Sərsəng Su Anbarının törədə biləcəyi fəsadlar beynəlxalq mətbuatın diqqət mərkəzindədir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin Bakıda keçirilmiş 11-ci İllik Konfransı dünya mediasının diqqət mərkəzindədir. “Azadinform”un məlumatına görə, İngilis, alman və fransız dillərində yayımlanan Wall Street Journal, Marketwatch, Boston Globe, Business Journal, Yahoo!, Deutsche Presse Agentur, Austria Presse Agentur, Finanz Nachrichten kimi 306 xarici KİV dünyanın 74 ölkəsindən 235 nəfər mötəbər qonağın qatıldığı tədbir haqda məlumat yayıb. 

Məlumatda AVCİYA prezidenti, Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun digər münaqişələrdən bəhs edilərkən Dağlıq Qarabağı unutmamaq çağırışı xüsusi vurğulanıb, Azərbaycan siyasətçisinin işğal altında olan ərazidə yerləşən Sərsəng su anbarının qəzalı vəziyyətdə olması ilə bağlı xəbərdarlığı qeyd edilib.

Xatırladaq ki, Elxan Süleymanovun Sərsəng su anbarında qəza baş verəcəyi halda, Azərbaycanın işğal altında olmayan daha 7 rayonunun yerlə-yeksan və həmin rayonların 400 min əhalisinin məhv ola biləcəyi haqda açıqlaması beynəlxalq tədbir iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, tədbirdən sonra AVCİYA yaxın 18 ay ərzində reallaşdırılacaq “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimatını keçirib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları