyasi cəhətdən zəif olmaqda təhdid edirlər.

Elxan Süleymanov,

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu