Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir

AŞPA Sosial Məsələlər Komitəsinin 23 noyabr 2015-ci ildə Parisdə keçirilən iclasında Milisa Markoviçin Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”məruzəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr gərgin keçmişdir. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürdü. 

Elxan
Süleymanov,

Azərbaycanın
AŞPA-da nümayəndə heyətinin üzvü

AŞPA Sosial Məsələlər Komitəsinin 23 noyabr 2015-ci
ildə Parisdə keçirilən iclasında Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin
qəsdən sudan məhrum edilməsi”məruzəsi müzakirə edilərək qəbul edilmişdir.
Müzakirələr gərgin keçmişdir. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin
üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması
barədə təklif irəli sürdü. Bu təklif səsverməyə çıxarıldı və 16 səs əleyhinə, 9
səs lehinə olmaqla rədd edildi.

Məruzənin qətnamə layihəsinin 1-ci, 4-cü, 5-ci və
6-cı maddələrinə anti-Azərbaycan qüvvələr tərəfindən irəli sürülmüş düzəlişlərin
heç biri qəbul edilmədi. Qeyd edilməlidir ki, irəli sürülən düzəlişlərin birində
bu məruzənin Robert Volterin hazırladığı və 4 noyabrda Siyasi Məsələlər Komitəsi
tərəfindən qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində
gərginliyin artmasına dair” məruzəsi ilə birləşdirilməsi təklif edilmişdi.
Aydın idi ki, onlar bununla nəinki Sərsəng su anbarına dair məruzəni, eyni
zamanda işğal edilmiş ərazilərə dair məruzəni də gündəmdən salmaq məqsədi
güdürdülər. Lakin bu məkrli niyyət reallaşmadı və bu cəfəngiyyat xarakterli
daşıyan düzəliş də qəbul edilmədi. Sonda Bosniyalı deputat, xanım Milisa
Markoviçin “Azərbaycanın sərhədyanı
bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”məruzəsi bütövlükdə
səsverməyə qoyuldu, 22 səs lehinə, 3 səs isə əleyhinə olmaqla, əksər səs
çoxluğu ilə qəbul edildi. Bu tarixi qələbə oldu.

Bu qələbə ciddi mübarizə nəticəsində mümkün
olmuşdur və ona qısa nəzər salmağı vacib hesab edirəm.

AVCİYA-nın “Sərsəng harayı” layihəsi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə “Sərsəng harayı” adlı
genişmiqyaslı layihə həyata keçirməyə başladı.

Layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti,
onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan
cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq
təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə
nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması
istiqamətində tədbirlər paketi hazırlamaqdan və s. ibarət olmuşdur.

Sərsəng su anbarının işğal altında olmasından ən
çox əziyyət çəkən Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Göranboy rayonlarında
layihənin ofisləri fəaliyyət göstərib, layihənin İnternet səhifəsi yaradılıb.
Mütəmadi olaraq KİV vasitəsi ilə dünya ictimaiyyəti məlumatlandırılıb. Bu sahədə
fəaliyyətimiz tək Azərbaycanla məhdudlaşmayıb və beynəlxalq səviyyədə fəaliyyət
göstərən 3 mindən artıq KİV-də
ingilis, alman və fransız dillərində Sərsəng su anbarı və onun humanitar təhlükəsi barədəməlumatlar dərc edilib.

Layihə çərçivəsində müxtəlif konfranslar, təlim və
seminarlar, müsabiqələr keçirilmişdir. Belə ki, 2013-cü ilin sentyabr ayında
layihə çərçivəsində Tərtər şəhərində yerləşən Gənclər Mərkəzində beynəlxalq konfrans,
9-11 noyabr 2013-cü il tarixlərində Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Goranboy
rayonlarında ictimaiyyətin və vəzifəli şəxslərin iştirakı ilə 5 dəyirmi masa
keçirilmişdir.

Gənc rəssamlar arasında “Sərsəng harayı” adlı rəsm
müsabiqəsi və jurnalistlər arasında Sərsəng su anbarının təhdidlərinə dair məqalə
müsabiqəsi keçirilib.

Sərsəng su anbarının işğal altında olmasından ən
çox əziyyət çəkən rayonların sakinləri tərəfindən beynəlxalq təşkilatlara göndərilmiş
minlərlə müraciətlərin öz ünvanlarına çatdırılması təşkil edilib. AVCİYA-nın “Sərsəng
SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri”, “Sərsəg SOS:
Humanitar Böhran Təhdidi” və “Sərsəng SOS: Məhvə Məhkum Ətraf
Mühit” adlı kitablar nəşr edilib, 10 dekabr 2014-cü il tarixində Beynəlxalq
İnsan Hüquqları günündə bir sıra xarici ölkə səfirlikləri, mətbuat nümayəndələri
və ictimai xadimlərin iştirakı ilə “Sərsəngə yürüş” aksiyası keçirilib.

Qeyd etmək istərdim ki, AVCİYA fəaliyyətdə olduğu
10 il ərzində vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox istiqamətlərdə
layihələr icra etmişdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal
edilməsi ilə bağlı layihələr bu sıradan ən prioritet yer tutmuşdur. AVCİYA-nın
bu qəbildən olan işləri kimi, üç dildə nəşr edilmiş “Xocalı soyqırımı: milyon
imza – bir tələb” kitabını, Qarabağla bağlı təsis olunmuş elektron jurnalı, Qarabağa edilən
yürüşləri və sair qeyd etmək olar. Sərsəng layihəsi isə görülən bütün bu işlərin
zirvəsində durur. Çünki bu layihə vasitəsilə 23 ildir unudulmuş Sərsəng
problemi aktuallaşdırılmış, problemin beynəlxalq aləmə çatdırılmasına nail
olunmuş və, nəhayət, Sərsəng su anbarına dair qətnamə layihəsinin beynəlxalq
platformada gündəmə gətirilməsinə təkan olmuşdur.

 

Sərsəng beynəlxaq
platformada

a) ATƏT PA

ATƏT PA-nın 3 iyul 2013-cü il tarixdə İstanbulda
sessiyası keçirildi. Sərsəng su anbarı ilə bağlı “Enerji Təhlükəsizliyinin
Ətraf Mühit ölçüsü” adlı qətnamə layihəsinin 10-cu və 16-cı bəndlərinə 2 düzəliş
təklifi təqdim edildi.

Lakin bu düzəlişlər səsvermə zamanı anti-Azərbaycan qüvvələrin səyləri nəticəsində
qəbul edilmədi.

 

b) Avronest PA

Sərsəng su hövzəsində gözlənilən humanitar fəlakətə
dair 2013-cü ilin may ayında Avronest
PA-da təcili qətnamə layihəsi təqdim etdik. Bu qətnamə layihəsi prosedur
qaydalarına əməl edilməklə və vaxtında təqdim edilməsinə baxmayaraq, Avropa
Parlamentinin bəzi anti-Azərbaycan deputatlarının və siyasi fraksiyaların səyləri
nəticəsində müxtəlif bəhanələrlə gündəlikdən çıxarıldı.

 

c) AŞPA rəhbərliyi
ilə Sərsəng döyüşü

Mənim müəllifliyim və təşəbbüsümlə AŞPA-nın 2013-cü ilin yaz və yay
sessiyaları zamanı Ermənistanın işğalı altında olan Sərsəng su anbarına dair sənəd
2 qətnamə təklifi təqdim edildi. Lakin AŞPA rəhbərliyi məqsədyönlü şəkildə onun
müzakirələrə çıxarılmasının
qarşısını aldı.

Bunlara baxmayaraq, 25 iyunda AŞPA-da mənim müəllifliyimlə
və Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su
anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Lakin Sədarət Komitəsində
bu sənədin də qarşısı alındı.

Sərsəng su anbarının vəziyyəti və təhdidləri ilə
bağlı məruzə hazırlanmasına dair cəhdlərimizin qarşısının alınmasına baxmayaraq,
2014-cü ilin mart ayında “Azərbaycanın sərhədyanı
bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”adlı yeni qətnamə təklifi irəli sürdüm. Bu təklif əvvəlcə
6 aprel 2014-cü il tarixdə Strasburqda Sədarət Komitəsində müzakirə edildi. Bu
dəfə Sədarət Komitəsinin qətnamə təklifinə dair məruzə hazırlanması barədə rəy
qəbul edildi. Büro 11 aprel iclasında məsələnin məruzə hazırlanması üçün Sosial
Məsələlər Komitəsinə göndərmək qərarı verdi. Bu qərar elə həmin gün Büronun
iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqləndi. Nəhayət,
2014-cü ilin 12 may tarixində Sosial Məsələlər Komitəsi Nikosiyada keçirilən
iclasında Bosniyalı deputat xanım Milisa Markoviçi “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin
qəsdən sudan məhrum edilməsi”məruzəsinin hazırlanması üçün məruzəçi təyin etdi.

d) Məruzəyə və məruzəçiyə
hücumlar

Ermənistan tərəfi problemin ATƏT-in Minsk Qrupu çərçivəsindən
başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə çıxış edir və bunun
danışıq prosesinə mane olduğunu bəhanə gətirərək, öz işğalçı siyasətini
ört-basdır etməyə çalışır, Azərbaycan ərazilərini işğal etməsi və işğal altında
olan Sərsəng su anbarı ilə bağlı AŞPA-da hər hansı müzakirələr aparılmasının və
qətnamələr qəbul edilməsinin qarşısını almağa çalışır. Odur ki, Ermənistan tərəfi
“Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin
artmasına dair” məruzəçi Robert Volter kimi “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin
qəsdən sudan məhrum edilməsi”nə dair məruzəçi Milisa Markoviçlə də əməkdaşlıq
etməkdən imtina etmişdir.

AŞPA katibliyi məruzəçinin Sərsəng su anbarının
yerləşdiyi işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə
qiymətləndirməsinə şərait yaratması xahişi ilə Ermənistan tərəfinə müraciət
ünvanladı. Lakin Ermənistan hakimiyyəti məruzəçiyə Sərsəng su anbarının yerləşdiyi
əraziyə səfər etməsi üçün şərait yaratmamışdır. Ermənistanın AŞPA katibliyinə
cavabı isə qeyri-ciddi və gülünc olmuşdur. Belə ki, işğalçı Ermənistan bu məsələnin
onlara aid olmadığını və riyakarcasına heç bir dövlət və heç bir beynəlxalq təşkilat
tərəfindən tanınmayan qondarma “DQR”-ə müraciət etməyi məsləhət görmüşdür. Ermənistan
bu təxribat xarakterli cavabı ilə AŞPA məruzəçisini qondarma “DQR”-lə əməkdaşlığa
təhrik etmək və sonra da bütün dünyaya AŞPA-nın guya “DQR”-i tanıması və onunla
əməkdaşlıq etməsi barədə sərsəm xülyaları reallaşmadı. Ermənistan tərəfi bu
addımı atmaqla, faktiki olaraq, AŞPA məruzəçisi ilə əməkdaşlıqdan və özünün
beynəlxalq öhdəliyini yerinə yetirməkdən imtina etmiş oldu.

Ermənistanın bu destruktiv mövqeyinə baxmayaraq, xanım
deputat Milisa Markoviç məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər
etmiş, Azərbaycanda rəsmi dövlət orqanları ilə, “SOS Sərsəng” layihəsi həyata
keçirən AVCİYA nümayəndələri ilə görüşlər keçirmiş, Sərsəng su anbarının işğal
altında qalması nəticəsində zərər çəkmiş cəbhəyanı rayonlara səfər etmiş, yerli
əhali ilə söhbət etmiş, yerlərdə real vəziyyətlə tanış olmuş və məruzəni
hazırlayaraq, Sosial Məsələlər Komitəsinə təqdim etmişdir.

Ermənistan tərəfi hər vəchlə məruzənin
hazırlanmasının, Komitədə müzakirəyə çıxarılmasının qarşısını almağa
çalışmışdır. Bunun üçün Ermənistan rəsmiləri, prezident və xarici işlər naziri
səviyyəsində AŞPA üzvü olan ölkələrin dövlət və hökumət başçılarına zənglər
etmiş, Ermənistanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları AŞPA üzvləri
ilə görüşərək onları məruzəni dəstəkləməmək üçün ələ almağa çalışmış, məruzəçinin
Sərsəng su anbarı yerləşdiyi əraziyə səfər etməməsini əsas gətirərək məruzənin
gündəlikdən çıxarılmasını tələb etmişlər.

 

e) Ermənistana
işğalçı möhürü vuruldu

Qeyd edilməlidir ki, işğal edilmiş ərazilərə və
girov götürülmüş soydaşlarımızın dərhal azad edilməsinə dair təqdim etdiyim 2 qətnamə
layihəsi əsasında Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş
digər ərazilərdə gərginliyin artmasına dair” hazırladığı məruzəsinin noyabr
ayının 4-də Siyasi Məsələlər Komitəsinin iclasında qəbul edilməsi ilə Ermənistana
işğalçı damğası vurulmuş oldu.

Bununla bərabər, Sosial Məsələlər Komitəsində mənim
təklif etdiyim üçüncü qətnamə təklifi əsasında yenə də noyabr ayında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin
qəsdən sudan məhrum edilməsi”məruzəsinin qəbul edilməsi Ermənistanın öz
işğalçılıq siyasətini həyata keçirməsi üçün hətta dünyada həyat mənbəyi hesab
edilən sudan silah kimi istifadə etməsini dünyaya bəyan etmiş oldu və
Ermənistana vurulmuş işğalçı möhürünü bir daha təsdiqlədi.

f) Ermənistanın təlaşı
və özünümüdafiə cəhdləri

AŞPA Siyasi Komitəsində işğal edilmiş torpaqlarımızla bağlı qətnamə
qəbul edildikdən sonra məğlubiyyət
təlaşı yaşayan ermənilər 23 noyabrda Sərsəng su anbarına dair qətnamə layihəsinin
də qəbul edilə biləcəyindən dərin təşvişə düşdülər. Onlar böhtan, yalan, iftira
və sair bu kimi özlərinə xas olan yollarla öz riyakarlıqlarını həyata keçirməyə
başladılar. Bütün bunlarla yanaşı onlar məruzəçiyə, onun təmsil etdiyi dövlətə
də bütün mümkün vasitələrlə təsir və təzyiq etdilər. Erməni milli konqresi fraksiyasının rəhbəri Levon Zurabyan 20 noyabr 2015-ci il tarixli brifinqdə
bildirirdi ki, onun da daxil olduğu Ermənistanın AŞPA-da nümayəndə heyəti
işğala dair qətnamə təklifi üzrə məruzəçi Jan-Klon Minyonun təyin olunmasına
çalışmış, lakin uduzmuşlar. Bununla da o, ermənipərəst Jan-Klod Minyonla
işbirliklərini açıq etiraf edir. Jan-Klod Minyon AŞPA prezidenti olduğu dövrdə
həm işğalla bağlı, həm də Sərsəng su anbarına dair verdiyim qətnamə
təkliflərinə iki dəfə veto qoymuşdur. Bu məruzələr gündəmə gələn dövrdən bu
günədək AŞPA prezidenti olmuş hər iki şəxs- Jan-Klod Minyon və Ann Brassör
deputatların yaddaşında Azərbaycan torpaqlarının işğalı ilə bağlı hər iki
məruzəyə qarşı kəskin mövqedə olan və ermənilərin müdafiəsində duran AŞPA
rəhbərləri kimi qalacaqlar. Yeri gəlmişkən hər iki məruzədə, eləcə də
Azərbaycanla bağlı digər məsələlərdə Azərbaycana qarşı düşmən mövqedə olan, ölkəmizin
mənfi imicini formalaşdırmaq üçün daim böyük fədakarlıqlar göstərən AŞPA Baş
Katibi Savitskinin də misilsiz “xidmətləri”ni qeyd etmək istərdim.

Ermənistanın xarici siyasət idarəsinin
rəhbəri həmin ərəfədə, 20 noyabr 2015-ci il tarixində geniş müsahibə ilə çıxış
etdi. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin bu
çərçivədən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə olduqlarını,
Minsk Qrupu həmsədrlərinin bu qətnamənin danışıq formatının dəyişdirilməsi
cəhdlərinin nizamlanma prosesinə mane ola biləcəyi fikrində olduqlarını bəyan etmişdir.
Halbuki, Minsk Qrupu həmsədri Ceyms Uorlik 06 noyabr 2015-ci il tarixində yerli
xəbər agentliyinə verdiyi müsahibədə AŞPA-nın bu qətnaməsini alqışladığını,
AŞPA məruzəçiləri ilə bu məsələnin həllində məsləhətləşmələr aparılmasına hazır
olduqlarını bildirmişdi.

Edvard Naldandyanın bildirdiyinə görə, məruzəçi
Robert Volterin Dağlıq Qarabağa səfər etmək üçün guya 22 sentyabr
tarixində qondarma “DQR”
rəhbərliyinə yazılı müraciət edib, guya qondarma “DQR” Sərsəng su anbarı məsələsində də
əməkdaşlıq etmək niyyətindədir, onlar AŞPA məruzəçisini qəbul etməyə hazırdırlar.

Burdan da açıq-aydın görünür ki, işğalçı
tərəf separatçı rejimin adını hallandırmaqla xal qazanmaq, işğalı
qanuniləşdirmək istəyindən əl çəkmir. Əlbəttə ki, AŞPA-nın tanımadığı bir quruma
məruzəçinin məktub göndərməsi və ya hər hansı bir əməkdaşlıq edilməsi tam cəfəngiyyatdır.
Qəbul edilmiş son qətnamədə də AŞPA birmənalı olaraq Ermənistanı işğalçı
adlandırır, AŞPA ilə məruzələrin hazırlanması prosesində əməkdaşlıq etmədiyinə
görə Ermənistanı ittiham edir.

Bu faktlar bir daha sübüt edir ki, Naldandyan,
düşdükləri məğlub durumdan çıxmaq üçün yalan danışmaqdan, dünya ictimaiyyətini
açıq şəkildə aldatmaqdan belə çəkinmir. Öz məğlubiyyətləri ilə barışa bilməyən
ermənilər eyni zamanda günahkar axtarışına da çıxmışdılar.

Noyabr ayında ilk məğlubiyyətlərindən sonra
təşvişə düşmüş ermənilər etdikləri bütün riyakarlıqlara baxmayaraq, növbəti
dəfə uğursuzluğa düçar oldular.

 

Nəticə

Sosial Məsələlər Komitəsinin 23 noyabr tarixli iclasında qəbul edilmiş “Azərbaycanın sərhədyanı
bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”qətnaməsi
Azərbaycanın işğal altında qalmış strateji obyekti olan Sərsəng su anbarına
dair beynəlxalq təşkilatlarda qəbul edilmiş ilk rəsmi sənəddir.

Bu qətnamə çox vacib və xüsusi əhəmiyyət
kəsb edən sənəddir. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin
Ermənistan tərəfindən işğalı faktı bir daha öz təsdiqini tapır, işğal altında
olan ərazilərə qonşu olan Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan əhalisi
üçün humanitar və ekoloji problemlər yaratmasını pislənir, Sərsəng su anbarının
baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla
müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır, Ermənistan
hakimiyyətindən su ehtiyatlarından siyasi təsir yaxud təzyiq vasitəsi kimi
istifadə etməsini dayandırmaq və öz
silahlı qüvvələrini sözügedən regiondan dərhal geri çəkməsi tələb edilir.

Bütövlülə, bu sənəd Ermənistanın işğalçı siyasətinin
mahiyyətini bir daha təsdiqləyir, Ermənistanın işğalı nəticəsində bölgədə
yaranmış vəziyyətlə dünya ictimaiyyətini məlumatlandırır, danışıqlarda Azərbaycanın
mövqeyini gücləndirir, beynəlxalq aləmdə Ermənistana siyasi təzyiqlərin
artırılması üçün Azərbaycanın imkanlarını genişləndirir.

Xüsusilə vurğulamalıyam ki, AŞPA-da işğal edilmiş ərazilərə
və girov götürülmüş soydaşlarımızın azadlığa buraxılmasına dair 2 qətnamə təklifi
əsasında “Azərbaycanın Dağlıq
Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” qətnaməsinin,
həm də Sərsəng su anbarına
dair “Azərbaycanın sərhədyanı
bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsinin qəbulu
uğrunda mübarizə həmişə Azərbaycan
Respublikasının Prezidentinin nəzarəti altında olmuşdur və bu qətnamələrin qəbulu
Prezident İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur.

Bu qətnamələrin qəbulu, mənim bir Azərbaycan övladı
kimi vətənimə, xalqıma, seçicilərimə olan borcumun bir damlasıdır. Ümid edirəm
ki, bu qətnamələr AŞPA-nın 2016-cı ilin yanvar sessiyasında öz təsdiqini tapacaqdır.
Çünki bu, bizim haqq səsimizdir!

Nəhayət, sonda qeyd etmək istərdim ki, 6 dekabr
2015-ci ildə 75 yaşım tamam olur. Ötən illəri xatırlayarkən, hər zaman düşünürəm:
“Görəsən arxada qoyduğum illərdə xalqım, vətənim, torpağım üçün yadda qalan nə
isə edə bildimmi?” 3 qətnamə layihəmin qəbul edilməsi ilə möhtəşəm qələbənin həyəcan
və sevincini yaşayarkən, çox sevdiyim 4 misranı xatırladım. Sanki şair bu 4
misranı mənə hərs etmişdir:

 

Düşünmə ki qocalmısan,

Hər yaranan qocalammaz.

Qocaldıqca ucalmısan,

Hər qocalan ucalammaz.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları